Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3223/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “ABC- Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(012)-1927/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(012)-1927/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) iddiaçı “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, “Samsung” paltaryuyan üçün 494 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 504 manat, “HOFFMANN LED” televizor üçün 1254 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 1264 manat, “HOFFMANN” kondisioner, “Panasonic” ətçəkən üçün 1512 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 1522 manat, “Dnepr” yataq çarpayı, termo, dolab, tumba, pufik - yumsaq, “DOSHEK URETAN”, “Soli” mebel üçün 1692 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 1702 manat, “X6”, “Mİ Power” bank üçün 42 manat ödənilməmiş hissə, 5 manat cərimə, cəmi 47 manat, “HOFFMANN” mini soba, “Delonghi” izqara üçün 198 manat ödənilməmiş hissə, 5 manat cərimə, cəmi 203 manat, “LG” paltaryuyan üçün 385 manat ödənilməmiş hissə, 5 manat cərimə, cəmi 390 manat, İMEİ kodu **********87404 olan “HOFFMANN Go” markalı telefon, 2 ədəd aksesuar üçün 55 manat 20 qəpik ödənilməmiş hissə, 5 manat cərimə, cəmi 60 manat 20 qəpik borc, ümumilikdə cəmi 5692,2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5722,20 manat borcun Cavabdeh “ABC Telecom” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 04.06.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” paltaryuyan üçün 494 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu, 16.07.2019-cu il tarixli müqaviləyə əsasən “HOFFMANN LED” televizor üçün 1254 manat ödənilməmiş hissə, 237 manat dəbbə pulu, 14.08.2019-cu il tarixli müqaviləyə əsasən “HOFFMANN” kondisioner, “Panasonic” ətçəkən üçün 1512 manat ödənilməmiş hissə, 388 manat dəbbə pulu, 19.10.2019-cu il tarixli müqaviləyə əsasən “Dnepr” yataq çarpayı, termo, dolab, tumba, pufik - yumsaq, “DOSHEK URETAN”, “Soli” mebel üçün 1692 manat ödənilməmiş hissə, 282 manat dəbbə pulu, 01.11.2019-cu il tarixli müqaviləyə əsasən “X6”, “Mİ Power” bank üçün 42 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu, 01.11.2019-cu il tarixli müqaviləyə əsasən “HOFFMANN” mini soba, “Delonghi” izqara üçün 198 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu dəbbə pulu, 07.12.2019-cü il tarixli müqaviləyə əsasən “LG” paltaryuyan üçün 385 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 05.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********87404 olan “HOFFMANN Go” markalı telefon, 2 ədəd aksesuar üçün 55,20 manat ödənilməmiş hissə, 11,80 manat dəbbə pulu, ümumilikdə 6765 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6795 manat borcun Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 04.06.2019-cu il, 16.07.2019-cu il, 14.08.2019cu il, 19.10.2019-cu il, 01.11.2019-cu il, 01.11.2019-cu il, 07.12.2019-cu il və 05.01.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh cəmiyyətdən “Samsung” paltaryuyan, “HOFFMANN LED” televizor, “HOFFMANN” kondisioner, “Panasonic” ətçəkən, dnepr yataq çarpayı, termo, dolab, tumba, pufik - yumsaq, “DOSHEK URETAN”, Soft mebel, “X6”, “Mİ Power” bank, “HOFFMANN” mini soba, Deionghi İzqara, “LG” paltaryuyan, İMEİ Kodu **********87404 olan “HOFFMANN X Go” markalı telefon, 2 ədəd aksesuar almış və nəticədə 6765 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1301 manat (11 ay x 118 manat + 5 manat ilkin ödəniş) olan “Samsung” paltaryuyan üçün ümumilikdə 635 olmaqla, ondan 494 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu, 16.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1584 manat (24 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN LED” televizor üçün ümumilikdə 1491 manat olmaqla, ondan 1254 manat ödənilməmiş hissə, 237 manat dəbbə pulu, 14.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1945 manat (18 ay x 108 manat +1 manat ilkin ödəniş) olan “HOFFMANN” kondisioner, “Panasonic” ətçəkən üçün ümumilikdə 1900 manat olmaqla, ondan 1512 manat ödənilməmiş hissə, 388 manat dəbbə pulu, 19.10.2019-cu il tarixil müqaviləyə əsasən alqı-satqı qiyməti 1880 manat (20 ay x 94 manat + 0 manat ilkin ödəniş) olan Dnepr yataq çarpayı, termo, dolab, tumba, pufik yumsaq, DOSHEK CRETAN, Soft mebel üçün ümumilikdə 1974 manat olmaqla, ondan 1692 manat ödənilməmiş hissə, 282 manat dəbbə pulu, 01.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 144 manat (6 ay x 24 manat +0 manat ilkin ödəniş) olan “Xiaomi Redmi” Airdots, X7 üçün ümumilikdə 56 manat olmaqla, ondan 42 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu, 01.11.2019-cıı il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 396 manat (12 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” mini soba, Delonghi İzqara üçün ümumilikdə 257 manat olmaqla, ondan 198 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu, 07.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1179 manat (18 ay x 65 manat + 9 manat ilkin ödəniş) olan “LG” paltaryuyan üçün ümumilikdə 385 manat olmaqla, ondan 385 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 05.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 163,20 (12 ay x 13 manat 60 qəpik+0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********87404 olan “HOFFMANN X Co” markalı telefon, 2 ədəd aksesuar üçün ümumilikdə 67 manat olmaqla, ondan 55.20 manat ödənilməmiş hissə, 11,80 qəpik dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2960 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, cəmiyyət müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini peniyanın ödənilməsinə yönəldə bilər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, qətnamədə qeyd olunan “LG” markalı paltaryuyan üçün 385 manat ödənilməmiş hissəni, əslində hissə-hissə ödəmiş, ümumilikdə 100 manat miqdarında borcu qalmışdır. Bundan başqa, “HOFFMANN” markalı mobil telefona görə yığılan borcun tam ödənilməsinə baxmayaraq qətnamədə ödəniş olunmadığı qeyd edilmişdir. Hazırda borclarını ödəməyə maddi imkanı yoxdur. Yalnız yeni ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla borclarını ödəməyə imkanı vardır. Çünki aylıq 235 manat əmək haqqı alır. Eyni zamanda kirayə evdə yaşayır, himayəsində azyaşlı uşağı vardır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00701907 saylı, 04.06.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “Samsung” markalı paltaryuyan satılmışdır. İş materiallarında olan 00701907 saylı, 04.06.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 04.06.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung” markalı paltaryuyanın dəyəri olan 1301 manatı hər ay 118 manat olmaqla 11 ay ərzində ödəməlidir. İş materiallarında olan 04.06.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “Samsung” markalı paltaryuyanı təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00786865 saylı, 16.07.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “HOFFMANN LED 50A3500” markalı televizor satılmışdır. İş materiallarında olan 00786865 saylı, 16.07.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 16.07.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “HOFFMANN LED 50A3500” markalı televizorun dəyəri olan 1584 manatı hər ay 66 manat olmaqla 24 ay ərzində ödəməlidir. İş materiallarında olan 16.07.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “HOFFMANN LED 50A3500” markalı televizoru təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00846807 saylı, 14.08.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “HOFFMANN SİAC- 24/HR” markalı kondisioner və “Panasonic MK-MG1300” markalı ətçəkən satılmışdır. İş materiallarında olan 00846807 saylı, 14.08.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 14.08.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “HOFFMANN SİAC-24/HR” markalı kondisioner və “Panasonic MK-MG1300” markalı ətçəkənin dəyəri olan 1945 manatı hər ay 108 manat olmaqla 18 ay ərzində ödəməlidir. İş materiallarında olan 14.08.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “HOFFMANN SİAC-24/HR” markalı kondisioneri və “Panasonic MK-MG1300” markalı ətçəkəni təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00992120 saylı, 19.10.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “Dnepr” yataq çarpayı, termo, dolab, tumba, pufik - yumsaq, “DOSHEK URETAN”, “Solf” markalı mebel satılmışdır. İş materiallarında olan 00992120 saylı, 19.10.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 19.10.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Dnepr” yataq çarpayı, termo, dolab, tumba, pufik - yumsaq, “DOSHEK URETAN”, “Solf” markalı mebelin dəyəri olan 1880 manatı hər ay 94 manat olmaqla 20 ay ərzində ödəməlidir. İş materiallarında olan 19.10.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “Dnepr” yataq çarpayı, termo, dolab, tumba, pufik - yumsaq, “DOSHEK URETAN”, “Solf” markalı mebeli təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01020864 saylı, 01.11.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC- Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “X6 Black BT5.0” markalı mobil telefon və “Mİ Power” bank satılmışdır. İş materiallarında olan 01020864 saylı, 01.11.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 01.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “X6 Black BT5.0” markalı mobil telefon və “Mİ Power” bankın dəyəri olan 144 manatı hər ay 24 manat olmaqla 6 ay ərzində ödəməlidir. İş materiallarında olan 01.11.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “X6 Black BT5.0” markalı mobil telefonu və “Mİ Power” bankı təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01020777 saylı, 01.11.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC- Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “HOFFMANN M3540” markalı mini soba və “Delonghi SW12AC.S” izqara satılmışdır. İş materiallarında olan 01020777 saylı, 01.11.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 01.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “HOFFMANN M3540” markalı mini soba və “Delonghi SW12AC.S” izqaranın dəyəri olan 396 manatı hər ay 33 manat olmaqla 12 ay ərzində ödəməlidir. İş materiallarında olan 01.11.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “HOFFMANN M3540” markalı mini sobanı və “Delonghi SW12AC.S” izqaranı təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01108361 saylı, 07.12.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC- Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “LG” markalı paltaryuyan satılmışdır. İş materiallarında olan 01108361 saylı, 07.12.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 07.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “LG” markalı paltaryuyanın dəyəri olan 1179 manatı hər ay 65 manat olmaqla 18 ay ərzində ödəməlidir. İş materiallarında olan 07.12.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “LG” markalı paltaryuyanı təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20014345 saylı, 05.01.2020-ci il tarixli müqavilədən görünür ki, “ABC- Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “HOFFMANN Go” markalı telefon və 2 ədəd aksesuar satılmışdır. İş materiallarında olan 20014345 saylı, 05.01.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan 05.01.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “HOFFMANN Go” markalı telefon və 2 ədəd aksesuarın dəyəri olan 163,2 manatı hər ay 13,60 manat olmaqla 12 ay ərzində ödəməlidir. İş materiallarında olan 05.01.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh “HOFFMANN Go” markalı telefonu və 2 ədəd aksesuarı təhvil almışdır. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin 10.06.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin 28 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, 07.12.2019-cu il tarixli müqavilə üzrə məhkəmə prosesi dövründə 21.01.2021-ci il tarixdə 100 manat, 16.03.2021-ci il tarixdə 80 manat ödəniş olmuş, qətnamə qəbul edildikdən sonra, yəni 03.05.2021-ci il tarixdə 100 manat ödənilmiş və 07.12.2019-cu il tarixli müqavilə üzrə borcdan silinmişdir. 05.01.2020ci il tarixli müqavilə üzrə məhkəmə prosesi dövründə 08.021.2021-ci il tarixdə 30 manat, 16.03.2021-ci il tarixdə 24,6 manat, cəmi 54,26 manat pul ödənilmiş və həmin müqaviləyə görə borc bağlanmışdır, bunlar məhkəmə qətnaməsinin icrası zamanı nəzərə alınacaqdır. Cavabdeh ümumilikdə 334 manat ödəmişdir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh dəyərini hissəhissə ödəmək şərti ilə “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətindən “Samsung” markalı paltaryuyan, “HOFFMANN LED 50A3500” markalı televizor, “HOFFMANN SİAC- 24/HR” markalı kondisioner və “Panasonic MK-MG1300” markalı ətçəkən, “Dnepr” yataq çarpayı, termo, dolab, tumba, pufik - yumsaq, “DOSHEK URETAN”, “Solf” markalı mebel, “X6 Black BT5.0” markalı mobil telefon və “Mİ Power” bank, “HOFFMANN M3540” markalı mini soba və “Delonghi SW12AC.S” izqara, “LG” markalı paltaryuyan, “HOFFMANN Go” markalı telefon və 2 ədəd aksesuar almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində “LG” markalı paltaryuyan üçün 100 manat miqdarında borcu qaldığını, “HOFFMANN” markalı mobil telefona görə borcunu tam ödədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin 28 oktyabr 2021-ci il tarixli arayışına əsasən “LG” markalı paltaryuyan alınması barədə 07.12.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən 21.01.2021-ci il, 16.03.2021-ci il və 03.05.2021-ci il tarixlərdə ümumilikdə 280 manat ödəniş edilmişdir, 05.01.2020-ci il tarixli müqavilə üzrə borc bağlanmışdır, bunlar məhkəmə qətnaməsinin icrası zamanı nəzərə alınacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(012)-1927/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3223/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3223/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver