Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3182/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6238/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 55000 manat məbləğində borcun, 10000 manat məbləğində mənəvi ziyana görə təzminatın, 141 manat hüquqi yardıma görə ödənilən vəsaitin və 31 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh (etibarnamə üzrə nümayəndəsi Vəkil2) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iş üzrə tərəflər arasında 23000 manat və 33000 manat məbləğində borcun verilməsi barədə əqdlərin mövcud olmadığının müəyyən edilməsi, 05 dekabr 2017-ci il tarixli iltizamın qismən, yəni onun İddiaçı 31000 manat pul götürülməsi hissəsində etibarsız hesab edilməsi, 22000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, bu məqsədlə ondan 30 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6238/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi 05 dekabr 2017-ci il tarixli iltizamın qismən, yəni onun İddiaçı 31000 manat pul götürülməsi hissəsində etibarsız hesab edilməsi, 22000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, bu məqsədlə ondan 30 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi hissəsində məhkəmənin icraatına qəbul edilmiş, qalan hissədə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir. (hakim G.Tanrıverdiyeva) Qərardaddan Cavabdeh şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6238/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadının qismən ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin tam icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlili bundan ibarətdir ki, məhkəmə iş üzrə eyni məsələ barədə fərqli qərardad qəbul etmişdir ki, bu da prosessual qanunvericiliyin tələbinə ziddir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6238/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki işin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 isə şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6238/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadı qismən ləğv edilməli, qarşılıqlı iddia ərizəsi tamamilə icraata götürülməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh qarşılıqlı iddia ərizəsini icraata qəbul etməkdən qismən imtina etdikdə Mülki Prosessual Məcəllənin 155.1; 155.2 və 156-cı maddələrinə istinad edərək göstərmişdir ki, iş üzrə tərəflər arasında 23000 manat məbləğində və 33000 manat məbləğində borcun verilməsi barədə əqdlərin mövcud olmadığının müəyyən edilməsi hissəsində qarşılıqlı iddia ərizəsi icraata götürülməməlidir. Belə ki, ilkin iddia ərizəsi borcun etirafı barədə yazılı iltizamlara əsasən pul tələbi barədədir. Qarşılıqlı iddianın icraata götürülən hissəsində isə həmin iltizam Cavabdeh tərəfindən mübahisələndirilmişdir. İlkin iddia əqd əsasında borc tələbi barədə deyildir və bu səbəbdən məhkəmə hesab etmişdir ki, əqdin mövcud olmadığının müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsinin bu hissədsə icraata götürülməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır və bununla əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. KM həmin qərarında xüsusilə qeyd etmişdir ki, Qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə — iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə, qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür. İşdən görünür ki, ilk iddia tələbi (pul tələbi) 55000 manat pulun qaytarılması barədədir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Cavabdeh 20.09.2017-ci ildə 23000, bundan 3 ay sonra isə 33000 manat borc pul vermiş, bu barədə ondan yazılı qəbzlər almışdır. 56000 manat pul 25.12.2017-ci ilədək qaytarılmalı idi. Lakin cavabdeh 1000 manat qaytarsa da, qalan 55000 manat borcunu qeyd edilən tarixədək qaytarmamış, o isə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsində (icraata götürülməyən hissədə) qeyd etmişdir ki, ona 56000 (23000+33000) manat borc verilmədiyindən bu barədə əqdlərin mövcud olmadığı mhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. İşdən görünür ki, Cavabdeh hazırkı mülki iş üzrə qarşılıqlı iddiasının təmin edilməsi İddiaçı ilk iddiasının rədd olunmasını aradan qaldırır. Digər tərəfdən hər iki tələb arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması tərəflər arasındakı borc mübahisəsinə daha tez və düzgün baxmaqla nəticələnəcəkdir. Məhkəmə kollegiyası qeyd olunan normalar əsasında mülki işin materiallarını əlaqəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh qarşılıqlı iddia ərizəsini qeyd edilən hissələrdə əsassız olaraq icraata götürməmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilməmiş, prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. buna görə də qərardad qismən ləğv edilməli və qarşılıqlı iddia bütövlükdə icraata götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 267, 395-396, 398, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6238/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadı qarşılıqlı iddianın icraata qəbul edilməmiş hissəsində ləğv edilsin. Cavabdeh İddiaçı qarşı tərəflər arasında 23000 manat və 33000 manat məbləğində borcun verilməsi barədə əqdlərin mövcud olmadığının müəyyən edilməsi hissəsində də qarşılıqlı iddia ərizəsi məhkəmə icraatına qəbul edilsin. İş, sonrakı prosessual hərəkətlərin ediməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardad dərhal qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3182/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3182/2021
17.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver