Məhkəmə qərarları › İş №2(105)-3170/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3170/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3170/2020 30.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdehin nümayəndəsi: X4 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və «xxxx» MMC-nə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər «xxxx» MMC-nin nümayəndəsi E.D.Səlimov və Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-9/2020 saylı qətnaməsindən apellyasiya şikayəti ilə vermə müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və «xxxx» MMC-nə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli 15/022 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və «xxxx» MMC-dən birgə qaydada onun xeyrinə 39311,14 manat əsas borc, 5534,95 manat faiz borcu, 1356,29 manat dəbbə borcu, cəmi kredit üzrə 46202,38 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması və tələbin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF PARK 3” yaşayış massivi, 240 C nömrəli evin 6ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, ilkin satış qiymətinin müəyyən edilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-9/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli, 15/010 saylı kredit müqaviləsinə xitam verilməsi, həmin kredit müqaviləsinə əsasən 38675,71 manat əsas borc, 19795,31 manat faiz borcu, 380 manat cərimə, cəmi 58 851,02 manat pul müştərək qaydada Cavabdeh1 və «xxxx» MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumuna görə pulun Cavabdeh1 tutularaq İddiaçı ASC-nə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-9/2020 saylı qətnaməsindən narazı qalan cavabdeh «xxxx» MMC xx xxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermiş və 2(012)-9/2020 saylı mülki iş baxılması üçün xx xxx 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx xxxx 2020-ci il tarixdə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-9/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verdiyindən, yaranmış zərurətlə əlaqədar xx xxxx 2020-ci il tarixli məktubla 2(012)-9/2020 saylı mülki işin apellyasiya baxışından çıxarılıb Abşeron Rayon Məhkəməsinə qaytarılması xahiş edilmiş və 25 avqust tarixli 2(105)-2035/2020 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-9/2020 saylı qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin apellyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi E.D.Səlimov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, ərizəçi iddiaçı yeganə dəlili «Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 01/411 nömrəli qərarı ilə bir sıra dövlət orqanları və qurumlarının əməkdaşlarının xx xxxx 2020-ci il tarixdən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılması və xx xxx 2020-ci il tarixdən karantin rejimində yumşalmalarla əlaqədar işə çıxması»dır. Halbuki, iddiaçı tərəf hüquqi şəxsdir və ölkədə tətbiq edilmiş karantin rejiminə baxmayaraq məhdudlaşdırılmış qaydada olsa belə fəaliyyət göstərmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(012)-9/2020 saylı qərardadının ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, dünyada və eləcə də ölkə ərazisində yayılmış yeni növ koronovirus infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 01/411 nömrəli qərarı ilə bir sıra dövlət orqanları və qurumlarının əməkdaşlarının xx xxxx 2020-ci il tarixdən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmasıdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı təşkilat işləmişdir. İddiaçının müddətin bərpa edilməsi üçün ərizədə qeyd etdikləri əsaslı deyil. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(012)-9/2020 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi E.D.Səlimov şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi, Cavabdeh1 şikayətini qəbul etdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi E.B.İsmayılov şikayətlərin dəlillərini qəbul etmədi, ərizəyə uyğun izahat verdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin nümayəndələrinin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-9/2020 saylı qətnaməsindən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən poçt vasitəsi ilə göndərilmiş apellyasiya şikayəti xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin apellyasiya şikayətinin göndərildiyi zərfin üzərində olan poçt möhürü ilə müəyyən olunur ki, həmin apellyasiya şikayətinin qablaşdırıldığı zərf poçt şöbəsinə xx xxx 2020-ci il tarixdə verilmişdir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)- 9/2020 saylı qətnaməsi xx xxxx 2020-ci il tarixli məktubla poçt vasitəsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyevin ünvanına göndərilmiş və sonuncu xx xxxxx 2020-ci il tarixdə həmin poçt göndərişinin verilməsi barədə xəbərnamə imzalayaraq, həmin qətnaməni rəsmi qaydada almışdır. Lakin, xx xxx 2020-ci il tarixdə məlum qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin buraxılmasına baxmayaraq, şikayətçi tərəfindən həmin apellyasiya şikayəti ilə birlikdə məhkəməyə buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsi üçün vəsait verilməmişdir. Ona görə də, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələbinə əsasən şikayətvermə müddəti ötürülməklə verildiyindən, eləcə də Azərbaycan Respublikası MPMnin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi S.Y.Muradzadə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətinin üzürlü sayılmasını düzgün hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh «xxxx» MMC-nin səlahiyyətli nümayəndəsi X3 və Cavabdeh1 şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(012)-9/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar