Məhkəmə qərarları › İş №2(105)-3184/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3184/2020

22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3184/2020 22.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Mövsümov Nazim Rasim oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-812/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 11/014/AİF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 46420,95 manat əsas borc, 52118,37 manat faiz borcu və 3,05 manat məbləğində peniya borcu olmaqla, cəmi 98542,37 manat borc və ödənilmiş 30,4 manat dövlət rüsumu, habelə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın xx.xx.2015ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 115,2 kvadrat ümumi sahədən ibarət yaşayış sahəsinə yönəldilməsi, həmin evin qiymətlənirilərək açıq hərracdan satılması, satışından əldə olunmuş pul məbləğinin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldaraq məhkəmədən xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə 47598,95 manat əsas borc, 460,52 manat faiz borcu olmaqla, cəmi 48059,47 manat borcun və ödənilmiş 30,4 manat dövlət rüsumunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın xx.xx.2015-ci il tarixli alqı-satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 115,2 kvadrat ümumi sahədən ibarət yaşayış sahəsinə yönəldilməsi, həmin evin qiymətlənirilərək açıq hərracdan satılması, satışından əldə olunmuş pul məbləğinin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-812/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 11/014/AİF saylı kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 47598,95 manat, faiz borcu üzrə 460,52 manat olmaqla, cəmi 48059 (qırx səkkiz min əlli doqquz) manat 47 (qırx yeddi) qəpik məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracda satılması, evin satışından əldə edilmiş vəsait hesabına Cavabdehİddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, evin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, ünvan 1-in ilkin satış qiymətinin 80000 (səksən min) manat məbləğində müəyyən edilməsi, qiymətləndirmə xərci olan 400 (dörd yüz) manat pulun Cavabdeh tutularaq “S-X2 Mərkəzi” MMC-yə verilməsi, hazırkı qətnamənin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə tutma yönəldildikdən və ev satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir (hakim Emin Abdullayev) Qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilmişdir. X4 Məhkəməsində baxılarkən məhkəməyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)812/2020 saylı məktubunda Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-812/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblədi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)812/2020 saylı məktubunu nəzərə alaraq, hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan, məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-812/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-812/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Ruhiyyə Əsgərova Nazim Mövsümov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar