Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-321/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)-1291/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13690 (on üç min altı yüz doxsan) manat məbləğində əsas borcun, dövlət rüsumu kimi ödənilmiş 133,40 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh N saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu Cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin də sənədini girov qoyaraq yaranmış problemlərin həlli ilə bağlı xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur, o az miqdarda - 1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borcu qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən iddiaçıya olan borcunu qaytarmasını tələb etmiş, lakin o hər dəfə bir bəhanə gətirməklə iddiaçıya olan borcunu qaytarmamışdır. İddiaçı bundan sonra cavabdeh barəsində bir sıra hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmiş və sonuncu dəfə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də araşdırma aparılmış və həmin araşdırma zamanı cavabdeh iddiaçıdan cəmi 10000 (on min) manat məbləğində pul aldığını və həmin pulu da guya hissə-hissə olmaqla qaytardığını bildirmişdir. Halbuki cavabdeh iddiaçıdan 15160 manat pul almış, həmin puldan da az bir hissə ödəniş etməklə hazırda iddiaçıya qalan borcu 13690 (on üç min altı yüz doxsan) manat təşkil edir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də cavabdeh barəsində cinayət işinin başlamasının rədd olunması barədə qərar qəbul edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində İddiaçı bildirmişdir ki, Samir ondan borc pul istəyərkən onlarda 15000 manat pul olmuş və o, həmin ərəfədə atasının pensiyasını da aldığı üçün ümumilikdə 15160 manatı Samirə borc vermişdir. Samir həmin borcdan 1470 manat qaytarsa da qalan borcu qaytarmamışdır. Samir borcu qaytarmaqdan yayınmağa başladıqda dəfələrlə Samirə whatsapp vasitəsi ilə mesajlar yazaraq pulu tələb etmiş, Samir isə cavab olaraq borcu və borcun məbləğini qeyd etməklə, hər dəfə bir bəhanə gətirərək yaxın zamanlarda borcu tam qaytaracağını qeyd etmişdir. Buna baxmayaraq, bu günədək qalan 13690 manatı qaytarmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh bildirmişdir ki, iddiaçıdan aldığı 10000 manat pulu ona ödəmişdir. Həmin pulun bir qismini xidmət yoldaşları üçün almışdır, onlar da həmin borcu iddiaçının anasının kartına ödəmişlər. Özü üçün götürdüyü pulun isə bir qismini İddiaçı nağd vermiş, bir qismini də iddiaçının anasına məxsus bank hesabına hər dəfə 250 manat olmaqla ödəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, Elşadla yoldaş-dost münasibətindədir. 2018-2019-cu illərdən bəri onu digər dostu Əhlimanov Elşad vasitəsilə tanımışdır. Cavabdeh şəxsən tanımadığını, yalnız hərbiçi yoldaş kimi gördüyünü bildirmişdir. Bu məsələ ilə bağlı yalnız onu bilir ki, Samirin İddiaçı borcu var, lakin həmin borcu ödəmir. Özünün İddiaçı borcu olmadığını, yalnız lotereya oynadığını, həmin lotereya ödənişlərini Elşadın anası Zaliyeva Məryəmə məxsus karta göndərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, İddiaçı bacısının əridir. Zaliyevin əvvəllər Sumqayıtda daha sonra Bakıda işlədiyini, hazırda yeni işə düzəldiyini, Cavabdeh tanıdığını bildirmişdir. Pul məsələsi ilə bağlı Samir Elşadın evinə gəlmiş, hətta bu zaman Samir arvadının adına olan sənəd gətirmişdir. Lakin Zaliyev həmin sənədin Samirə yox onun arvadına məxsus olduğunu bildiyindən həmin sənədi qəbul etməkdən imtina etmişdir. Bundan sonra Samir onlar tərəfindən edilmiş zənglərə cavab verməmiş, sonrasında borcunun olduğunu inkar etmişdir. Daha sonra polisə şikayət edilmiş, orada da Samir pulu aldığını, lakin ödədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin sualını cavablandıraraq bildirmişdir ki, pulu İddiaçı Cavabdeh vermiş, Samirin həmin pulu kimə yaxud kimlərə verməsi, ümumiyyətlə həmin pulu nə üçün istifadə etməsi ilə bağlı məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, İddiaçı onun oğludur. Cavabdeh Əhlimanov Elşada pula ehtiyacı olduğunu bildirmiş, Əhlimanov Elşad da Samirə pul lazım olduğunu, ona bununla bağlı kömək etməsini İddiaçı xahiş etmişdir. Oğlu Elşad pulu Samirə vermiş, Samir pulu qaytarmamışdır. Dəfələrlə Samirdən pulu tələb etsələr də, Samir pulu verməkdən imtina etmişdir. Bir gün Samir onların evlərinə gələrək bildirmişdir ki, ona verilən pulun bir qismini borclarına vermiş, həmçinin ev tikdirdiyini, evinin tikilməsinin yarımçıq qaldığını bildirmişdir. Mart ayında hərbiçilərə pul veriləcəyini, oradan 3000 manat verəcəyini, daha sonra may ayında evi sataraq borcunu qaytaracağını bildirmişdir. Daha sonra Samiri tapmadıqlarını, aidiyyatı orqanlara müraciət etdikdən sonra Samiri tapdıqlarını bildirmişdir. Özünün təqaüdçü olduğunu, Kapital bankdan təqaüd aldığını, tanışları ilə lotereya oynadığını, təqaüd kartına lotoreya pullarının göndərildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, İddiaçıı Samir vasitəsilə pul götürdüyü şəxs kimi tanıyır. O zamana qədər İddiaçı tanımamışdır. Zaliyev pulu Samirə vermiş, Samir də ona (Osmanlı Nurlana) vermişdir. Elşaddan Samir vasitəsilə 2500 manat pul aldığını, buna görə də xidməti vəsiqəsini, mülki vəsiqəsini və maaş kartını Samirə vermiş, Samir də onları İddiaçı vermişdir. Daha sonra 2500 manat pulu Zaliyevə qaytarmış, onda olan sənədlərini götürmüşdür. Hər ay həmin borcdan, yəni 2500 manat borcdan 250 manat faiz məbləğini terminal vasitəsilə Zaliyevin anasına məxsus olduğunu bildiyi karta ödəmişdir. Sonradan ona yenə pul lazım olduğundan bu dəfə İddiaçı 1500 manat pul aldığını, bu dəfə heç bir sənəd vermədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, Cavabdeh 2016-cı ildən tanıyır, münasibətləri yaxşıdır, İddiaçıı qiyabi olaraq tanıyır. Məhkəmənin sualına cavab verərək bildirmişdir ki, Samirin borcu olmuş və Samir onun yanında 500 manat faiz məbləğini terminal vasitəsilə borc sahibinə ödəmişdir. Cavabdeh nə qədər borcu olduğundan, ödənişi kimə etdiyindən xəbəri yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, Zalıyev Elşadı ümumiyyətlə tanımır. 2018-ci ilin avqust-sentyabr aylarında avtomobil qəzası törətdiyi üçün pul lazım olduğunu Samirə bildirmişdir. Samir də ona bir tanışının pul verə biləcəyini söyləmişdir və ondan şəxsiyyət vəsiqəsini və hərbi biletini almışdır. Samir ona 1000 manat pul vermiş və o, hər ay 100 manat məbləğində ödəniş etdiyini, pulun bir qismini Samirə qaytarmış, digər qismini Samirin ona dediyi karta köçürmüşdür. 11-ci ayda tamamilə borcunu bağlayaraq sənədlərini Samirdən geri almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)-1291/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 13690 manat pul və ödənilmiş 133,40 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Elmir Hüseynov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: 2018-ci ildə Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə onunla birlikdə xidmət edən Əhlimanovun vasitəsilə faizə pul verməklə məşğul olan iş üzrə iddiaçı X16 ilə tanış olmuş, o 1500 manat, X17 2000 manat, daha sonra 2500 manat, X8 əvvəlcə 2500 manat, daha sonra 1500 manat E.Zalıyevdən faizə pul götürmüşlər. Zalıyevə əlbəəl pul verməkdən əlavə maaş kartları Zalıyevin əlində olmuşdur. Müəyyən səbəblərdən kartda pul olmadıqda, Goranboy rayonunda, Goranboy rayonunun Ağcakənd və Qaraçinar kəndlərində olan “MİLYON” aparatı vasitəsilə iddiaçının anası X1 "xxxx" kartına pul köçürmüşlər. 2018-ci ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi iddiaçı E.X2 9600 manat, X8 hər ay 250 manat ödəmiş, N.Osmanlının atası və dayısı oğlu Sumqayıt şəhərinə gələrək E.Zalıyevlə görüşmüş, ona 2500 manat pul verərək N.Osmanlıya aid sənədləri ondan geri almışlar. Cavabdeh faizə aldığı borcun əvəzinə əlbəəl Zalıyevə 1470 manat, 2018-ci ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi ona ayda 150 manat pul ödəmişdir. Belə ki, digərləri kimi onun də maaş kartı iddiaçının əlində olmuş, o, əsasən yaşadığı evin yaxinlığında yerləşən “Qartal” firmasının qarşısında quraşdırılmış bankomatdan kartlardan pul çıxartmışdır. "xxxx"ın “Birbank” xidməti və Goranboy rayonunda, Goranboy rayonunun Ağcakənd və Qaraçinar kəndlərində olan “MİLYON” aparatı vasitəsi ilə iddiaçının anası X1 “Kapital Bank” kartına pul köçürmüşdür. İddiaçı X6 faizə aldıqları 10.000 manat pulun əvəzinə ona 19.600 manat pul ödəmişlər. Ona borcları yoxdur. Lakin o, sürücülük vəsiqəsini və xarici pasportu ona qaytarmamışdır. Bu barədə prokurorluğa şikayət etmişdir. Ümumiyyətlə, yuxarı instansiyalara şikayət edən faizə pul vermək peşəsi ilə məşğul olan Zalıyevin əlindən bütün batareya zara gəlmişdi. Məhkəmə nümayəndəsinin vəsatətini təmin edərək 2018-сi ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi “Birbank” xidməti və Goranboy rayonu, Goranboy rayonunun Ağcakənd və Qaraçinar kəndlərində olan “MİLYON” aparatı vasitəsilə iddiaçının anası X1 "xxxx" kartına yüklənən pullar barədə məlumatı "xxxx"dan tələb edərək almışdır. Əvvəl anasının kartının olmadığını bildirən iddiaçı, məlumat məhkəməyə daxil olduqdan sonra lotereya oynadıqlarını və karta yüklənən pulların lotereya pulu olduğunu məhkəməyə bildirmişdi. Məhkəmə bankdan məlumatı tələb edib alsa da, hesab nömrələrini tələb edərək araşdırma aparmadan qətnamə qəbul etmişdir. Ekspert rəyi məhkəmə kollegiyasına təqdim ediləcəkdir. Məhkəmə necə, nə vaxt, hansı şəraitdə yazıldığı məlum olmayan və həqiqiliyi şübhə doğuran Whatsapp yazılarına istinad edərək iddianı təmin etmişdir. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutulan hər hansı müqavilənin, mövcud borcun etirafı haqqında mücərrəd müqavılənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. İddiaçıdan borc deyil, faizə pul almış və ödəmişdir. Onun qarşısında heç bir öhdəliyi yoxdur və heç bir formaya riayət edilməmişdir. İddiaçının və öyrədilmiş şahidlərin saxta ifadələrinə əsaslanaraq iddia təmin edilmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Pİ-nin 1-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə izahat verərək 2018-ci il tarixdə İddiaçı hissə-hissə ümumilikdə 10000 manat pulu borc alması və xx.xx.2020-ci il tarixədək olan müddət ərzində həmin pulu hissə-hissə artıqlaması ilə qaytarmasını qeyd etmişdir. Cavabdeh ilə X16 arasında olan WhatsApp yazışmalarının surətindən görünür ki, cavabdehin iddiaçıya 13690 manat məbləğində borcu vardır. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-2115 saylı, X1 adına olan çıxarışdan görünür ki, İddiaçı anası X1 bank kartına müxtəlif məbləğlərdə mədaxil və məxariclər edilmişdir. Həmin mədaxillərdə hər ay mütəmadi olaraq 250 manat, 500 manat və 100 manat məbləğində mədaxillərinn edildiyi müəyyən edilmir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, Cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin sənədini girov qoyaraq xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur, o az miqdarda-1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borcu qalmışdır. Cavabdeh iddiaçıya olan borcunu ödədiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim edə bilmir. Cavabdehin və cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin qeyd etdikləri məbləğlərin iddiaçın anası Məryəm Zalıyevanın kart hesabına mədaxil edilməsi "xxxx" ASC-dən götürülmüş məlumatlarda əksini tapmır, bu hal da qeyd edilən şəxslərin izahat və ifadələrinin həqiqəti əks etdirmədiyi nəticəsinə gətirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Cavabdeh pulun tam ödənilməsini qeyd etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyini də məhkəmə kollegiyası borcun ödənilməsini təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, həmin rəylə müstəqil ekspert Əhməd Talıblı xx.xx.2020-ci il tarixdə Cavabdeh, X18 və X7 məxsus kartlardan nağd vəsait şəklində Sumqayıt şəhəri, məhəllə 48 ünvanında yerləşən Qartal TF-nın qeydiyyatında olan ATM-dən vəsaitlər çıxarıldığını qeyd etmiş və ehtimal etmişdir ki, vətəndaş X4 xx.xx.2018-xx.xx.2020-ci illər ərzində həmin ATM-dən Cavabdeh, X10 və X5 istifadəsində olan bank kartından dəfələrlə nağd vəsait çıxarmışdır. Kollegiya qeyd edir ki, rəylə ekspert ehtimala əsaslanmış, dəqiq nəticəyə gəlməmişdir. Bundan başqa, rəydə ekspert qeyd etmişdir ki, uyğun metodların tətbiqi, eyni zamanda etibarlı mənbələrdən alınmış məlumatların təhlili nəticəsində tədqiqat aparmış və müvafiq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, rəydə konkret olaraq hansı metodlardan istifadə olunduğu, tədqiqat aparılarkən hansı sənədlərə istinad olunduğu qeyd olunmadığından həmin rəy mötəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən- Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Bu Məcəllənin 882.1-882.3cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)- 1291/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)-1291/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-321/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-321/2023
27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver