Məhkəmə qərarları › İş №2(105)-312/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-312/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-312/2024 15.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "knabṙ ıməD" Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) cavabdehlər Yaqubov Xəlı̇ l Nəcəfalı oğlu, Rəhı̇ mova Səyyarə Gürşad qızı və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: işin apellyasiya baxışından çıxarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı "knabṙ ıməD" Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) cavabdehlər Yaqubov Xəlı̇ l Nəcəfalı oğlu, Rəhı̇ mova Səyyarə Gürşad qızı və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(034)-215/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Zəngilan Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(034)-215/2023 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 9954.32 manat əsas, 3223.44 manat faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 13447, 76 manat məbləğində borc və ödənilmiş 175.25 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh2 50 manat ekspertiza xərcinin tutularaq Dövlət Büdcəsinə köçürülməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli nömrəli Zaminlik Müqaviləsinə və xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişə xitam verilməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

2. İddiaçı "knabṙ ıməD" Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e- 2(034)-215/2023 nömrəli qətnaməsinin qismən ləğv edilərək mübahisələndirilən hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

3. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

4. İş üzrə "knabṙ ıməD" Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) nümayəndəsi, cavabdehlər Yaqubov Xəlı̇ l Nəcəfalı oğlu, Rəhı̇ mova Səyyarə Gürşad qızı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(105)-2323/2023 nömrəli qərardadı ilə iddiaçı "knabṙ ıməD" Açıq Səhmdar Cəmı̇ yyətinin şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.

7. Qeyd olunan mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman, Zəngilan Rayon Məhkəməsi sorğu ilə müraciət edərək cavabdeh Rəhı̇ mova Səyyarə Gürşad qızının Zəngilan Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e- 2(034)-215/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün işin geri qaytarılmasını xahiş etmişdir.

8. Məhkəmə kollegiyası sənədləri araşdıraraq hesab edir ki, ъавабдещ tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir.

9. Beləliklə, qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə, apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(105)-2323/2023 nömrəli qərardadı ləğv edilməli, Zəngilan Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(034)-215/2023 nömrəli qətnaməsindən iddiaçı "knabṙ ıməD" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla, iş üzrə digər tərəf - cavabdeh Rəhı̇ mova Səyyarə Gürşad qızı tərəfindən apellyasiya şikayəti verildiyindən mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.

10. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.6, 402.2-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(105)-2323/2023 nömrəli mümkünlük qərardadı ləğv edilsin. Zəngilan Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(034)-215/2023 nömrəli qətnaməsindən iddiaçı "knabṙ ıməD" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Zəngilan Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(034)-215/2023 nömrəli qətnaməsindən cavabdeh Rəhı̇ mova Səyyarə Gürşad qızı tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar