Məhkəmə qərarları › İş №2(105)-3204/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3204/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3204/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4282/2018 saylı qərardadından iddiaçı “xxxx” QSC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)4282/2018 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır (hakim Şövkət Nəcəfova) İddiaçı “xxxx” QSC vəsatətlə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)4282/2018 saylı qərardadının ləğv edilərək iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)4282/2018 saylı qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır (hakim Elman Məmmədov) Həmin qərardaddan iddiaçı təşkilat şikayət verərək qərardadın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4282/2018 saylı qərardadı ilə qərardaddan verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı təşkilat şikayət verərək qəbul edilmiş qərardadların ləğv edilərək iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4282/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı “xxxx” QSC-nin şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə xx.xx.2018-ci il tarixinə təyin edilmiş məhkəmə iclası barədə məlumatlandırılmamışlar. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, iddiaçı vəsatətini əsaslandırarkən üzrlü səbəb göstərilməmişdir. Təşkilat iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardaddan sonra vəsatətlə müraciət edərək iş üzrə icraatın təzələnməsini xahiş etsə də məhkəmə vəsatəti təmin etməmişdir. Həmin qərardaddan verilmiş şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İşin baxılmamış axlanılmasına əsas AR MPM-nin 259.0.6 və 259.0.7-ci maddələri olmuşdursa, belə olan halda işin baxılmamış saxlanılması qərardadından şikayət deyil, vəsatət verilməlidir. Belə olan halda həmin vəsatət şikayətə bərabər tutulmalı və vəsatətə baxılması AR MPM-nin 269-cu maddəsinə əsasən nəzərdə tutulmuş qaydalara əsasən baxılmalı idi. Odur ki, mülki iş üzrə qəbul edilmiş xx.xx.2018, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qərardadlarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4282/2018 saylı qərardadı ləğv edilməli, İddiaçı QSC tərəfindən Abşeron rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayət yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddia ərizəsi üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılmasına dair vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayət verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayət qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər: Həmin Məcəllənin 395.2-ci maddəsinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi, mülki-prosessual qanunvericilik birinci instansiya məhkəmələrinin hansı qərardadlarından şikayət verilə bilməsini müəyyən etmişdir. Qanuna birinci instansiya məhkəmələrinin qərardadlarından o halda şikayət verilir ki, ya həmin qərardadlardan şikayət verilməsi qaydası Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş olsun, ya da qərardad işin sonrakı hərəkətinə mane olmuş olsun. Hazırki halda barəsində şikayət verilən xx xxxxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, məhkəmə işin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması ilə əlaqədar iddiaçı təşkilat vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə qeyd edilən qərardadla vəsatəti təmin etməmiş, eyni zamanda qərardadının nəticə hissəsində həmin qərardaddan şikayət verilib-verilməməsini göstərməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazirki işdən müəyyən edilir ki, vəsatətin təmin edilməməsi işin sonrakı gedişinə də mane olur. Belə ki, həmin qərardadda məhkəmə vəsatətin təmin edilməməsi göstərilmiş, eyni zamanda həmin qərardaddan şikayət verilib-verilməməsi məsələsi açıq qalmışdır ki, bununla da vəsatətin təmin edilməyərək iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması məhdudlaşdırılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixdə qərardad qəbul edərkən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilməsinin nəzərdə tutulmaması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına dair vəsatətin təmin edilməməsinə dair məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı təşkilat tərəfindən verilmiş şikayətə yenidən qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4282/2018 saylı qərardadı ləğv edlməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-4282/2018 saylı qərardadından verilmiş şikayət yenidən müzakirə edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-4282/2018 saylı qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-4282/2018 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər:Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar