Məhkəmə qərarları › İş №2(105)-312/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-312/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-312/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-9115/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-9115/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim İlyas Mahmudov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-9115/2018 saylı qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməlində məhkəmə gedişatında cinayət faktı aşkar edilərsə, barəsində xüsusi qərardad qəbul etməklə istintaq aparılması üçün prokuroluğa göndərilməsi, cinayət faktı aşkar edilməzsə, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayəıtini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnaməni əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə dəvət edilməmiş məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmamışdır. Barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli 8604/20/24 saylı xəbərdarlıq məktubu əsasında sahə müvəkkilinin vasitəsi ilə məlumat əldə etmiş və xx.xx.2020-ci il tarixdə rəsmi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Qətnaməni rəsmi qaydada xx.xx.2020-ci il tarixdə alıb. Qətnamənin əsasını xx.xx.2018-ci il tarixli iltizam təşkil edir. Həmin iltizamda öz xətti ilə yazmış və imzasıyla təsdiq etmişdir ki, Quba şəhəri, Qəbələ küçəsi, dalan 2 ünvanında yerləşən 0.0298 ha torpaq sahəsinin üzərində tikilmiş ümumi sahəsi 119,4 kvadrat metr olan dörd otaqlı 14 saylı fərdi yaşayış evindən borclu Zümrüd Əhmədova və qeyriləri çıxandan və evini təhvil alandan sonra özü evini satıb İddiaçı 8000 (səkkiz min) manat pulu verməyə söz verir. İddiaçı iddia edir ki, ondan tibb bacısı kimi işə düzəltmək üçün 8000 manat almış və onu aldatmış, pulu mənimsəmişdir. İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müəssisələrinin birində tibb bacısı işləyib və rüşvət aldığı üçün tibb sahəsindən qovulub. İddiaçı özü də yaxşı bilir ki, onun təkrar tibb sahəsinə qayıtması mümkün deyildir. Yazdığı iltizamda işə düzəltmək və evi boşaltmaq, evi özü satıb 8000 pulu İddiaçı verəcəm sözü arasında olan fərq hakim tərəfindən araşdırılmamışdır. Yəni evini boşaldıqdan sonra onu özü satdıqdan sonra İddiaçı 8000 verəcəyi nəzərdə tutulmuşdur. İşə düzəltmək barədə isə hər hansı sənəd İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-1986/20 saylı icra vərəqəsinə əsasən tələbkarlar X1, Cavabdeh, X12 və X4 borclu X19 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilmişdir. X7, X3 şəhəri, Qələbə küçəsi, dalan 2 ünvanda yerləşən 0.0298 ha torpaq sahəsinin üzərində tikilmiş 14 saylı fərdi yaşayış evindən çıxarılmalı, X13 və X14 Quba şəhəri, Qələbə küçəsi,dalan 2 ünvanda yerləşən 0.0298 ha torpaq sahəsinin üzərinə tikilmiş 14 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. AR Ədliyyə Nazirliyi İcra Baş idarəsinin ərazi üzrə nümayəndəsinin, Quba rayon icra şöbəsinin rəisi və icra məmuru Vahid Məmmədovun icra sənədini icra etmədikləri üçün məcburiyyət qarşısında qalaraq rəfiqəsi Fatma Paşayevanın vastəsi ilə Gənclik metrostansiyasının yanında Fatma Paşayevanın istifadə etdiyi ofisdə özünü hüquqşünas kimi təqdim edən İddiaçı və Etiqad Abbasovla tanın olmuşdur. Sonra bu cütlük Binəqədi rayon 3-cü mikrorayon dairəsinin yaxınlığına yerləşən ərazidə ofis kirayələmiş və orda fəaliyyət göstərmişlər. Borcluların məhkəmə qərarı əsasında fərdi yaşayış evindən çıxarılması üçün vəkil X15 ofisinə getmişdir. Özünü hüquqşünas, vəkilin köməkçisi kimi təqdim edən İddiaçı qarşılamış, başına gələn bütün əhvalatı onlara danışmış, Sevinc bildirmişdir ki, Etiqadla birlikdə həmin evi 15 gün müddətində boşaldıb açarları ona təqdim edəcək. Maliyyə vəziyyəti çətin olduğu üçün ondan əvvəlcədən pul almayac. Lakin ev boşaldılıb satılandan sonra 8 000 (səkkiz min) manat pul alacaq. O, həqiqətən onlara verəcəyi pul olmadığı üçün İddiaçı səmimiyyətinə inanmış və razılaşmışdır. Evi boşaltmaq üçün xx xxxxxx 2017ci il tarixdə bir il müddətinə X16 adına etibarnamə vermiş, 15 gün müddətinə evi boşaltmağa söz versələr də, aprel 2018-ci ilə kimi evi boşaltmadılar. Sonradan məlum oldu ki, Sevinc borclu Zümrüd Əhmədova, onun əlaltısı Sabunçu rayonundan olan Türmən Əliyev ilə əlbir olaraq evi onun əlindən almağa çalışırlar. Məcburiyyət qarşısında qalaraq 8000 min manat verəcəyi barədə xx.xx.2018-ci il tarixdə hüquqşünas İddiaçıin adına iltizam yazmış və imzasıyla təsdiq etməklə yanaşı ondan həmin mübahisəli evin sənədlərini də girov qoymağı, evi boşaldıb pulu verəndən sonra evin sənədlərini də qaytaracaqlarını bildirdilər. Quba rayon icra şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-1986/2016 saylı icra vərəqəsi formal olaraq icra olunmuş, bu barədə müvafiq akt tərtib edilmiş, həmin akta İddiaçı də hal şahidi kimi imza atmışdır. Hansı ki, Sevincin həmin aktı imzalamağa səlahiyyəti olmamışdır. Bunlar hamısı ondan şantaj və digər vastələrdən istifadə edərək pul almaq və ondan məlumat alıb qarşı tərəfə ötürmək məqsədi daşımışdır. xx xxxx 2018ci il tarixdə borclu X9 nümayəndəsi X24 və özünü onun köməkçisi kimi təqdim edən İddiaçı ilə danışıq aparmış və qarşı tərəfin manefeyinə xidmət göstərmişlər. İddiaçı və Etiqad Abbasovun qarşı tərəfə keçdiklərini bilən kimi “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən Çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə X20 verdiyi etibarnaməni ləğv etmişdir. Quba rayon icra və Probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli aktından da görünür ki, adı çəkilən ev xx.xx.2019-cu ildə boşaldılmışdır. Quba rayon İcra və Probasiya şöbəsinin rəis vəzifəni icra edən X31 rayon polis şöbəsinin rəisi Süleyman Neymətova ünvanladığı xx.xx.2019-cu il tarixli 90341/17-03 saylı məktubunda borcluları evdən çıxarıldığı bildirilir. xx.xx.2019 saylı akt və xx.xx.2019-cu il tarixli məktub da həqiqəti əks etdirmir. Həqiqətən də bu günə kimi həmin ev boşaldılmayıb və ona təhvil verilməyib, bütün faktlar İddiaçı və Etiqad Abbasovun qarşı tərəfin xeyrinə işləməsi səbəbindən baş vermiş və ona xüsusi ilə külli miqdarda ziyan dəymişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-9115/2018 saylı qətnaməsinin ləğv edilməsini, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh onu yaxın qohumu vasitəsilə Ədliyyə Nazirliyinin mərkəzi hospitalına tibb bacısı kimi işə qəbul etmək üçün ondan 8000 manat məbləğində pul almış, cavabdeh pulu almamışdan qabaq onu bir neçə vətəndaşlarla görüşdürmüşdür. Onunla Nizam adlı bir şəxs görüşmüşdür. Sözgedən məbləğdə pulu şəxsən Cavabdeh vermiş, cavabdeh pulu verərkən bildirmişdir ki, ona inanması üçün Quba şəhərində mülkiyyətində olan 4 otaqdan ibarət ümumi sahəsi 119 kv/m olan yaşayış evinin sənədlərini girov kimi qoya bilər”. O, 8000 manatın Mariyaya 20 Yanvar dairəsinin Yasamal rayon inzibati ərazisində vermişdir. Cavabdeh aldığı pula görə iltizam da yazmış və qeyd etmişdir ki, mülkiyyətində olan bu mənzil qardaşı arvadı X9 tərəfindən zəbt edilmişdir, bu yaxında Quba Rayon Məhkəməsinin İcra Şöbəsinin əməkdaşları tərəfindən ev boşalan kimi ondan aldığı 8000 manatı iki-üç ay ərzində qaytaracağına söz verir. O, pulu işə qəbul olmaq üçün vermişdir. Lakin işə düzələ bilməmiş və pulu da qaytarılmayıb. Bununla bağlı polis orqanlarına müraciət etmiş, ona bildirmişlər ki, cavabdehin yazdığı iltizam mülki xarakterli olduğu üçün onun yaşayış yeri üzrə məhkəməyə müraciət etməlidir. Bundan sonra işin tez həll olması üçün təkrarən cavabdehə pulu qaytarmasını demiş, lakin zənglərə cavab vermədi, qeydiyyatda olduğu ünvana dəfələrlə getmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-9115/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-9115/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iltizamın surətindən görünür ki, Cavabdeh ünvan 5 ünvanında olan evi yaxın zamanda boşaldıb təhvil aldıqdan sonra İddiaçı 2-3 ay ərzində 8000 (səkkiz min) manat məbləğində pulu verəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba şəhəri, Qələbə küçəsi, dalan 2, ev 14 saylı fərdi yaşayış evi hüquq sahibləri X2 payı 2/5 hissədə, Cavabdeh payı 1/5 hissədə, X4 payı 1/5 hissədə və X6 payı 1/5 hissədə müəyyən olunmaqla İxx.xx.2014-CÜ il tarixdə Daşınmaz əmlakın dövlət reyesterində 27 nömrəli reyestr kitabının. 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan qəbzə istinadən Cavabdeh Məmmədağa qızının İddiaçı 2-3 ay müddətinə 8000 (səkkiz min) manat pul verəcəyinə, lakin həmin məbləğdə pulu iddiaçıya verməməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 157.2ci maddələri əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə isə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azorbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarışlı poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin tapşırığı ilə həmin şəxsə həvalə edilə bilər. Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin qeyd olunan bu normalarının tələblərinə baxmayaraq, iş materallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə cavabdehin iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. İş materiallarında məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən bildirişlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin məhkəmə baxışında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Buna görə də qətnamənin prosessual əsaslarla ləğv edilməsi qənaətinə gəldiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə yenidən qiymət verilməlidir. İddia tələbinə qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş iltizamın surətindən görünür ki, Cavabdeh ünvan 5 ünvanında olan evi yaxın zamanda əoşaldıb təhvil aldıqdan sonra İddiaçı 2-3 ay ərzində 8000 (səkkiz min) manat məbləğində pulu verəcəyinə dair söz vermişdir. Hazırki işdən görünür ki, tərəflər arasında yazılı formada qəbz olmuş və qəbz iş üzrə Cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya 8000 manat pul verməli olması iş materiallarında olan qəbzlə sübuta yetirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X26 Məhkəməsinin «X5rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini Cavabdeh tərəfindən yazılmış qəbzlə sübuta yetirmişdir. Göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuş, cavabdeh iddiaçıya 8000 manat pul verməli olmasını qəbzdə qeyd etmişdir. Bundan başqa, cavabdeh mübahisələndiriyi qəbzlə bağlı hər hansı orqana müraciət etməmiş, qəbzi məhkəmə qaydasında da mübahisələndirməmişdir.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbində haqlı olmuşdur. Cavabdeh tərəfin apelyasiya şikayətində göstərdiyi dəlil, iddiaçıya borclu olmamasını, ona məxsus evin boşaldılması üçün göstəriləcək hüquq xidmətləri üçün evini satdıqdan sonra xidmət haqqı əvəzində 8000 manat verməli olması barədə dəlilləri əsassız olduğundan və sübuta yetirilmədiyindən formal mülahizələr kimi qəbul edilməlidir. Belə ki, cavabdeh göstərdiyi dəlilləri təsdiq edəcək sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, cavabdeh iddiaçıya hər hansı borcunun olmamasını sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilıməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-9115/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar