Məhkəmə qərarları › İş №2(105)-314/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-314/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-314/2020 01.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən, məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı xxxxxxx KB ASC-nin Cavabdeh ogluna qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3089/2019 saylı qətnaməsindən Cavabdeh oglu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3089/2019 saylı qətnaməsi ilə iddiaçı xxxxxxx KB ASC-nin Cavabdeh ogluna qarşı borc tələbinə dair iddiası qimən təmin edilmiş, Cavabdeh 9599 manat əsas borc, 872,90 manat faiz borcu və 2 manat məbləğində cərimə olmaqla cəmi 10473,9 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın«xxxxxxx» KB ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim E. Məmmədov) . Cavabdeh oglu qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı«xxxxxxx» KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 72 ay müddətinə illik 15 % ödəmək şərti ilə 9599 manat məbləğində kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.Odur ki, o, Cavabdeh iddiaçı «xxxxxxx» KB ASCnin xeyrinə 9599 manat əsas, 872,90 manat faiz borcu, 44,50 olmaqla cəmi 10516,40 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qətnamədən Cavabdeh oglu apelyasiya şikayəti verərək göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3089/2019 saylı qətnaməsini ədalətsiz və qanunsuz hesab edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, Abşeron rayon Məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir.Ona görə də iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi, ekspertizanın rəyinə müvafiq olaraq yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3089/2019 saylı qətnaməsi ilə iddiaçı xxxxxxx KB ASC-nin Cavabdeh ogluna qarşı borc tələbinə dair iddiası qimən təmin edilmiş, Cavabdeh 9599 manat əsas borc, 872,90 manat faiz borcu və 2 manat məbləğində cərimə olmaqla cəmi 10473,9 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın«xxxxxxx» KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 3755nkBANK/18 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh ilə «xxxxxxx» KB ASC arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən «xxxxxxx» KB ASC tərəfindən Cavabdeh illik 15 faiz dərəcəsi ilə, 72 ay müddətinə, yəni xx.xx.2024-ci il tarixinədək 9599 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh 3755nkBANK/18 saylı kredit müqaviləsi üzrə borcu 9599 manat əsas, 872,9 manat faiz, 44,5 manat cərimə borcu olmaqla cəmi 10516,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdeh müqavilə şərtlərini pozmaları barədə xəbərdarlıq olunmuşdur, müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, faiz hissəsində qismən səhvə yol vermişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/1668 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2018-ci il tarixli, 3755nkBANK/18 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh «xxxxxxx» KB ASC -nə əsas borc üzrə 9599 manat, faiz borcu üzrə 865,89 manat məbləğində müəyyən edilir. Ona görə də hazırki iş üzrə qərar qəbul edilərkən borcun məbləği ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində dəyişdiriməli, cavabdehdən iddiaçı xxxxxxx KB ASC-nin xeyrinə tutulması qət edilən 872,90 manat faiz borcunun məbləği 865,89 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150(yüz əlli) manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3089/2019 saylı saylı qətnaməsi, qismən, faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh xxxxxxx KB ASC-nin xeyrinə tutulması qət edilən 872,90 manat faiz borcunun məbləği 865,89 manat həddində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat ekspertiza xərci Cavabdeh oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elman Rəhimov Hakimlər Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar