Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3239/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(074)-360/2021 saylı qərardadından Cavabdeh1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(074)-360/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Natiq İsmayılov) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacbala oğlu və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və qarşılıqlı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Cavabdeh1 qaytarılması qərara alınmış, Cavabdeh1 qərardaddan şikayət vermişdir. Məhkəmə iclasında Cavabdeh1 qərardaddan şikayətin mümkün hesab edilməsini xahiş etdi. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, cavabdehlər Cavabdeh2 Hacbala oğlu və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(074)-360/2021 saylı qərardadından şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ilə məhkəməyə müraciət edərək, cəmi 21056,12 manat olmaqla, 3485,94 manat əsas, 7996,42 manat faiz, 9048,64 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 525,12 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacbala oğlu və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(074)-360/2021 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və qarşılıqlı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Cavabdeh1 qaytarılması qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(074)-360/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(074)-360/2021 saylı qərardadından şikayəti 24 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şamaxı Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(074)-360/2021saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(074)-360/2021 saylı qərardadından şikayətinə baxarkən iş üzrə icraatı təzələməmişdir. Halbuki icraatı dayandırılmış iş üzrə hər hansı prosessual hərəkətlər edilə bilməz. Birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, iş üzrə icraatı təzələyib şikayətə baxmaq əvəzinə, şikayətə baxıb təmin etməyərək apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdehin şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şamaxı Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(074)-360/2021 saylı qərardadından Cavabdeh1 şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Şamaxı Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(074)-360/2021saylı qərardadından Cavabdeh1 şikayətinin təmin edilməməsinə dair Şamaxı Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(074)-360/2021 saylı qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3239/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3239/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver