Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-322/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, iddiaçı «xxxx» QSC-nin nümayəndəsi Vəkil, Cavabdeh1 və onun vəkili X15, Cavabdeh7, Cavabdeh8 və nümayəndəsi X2 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-145/2018 saylı qətnaməsindən iddiaçı «xxxx» QSC-nin nümayəndəsi M.M.Ağamirov tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-145/2018 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, İdrisov X18 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, bank və Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə, xx.xx.2010-cu il tarixli, 74 saylı sazişə, xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı, xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmalarına, xx.xx.2016-cı il tarixli, 17R000002969S saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SB saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071S saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SB saylı, xx.xx.2016-cı il tarixli, 17R000006318S saylı, xx.xx.2016cı il tarixli, 17R000006318SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000006318SB saylı sazişlərə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6988 ABŞ dolları 82 sent kredit borcu, 2062 ABŞ dolları 75 sent faiz borcu və 27 ABŞ dolları 76 sent cərimə borcu, cəmi 9079 ABŞ dolları 33 sent borcun, 17R000005071 saylı kredit razılaşması üzrə 24804 ABŞ dolları 98 sent kredit borcu, 7215 ABŞ dolları 86 sent faiz borcu və 81 ABŞ dolları 90 sent cərimə borcu olaraq, cəmi 32102 ABŞ dolları 74 sent borcun, 17R000006318 saylı kredit razılaşması üzrə 83836 ABŞ dolları 69 sent kredit borcu, 24449 ABŞ dolları 79 sent faiz borcu yə 23 ABŞ dolları 57 sent cərimə borcu, cəmi 108310 ABŞ dolları 05 sent borcun, 017R********** saylı kredit razılaşması üzrə 10000 ABŞ dolları məbləğində kredit borcu, 1537 ABŞ dolları 77 sent faiz borcu yə 120 ABŞ dolları cərimə borcu, cəmi 11657,77 ABŞ dolları borcun, ümumilikdə cəmi 161149 ABŞ dolları 89 sentin ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və 63 manat xidmət haqqı məbləğində pul vəsaitin tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, X6 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 19194 manat, İdrisov X10 məxsus ipoteka predmetlərinin ilkin satış qiymətinin 76.000 manat və Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 62760 manat müəyyən edilməklə açıq hərracda satılmaları və həmin daşınmaz əmlakların satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin Banka olan borclarının ödənilməsi qət edilmişdir. İddiaçı «xxxx» QSC-nin nümayəndəsi M.M.Ağamirov apelyasiya şikayəti verib, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-145/2018 saylı qətnaməsinin qismən ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması tələbinin təmin edilməməsi və cərimə borcunun azaldılmasına dair hissələrdə dəyişdirilməsi və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-145/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 101/2020 saylı qətnaməsi ilə iddiaçı «xxxx» QSC-nin nümayəndəsi M.M.Ağamirovun apelyasiya şikayəti təmin edilməmiş və Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-145/2018 saylı qətnaməsinə əsas kredit borclarına, 017R********** saylı kredit razılaşması üzrə faiz borcuna, X6 məxsus ipoteka predmetinin və Cavabdeh1 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətlərinə aid hissələrdə dəyişiklik edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniləcək günə manata məzənnəsi ilə Bankın xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6702,94 ABŞ dolları, 17R000005071 saylı kredit razılaşması üzrə 24515,92 ABŞ dolları, 17R000006318 saylı kredit razılaşması üzrə 83199,83 ABŞ dolları, 017R********** saylı kredit razılaşması üzrə 9995,55 ABŞ dolları əsas kredit borclarının və 017R********** saylı kredit razılaşması üzrə 1514,84 ABŞ dolları faiz borcunun tutulması, Cavabdeh1 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 80000 manat, X6 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin Cavabdeh1 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Qətnamədən iddiaçı «xxxx» QSC-nin nümayəndəsi M.M.Ağamirov və Cavabdeh1 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-3611/2020 saylı qərarı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-101/2020 saylı qətnaməsi qismən – ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmiş və Cavabdeh1 kassasiya şikayəti təmin olunmamış, qətnamə dəbbə pulu tələbinin təmin olunmayan hissəsində və iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı «xxxx» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, borclu ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə, xx.xx.2010-cu il tarixli, 74 saylı sazişə, xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı, xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmalarına, xx.xx.2016-cı il tarixli, 17R000002969S saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SB saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071S saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SB saylı, xx.xx.2016-cı il tarixli, 17R000006318S saylı, xx.xx.2016cı il tarixli, 17R000006318SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000006318SB sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İdrisov X18, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada Bankın xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6988,82 ABŞ dolları məbləğində kredit borcu, 2062,75 ABŞ dolları məbləğində faiz borcu və 3727,76 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12779,33 ABŞ dolları borcun, 17R000005071 saylı kredit razılaşması üzrə 24804,98 ABŞ dolları məbləğində kredit borcu, 7215,86 ABŞ dolları məbləğində faiz borcu və 13281,9 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 45302,74 ABŞ dolları borcun, 17R000006318 saylı kredit razılaşması üzrə 83836,69 ABŞ dolları məbləğində kredit borcu, 24449,79 ABŞ dolları məbləğində faiz borcu yə 44923,57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 153210,05 ABŞ dolları borcun, 017R********** saylı kredit razılaşması üzrə 10000 ABŞ dolları məbləğində kredit borcu, 1537,77 ABŞ dolları məbləğində faiz borcu və 3120 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14657,77 ABŞ dolları borcun, ümumilikdə 225949,89 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və qeyd edilən məbləğdə pulun ipoteka predmetlərinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Borcluya məxsus ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Borclunun həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi, İdrisov X10 məxsus ipoteka predmetlərinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və Banka təhvil verilməsi, X6 məxsus ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı «xxxx» QSC-nin nümayəndəsi M.M.Ağamirov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Cavabdehlər mülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Göstərilən müddəaların tələbləri baxımından cavabdehlər ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində dəyişdirilməsi və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxx» QSC-nin nümayəndəsi Vəkil apelyasiya şikayətinin dəlillərini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh7, Cavabdeh8 və nümayəndəsi X7, Cavabdeh1 və onun vəkili X15 idiaçının verdiyi apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, İdrisov X18 və Cavabdeh5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-3611/2020 saylı qərarı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-101/2020 saylı qətnaməsi qismən – ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin olunmamaşdır. Ona görə də, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-145/2018 saylı qətnaməsi ancaq iddiaçı «xxxx» QSC-nin ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılmaları, əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində araşdırılmalıdır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi araşdırılan hissədə qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə əsasən Borcluya 60 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqavilə və kredit razılaşması əsasında ona istənilən məbləğin xx xxxxxx 2011-ci il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulmuşdur. Bankla Borclu arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxxx 2010-cu il tarixli, 74 saylı sazişə əsasən kredit xətti müqaviləsi ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditin məbləği 500.000 ABŞ dolları, müddəti 172 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Bankla Borclu arasında bağlanmış x xxxxx 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşmasına əsasən Borcluya aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla, 36 ay müddətinə 50.000 ABŞ dolları kredit verilmişdir. Bankın Xırdalan filialı və Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000002969S saylı sazişlə kredit xətti müqaviləsi üzrə x xxxxx 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000002969SA saylı sazişə əsasən kredit xətti müqaviləsi üzrə x xxxxx 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalıq məbləğinə xx xxxxx 2016-cı il tarixdən aylıq 1,3333% dərəcəsi ilə faizlər hesablanması nəzərədə tutulmuşdur. Bankın Xırdalan filialı və Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000002969SB saylı sazişlə kredit xətti müqaviləsi üzrə x xxxxx 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, həmin günə olan kreditin qalığına faizlərin 6 ay ərzində 1,8333% olmaqla hesablanması nəzərdə tutulmuşdur. Bankın Xırdalan filialı və Borclu arasında bağlanmış kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması ilə Borcluya aylıq faiz dərəcəsi 1,5% olmaqla 36 ay müddətinə 68.000 ABŞ dolları kredit verilmişdir. Bankın Xırdalan filialı və Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000005071S saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000005071SA saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalıq məbləğinə xx xxxxx 2016-cı il tarixdən aylıq 1,3333% dərəcəsi ilə faizlər hesablanması nəzərdə tutulmuşdur. Bankın Xırdalan filialı və Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000005071SB saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, həmin günə olan kreditin qalığına faizlərin 6 ay ərzində 1,8333% olmaqla hesablanması nəzərdə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması ilə Borcluya aylıq faiz dərəcəsi 1,4167% olmaqla 36 ay müddətinə 165.000 ABŞ dolları kredit verilmişdir. Bankın Xırdalan filialı və Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000006318S saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000006318SA saylı sazişə əsasən kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalıq məbləğinə xx xxxxx 2016-cı il tarixdən aylıq 1,3333% dərəcəsi ilə faizlər hesablanması nəzərdə tutulmuşdur. Bankın Xırdalan filialı və Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000006318SB saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, həmin günə olan kreditin qalığına faizlərin 6 ay ərzində 1,8333% olmaqla hesablanması nəzərdə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə Bankın Xırdalan filialı və Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 017R********** saylı kredit razılaşmasına əsasən Borcluya aylıq faiz dərəcəsi 1,3333% olmaqla 36 ay müddətinə 10.000 ABŞ dolları kredit verilmişdir. Bankın Sumqayıt filialı və Cavabdeh6 arasında bağlanmış 03S000000042 saylı, xx xxxxxx 2006-cı il tarixli zaminlik müqaviləsi ilə sözügedən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh6 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı və Cavabdeh6 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 42 saylı, xx xxxx 2010-cu il tarixli sazişə əsasən Bank ilə zamin arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmış 03S000000042 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500000 ABŞ dolları, kredit xəttinin müddəti 172 ay göstərilmişdir. Bankın Xırdalan filialı və Cavabdeh5 arasında bağlanmış 17S000002867 saylı, xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh5 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı və Cavabdeh9 arasında bağlanmış 03S000003978 saylı, xx xxxxxx 2009-cu il tarixli zaminlik müqaviləsinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh9 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı ilə Cavabdeh9 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 3978 saylı, xx xxxx 2010cu il tarixli sazişə əsasən Bank ilə zamin arasında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış 03S000003978 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500000 ABŞ dolları, kredit xəttinin müddəti 172 ay yazılmışdır. Bankın Xırdalan filialı və İdrisov X18 arasında bağlanmış 17S000002121 saylı, xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün İdrisov X4 qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Xırdalan filialı və Cavabdeh2 arasında bağlanmış 17S000006630 saylı, xx xxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh2 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı və X9 arasında bağlanmış 17S000003977 saylı, xx xxxxxx 2009-cu il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün X1 qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı və Cavabdeh10 arasında bağlanmış 17S000008024 saylı, xx xxxx 2010-cu il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh10 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı və Cavabdeh3 arasında bağlanmış 03S000008717 saylı, xx xxxxxx 2010-cu il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh3 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı və Cavabdeh8 arasında bağlanmış 03S000000356 saylı, x xxxx 2008-ci il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh8 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı və Cavabdeh8 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 356 saylı, xx xxxx 2010-cu il tarixli sazişə əsasən Bank ilə zamin arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmış 03S00000042 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500000 ABŞ dolları, kredit xəttinin müddəti 172 ay göstərilmişdir. Bankın Sumqayıt filialı və İdrisov X18 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 17M000000580 saylı ipoteka müqaviləsinə əsasən kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün İdrisov X10 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi 3143 ünvanında xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi (bundan sonra – İdrisov X10 məxsus ipoteka predmetləri) ipoteka ilə yüklü edilmiş və həmin ipoteka predmetlərinin qiyməti 69018,40 manat məbləğində müəyyən edilmişdir. İdrisov X10 məxsus ipoteka predmetlərinin ipoteka ilə yüklü edilməsi xx xxxxxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bankın Sumqayıt filialı və X9 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 03M000000095 saylı ipoteka müqaviləsinə əsasən kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün X6 məxsus Sumqayıt şəhəri 48-ci məhəllə 4 saylı evin 56 saylı mənzili (bundan sonra – X6 məxsus ipoteka predmeti) ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 19194 manat məbləğində müəyyən edilmişdir. Bankın Sumqayıt filialı və X9 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 03M000000095 saylı ipoteka müqaviləsinə 396 saylı, xx xxxxxx 2010-cu il tarixli sazişlə dəyişiklik və əlavələr edilmişdir. X6 məxsus ipoteka predmetinin ipoteka ilə yüklü edilməsinin əlavə qeydiyyatı xx xxxxxx 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bankın Sumqayıt filialı və Borclu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 017M**********01 saylı ipoteka müqaviləsinə əsasən kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Borcluya məxsus Sumqayıt şəhəri 1-ci məhəllə 6 saylı evin 4 saylı mənzili (bundan sonra – Borcluya məxsus ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir. Borcluya məxsus ipoteka predmetinin ipoteka ilə yüklü edilməsi xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instnsiya məhkəməsi iddia ərizəsi üzrə tələb edilən borc məbləğinin cavabdehlər X9, İdrisov X18 və Cavabdeh1 məxsus ipoteka predmetlərinə yönəltməkdən imtina etdikdə “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin tələbinə istinad edərək hesab etmişdir ki, kredit borcu ipoteka predmeti ola əmlaklara yönəldikdən sonra həmin əmlaklar satılmalı və onların satışında sonra yeni mülkiyyətçi olaraq müəyyən ediləcək şəxs cavabdehlərin ipoteka predmeti olan əmlaklardan çıxarılmasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyanın tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Göründüyü kimi, qanunvercilik ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadığı halda, həmin şəxslərin evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan çıxarılması qaydasını müəyyən etmişdir. Bu baxımdan, ipoteka predmeti olan əmlakların hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə ayrıca iddia verilməsinə də zərurət yoxdur”. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ipoteka predmetinə yönəldilmə hissəsində əsaslı hesab edilməli, X6 məxsus 48-ci məhəllə, 4 saylı evin 56 saylı mənzili, İdrisov X10 məxsus Sumqayıt şəhəri, Saray bağlar masivi,3143 ünvanında xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, 6 saylı evin 4 saylı mənzil satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, İdrisov X18 və Cavabdeh5 ipoteka prmetindən çıxarılmalı və İddiaçı QSC-yə təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC apelyasiya şikayətinin dəlillərini mübahisələndirilən hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mübahisələndirilən hissəsi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, İddiaçı QSC-nin verdiyi apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia mübahisələndirilən hissədə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin verdiyi apelyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-145/2018 saylı qətnaməsi qismən ləğv edilsin. İddia mübahisələndirilən hissədə təmin edilsin. X6 məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, 4 saylı evin 56 saylı mənzili, İdrisov X10 məxsus Sumqayıt şəhəri, Saray bağlar masivi,3143 ünvanında xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, 6 saylı evin 4 saylı mənzil satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh3, İdrisov X18 və Cavabdeh5 ipoteka premetindən çıxarılsın və ipoteka predmetləri boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-322/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-322/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver