Məhkəmə qərarları › İş №2(105)-3157/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3157/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3157/2020 30.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdeh: Borclu1 iştirakları ilə, İddiaçı «xxxx» QSC-nin cavabdehlər Borclu2 və Borclu1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Borclu1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Ə.Xəlilov) Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(067)-7785/2016 saylı əmrinə Borclu1 tərəfindən verilmiş etirazın geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(067)-7785/2016 saylı əmrinə əsasən borclular Borclu2 və Borclu1 müştərək qaydada 775,20 manat əsas borc, 301.10 manat məbləğində faiz borcu, 77.57 manat cərimə borcu olmaqla, cəmi 1154,37 manat məbləğində pul və 20 manat dövlət rüsumu tələbkar «xxxx» QSC-nin xeyrinə tutulmalıdır. Borclu1 əmrə etiraz edərək, əmrin ləğv edilməsini və iddia icraatına keçirməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Borclu1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qərardadda göstərilmişdir ki, əmrə dair verilmiş etirazın müddəti keçmişdir və həmçinin etiraza şikayət müddətinin bərpa edilməsinə dair ərizə təqdim edilmədiyi üçün etiraz geri qaytarılmışdır. Məhkəmənin qərarının mövcud olması haqqında məlumatı icra məmuru tərəfindən əldə etmişdir. Qeyd edilən əmr ona təqdim edildikdən dərhal sonra tərəfindən əmrdən etiraz verilmişdir. Tərəfindən şikayət müddət ötürülməmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(067)-7785/2016 saylı qərardadının ləğv edilməsi, məhkəmə əmrinin ləğv edərək işə iddia icraatı üzrə mahiyyəti üzrə baxılmasına təyin edilməsi haqqında qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Borclu1 şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahş etdi. İddiaçının nümayəndəsi N.Ə.Ələkbərov şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh Borclu2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275.1 və 275.2-ci maddələrinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 128.1, 128.2 və 128.3-cü maddələrinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 130.1 və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh Borclu1 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(067)-7785/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar