Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-32/2021 05.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Allahverdiyeva Əzizə Əliövsət qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-292/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-292/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 83570,61 manat əsas borc, 15894 manat faiz borcu, 245 manat gecikdirilmiş faiz borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 99 858,61 manat pulun alınaraq İddiaçı ASC-yə verilməsi, tutmanın Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına və Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinə yönəldilməsi, Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kv.m sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 129.000 manat və Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinin ilkin satış qiymətinin 702000 manat məbləğində müəyyən edilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim F.Mirzəquliyev) Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh1 və Allahverdiyeva Əzizə Əliövsət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 83570,61 manat əsas borc, 13557 manat faiz borcu, 1500 manat gecikdirilmiş faiz borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 99 858,61 manat pulun alınaraq İddiaçı ASC-yə verilməsi, tutmanın Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına və Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, həmçinin ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı ASC tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 83570,61 manat əsas borc, 15894 manat faiz borcu, 2245 manat gecikdirilmiş faiz borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 99 858,61 manat pulun alınaraq İddiaçı ASC-yə verilməsi, tutmanın Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına və Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin bazar qiymətlərinin müəyyən edilməsindən sonra açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, həmçinin ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixli, 142 İSKX saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 19 % ödəmək şərti ilə 89.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası və Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0,13 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Bu barədə onlarla xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmış və bu müqavilələr xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (reyestrdən çıxarışlar RX ******* və RX 0766238). Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq İddiaçı ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri borclu tərəfindən pozulmuşdur. Borclu Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 142 İSKX saylı kredit müqaviləsinə əsasən banka borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı ASC qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları qismən pozulmuşdur. Məhkəmə gecikdirilmiş faiz borcunun qismən təmin edilməsi, ipoteka predmetlərinin boşaldılmaması və onların açıq hərracdakı ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrdində qanunsuzdur. Cərimə borcunun 2245 manatdan 245 manata endirilməsini cavabdehin maddi vəziyyətinin ağır olması ilə əsaslandırsa da, bu barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur. İpoteka predmeti olan 0,13 ha torpaq sahəsi ipoteka qoyularkən onun üzərində heç bir obyekt olmasa da, onun satış qiyməti müəyyən edilərkən bu əmlaklar da nəzərə alınmış, bununla da satış qiyməti xeyli qaldırılmışdır. Buna görə də ipoteka predmetləri yenidən qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, müqavilə bağlanandan 3 il keçmişdir və bu müddət ərzində daşınmaz əmlak bazarında qiymətlər enmişdir. Bundan başqa, ipoteka predmetlərinin boşaldılmaması da qanunsuzdur və “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin tələblərinə ziddir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qətnamə bu hissələrdə ləğv edilməli, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında idiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz etdi və onun təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, həmin torpaq sahəsinin mülkiyyətçisi cavabdeh Əzizə Allahverdiyeva anası, digər Cavabdeh1 qardaşıdır. Əslində həmin obyekti o, qardaşı ilə birlikdə tikmiş, bankdan krediti də bu məqsədlə götürmüşlər. Ona görə də tikintiyə razılıq sənədləri onun adına rəsmiləşdirilmişdir. Bank kredit verəndə bilirdi ki, kredit məhz ipotekaya qoyulan torpaq sahəsində ticarət obyektinin tikintisi üçün götürülür. Özlərinin şəxsi vəsaiti ilə yanaşı bankdan alınmış hazırki kredit məbləği də Xaçmaz rayonu, Armudpadar kəndindəki 0,013 ha torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə yönəlmiş, ipoteka predmetinin ilkin dəyəri dəfələrlə artmışdır. Digər cavabdeh Allahverdiyeva Əzizə Əliövsət qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh Allahverdiyeva Əzizə Əliövsət qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 142 İSKX saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya şəxsi məqsədləri üçün 60 ay müddətinə illik 19 % ödəmək şərti ilə 89.000 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74 J ünvanındakı 0,0113 ha torpaq sahəsi və onun üzərindəki 93,1 kv.metrlik ticarət təyinatlı qeyri-yaşayış sahəsi Cavabdeh1 adına xx.xx.2012-ci ildə qeydə alınmışdır. Yenə də iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Armudpadar kəndindəki 0,013 ha torpaq sahəsi Allahverdiyeva Əzizə Əliövsət qızının adına xx.xx.2015-ci ildə qeydə alınmışdır. İşdə olan xx xxxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx xxxxxxx 2015-ci il tarixli, 142 İsKX saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi RX ******* saylı reyestrdən çıxarışla Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74 J ünvanındakı 0,0113 ha torpaq sahəsi və onun üzərindəki 93,1 kv.metrlik ticarət təyinatlı qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə ilə əmlak tərəflərin razılığı ilə 100100 manat məbləğində dəyərləndirilmişdir. Yenə işdə olan xx xxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx xxxxxxx 2015-ci il tarixli, 142 İsKX saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi RX ******* saylı reyestrdən çıxarışla Allahverdiyeva Əzizə Əliövsət qızının mülkiyyətində olan Xaçmaz rayonu, Armudpadar kəndindəki 0,013 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə ilə əmlak tərəflərin razılığı ilə 240000 manat məbləğində dəyərləndirilmişdir. Yenə də işdə olan RX ******* saylı, xx.xx.2015-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74 J ünvanındakı 0,0113 ha torpaq sahəsi və onun üzərindəki 93,1 kv.metrlik ticarət təyinatlı qeyri-yaşayış sahəsi üzərində İddiaçı ASC-nin sonrakı ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İşdəki RX ******* saylı, xx.xx.2015-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Armudpadar kəndindəki 0,013 ha torpaq sahəsi üzərində İddiaçı ASC-nin sonrakı ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Yenə işdəki xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borc barədə bank tərəfindən xəbərdar edilmişlər. İşdə olan xx.xx.2017-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirmədiyi üçün öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan torpaq sahələrinə və qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməyə başlandığı qeyd olunmuşdur. Yenə də işdə olan İddiaçı ASC tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə göndərilmiş xx.xx.2017-ci və xx.xx.2017 il tarixli ərizələrdən görünür ki, Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına və Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan “X8” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ƏEM/F- 72-204/18 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının xx xxx 2018-ci il tarixinə bazar dəyəri 129000 manat, Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinin bazar qiyməti isə 702000 manat təşkil edir. Yenə iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, A-04/257 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 133000 manat, Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinin bazar qiyməti isə 650000 manat təşkil edir. Yenə də iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 28959 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, arayış, xx xxxxxx 2015-ci il tarixli, 142 İSKX saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixinə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 85519,03 manat, faiz borcu üzrə 12578,07 manat olmaqla, ümumilikdə 98097,10 manat borcu müəyyən edilmişdir. Qeyd edilən tarixdən sonra edilmiş 5000 manat ödəniş qoyulmuş suala əsasən ekspert tərəfindən nəzərə alınmamışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 77820,61 manat, faiz borcu üzrə 61120,69 manat olmaqla, ümumilikdə 138941,29 manat borcu vardır. Yenə işə əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, A-04/376 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 133000 manat, likvid dəyəri isə 120000 manat, Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinin bazar qiyməti 650000 manat, likvid dəyəri isə 620000 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 372.6-cı maddəsinə əsasən qətnamə həmin hissədə hazırda apelyasiya qaydasında araşdırılmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-292/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissələrində dəyişdirilməli, həmin əmlakların boşaldılmaması hissəsində isə qətnamə ləğv edilməli, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən ona şəxsi məqsədləri üçün 60 ay müddətinə illik 19 % ödəmək şərti ilə 89000 manat kredit verilmişdir. Kredit müqaviləsinə görə İddiaçı ASC Cavabdeh1 istifadəsinə ümumilikdə 89000 manat məbləğində krediti təqdim etməyi, Cavabdeh1 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kreditverənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə Cavabdeh1 və Allahverdiyeva Əzizə Əliövsət qızı arasında 27 oktyabr və xx xxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmış və onların mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74 J ünvanındakı 0,0113 ha torpaq sahəsi və onun üzərindəki 93,1 kv.metrlik ticarət təyinatlı qeyri-yaşayış sahəsi, həmçinin Xaçmaz rayonu, Armudpadar kəndindəki 0,013 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Həmin ipoteka müqavilələri notarial qaydada təsdiq olunmuş və bankın ipoteka hüququ AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə kredit alanın banka göstərilən kredit müqaviləsinə əsasən borcu yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd edilən qaydada həll etmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qətnaməni qismən, cərimə məbləğinin azaldılması, ipoteka predmetlərinin ilkin satış qiyməti və boşaldılması hissəsində mübahisələndirmiş, cavabdehlər qətnamədən apelyasiya şikayəti verməmişlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdən göründüyü kimi, iddiaçı yaranmış borcun məbləğini öz maliyyə arayışı ilə əsaslandırmış, qətnamə ilə əsas və faiz borcu da bu arayışa əsasən tutulmuş, lakin sonradan borc məbləği mübahisələndirilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 83570,61 manat əsas borc, 15894 manat faiz borcu vardır. Eyni zamanda bank tərəfindən borcluya cərimə olaraq 2245 manat gecikdirilmiş faiz borcu hesablanmışdır. İşə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq 245 manata endirmişdir. Bank apelyasiya şikayətində həmin məbləği mübahisələndirsə də, məhkəmə kollegiyası kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir. Daha öncə qeyd olunduğu kimi iddiaçı apelyasiya şikayətində qətnaməni ipoteka predmetlərinin ilkin satış qiyməti və boşaldılması hissələrində də mübahisələndirmişdir. İddiaçı hesab edir ki, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən ipotekaya qoyulmuş torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilərkən yalnız həmin torpaq sahəsinin qiyməti müəyyən edilməli, onun üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi ipoteka predmeti olmadığından onun dəyəri həmin qiymətə daxil edilməməli idi. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində əksini tapmış bu dəlili ilə aşağıdakı səbəblərdən razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 51.1-ci maddəsinə görə ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. “İpoteka haqqında” AR Qanununun 52-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 8.2-ci bəndindən görünür ki, bankın ipoteka hüququ Allahverdiyeva Əzizə Əliövsət qızının mülkiyyətində olan Xaçmaz rayonu, Armudpadar kəndindəki 0,013 ha torpaq sahəsində tikilən bina, tikili və qurğulara da şamil edilir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayonu, Armudpadar kəndində ərazisində tikintiyə icazə və əmlakın qiymətləndirmə sənədlərindən məlum olur ki, həmin torpaq sahəsində cavabdeh Əzizə Allahverdiyevanın oğlu, digər Cavabdeh1 qardaşı X2 fərdi ticarət və iaşə obyektinin tikintisinə icazə verilmiş və orada qeyri-yaşayış sahəsi inşa edilmişdir. Həmin qeyri-yaşayış sahəsinin mövcudluğunu iddiaçı inkar etmir. Qeyd torpaq sahəsi cavabdeh Əzizə Allahverdiyevanın mülkiyyətində olduğu üçün onun həmin torpaq sahəsində inşa edilmiş, lakin rəsmi reyestrdə qeydə alınmamış qeyri-yaşayış sahəsinə “qanuni gözlənti hüququ” vardır. Bununla əlaqədar məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, bir halda ki, qanunun tələbinə görə ipotekasaxlayanın ipoteka hüququ ipotekaya qoyulmuş torpaq sahəsində inşa edilmiş bina, tikili və qurğulara da şamil edilir, onda ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən həmin tikililər ipotekaya qoyulmuş torpaq sahəsi ilə birlikdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə bu tipli məsələlərdə başqa cür yanaşma arzuolunmaz nəticələrə səbəb ola, hərraca çıxarılacaq ipoteka predmetinin satılmasında, başqa sözlə ipoteka hüququnun gerçəkləşdirilməsində problemlər yarada bilər. İşdən görünür ki, kreditor olaraq cavabdeh bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır və yuxarıda qeyd olunan normaların tələbinə əsasən tələb ipotekaya qoyulmuş Cavabdeh1 və Allahverdiyeva Əzizə Əliövsət qızının mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74 J ünvanındakı 0,0113 ha torpaq sahəsi və onun üzərindəki 93,1 kv.metrlik ticarət təyinatlı qeyri-yaşayış sahəsi, həmçinin Xaçmaz rayonu, Armudpadar kəndindəki 0,013 ha torpaq sahəsinə və orada inşa edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməli və həmin daşınmaz əmlaklar açıq hərracda satılmalıdır. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Yenə həmin Qanunun 54-cü maddəsinin tələblərinə görə ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən, onun ilkin satış qiyməti bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. İşdən görünür ki, ipoteka predmetlərinin ilkin satış qiyməti “X8” MMC tərəfindən müvafiq olaraq 129000 və 702000 manat bazar dəyəri kimi müəyyən edilmiş, lakin onların likvid dəyərləri müəyyən edilməmişdir və hazırda qiymətlə bağlı mübahisə vardır. İşdə olan “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, A-04/376 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 133000 manat, likvid dəyəri isə 120000 manat, Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinin bazar qiyməti 650000 manat, likvid dəyəri isə 620000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli daşınmaz əmlaklar açıq hərraca çıxarılarkən onların ilkin satış qiymətləri məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 120000 və 620000 manat məbləğində müəyyən edilməlidir. Qeyd edildiyi kimi apelyasiya şikayətinin dəlillərindən biri də ipoteka predmetlərinin hərracda satıldıqdan sonra boşaldılması barədədir. “İpoteka haqqında” Qanunun 59-cu maddəsi ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsinin xüsusi normalarını müəyyən edir. Başqa sözlə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi ilə bağlı qanunverici xüsusi norma müəyyən etmədiyindən hazırki halda məhkəmə kollegiyası hesab edir ki, AR MPM-nin 13.4-cü maddəsinə əsasən anoloji qaydada qeyd olunan maddələrə istinad olunmalıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İstinad olunan maddələrin dispozisiyasından aşkar şəkildə görünür ki, qeyri yaşayış sahəsinə hüququ olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş əmlakı həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, sözügedən şəxslərin qeyri-yaşayış sahəsini tərk etməsi üçün hüquqi fakt, əmlaka tutmanın yönəldilməsi və əmlakın hərracda satılmasıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan həmin daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa, həmin torpaq sahələri və qeyri-yaşayış sahəsi boşaldılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə bu hissədə ləğv olunmalı, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə isə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-292/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissələrində dəyişdirilməli, həmin əmlakların boşaldılmaması hissəsində isə qətnamə ləğv edilməli, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən iddiaçı bankın apelyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumu Cavabdeh1 tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıMPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-292/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsi ipoteka predmetlərinin boşaldılmaması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia bu hissədə təmin edilsin. Cavabdeh1 və Allahverdiyeva Əzizə Əliövsət qızının mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74 J ünvanındakı 0,0113 ha torpaq sahəsi və onun üzərindəki 93,1 kv.metrlik ticarət təyinatlı qeyri-yaşayış sahəsi, həmçinin Xaçmaz rayonu, Armudpadar kəndindəki 0,013 ha torpaq sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Həmin daşınmaz əmlakların hərracdakı ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində qətnamə dəyişdirilsin. Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının açıq hərracdakı ilkin satış qiyməti 120000 manat, Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsi ilə birlikdə ilkin satış qiyməti isə 620000 manat müəyyən edilsin. Qətanmə qalan hissədə, yəni Cavabdeh1 83570,61 manat əsas borc, 15894 manat faiz borcu, 245 manat gecikdirilmiş faiz borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 99 858,61 manat pulun alınaraq İddiaçı ASC-yə verilməsi, tutmanın Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74J ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kvm sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına və Allahverdiyeva Əzizə Əliövsət qızına məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində ünvanındakı 0,13 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin apelyasiya şikayəti verilməsi üçün ödədiyi 15 manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-32/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-32/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver