Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3248/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, İddiaçı nümayəndəsi və vəkili X35 və Cavabdeh nümayəndəsi və vəkili X17 iştirakları ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(059)-2/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(059)-2/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, X6 iddia ilə məhkəməyə müraciət edərək X11 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş mülkiyyət hüququ barədə sənədin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 1954-cü ildə Xızı rayonunun Ərziküş kənd sakini X32 ilə evlənmiş, 1956-cı ildə Siyəzən şəhərinə köçərək, bir müddət kirayədə qaldıqdan sonra Əliağa Soltanov ev tikmək üçün torpaq sahəsi alıb, Siyəzən şəhəri, Sabir küçəsində 20 saylı fərdi yaşayış evini inşa etmişdir. Ailələri böyük olmuşdur. Belə ki, Əliağa Soltanovun anası Bədirnisə, bacıları və qardaşı X28 da onlarla birlikdə yaşamışdılar. 1957-ci ildə qaynı Güləsəni evləndirib, gəlini də bu evə gətirmişdilər. Güləsənin arvadı Sücarə ilə evliliyindən övladı olmamış, Sücarə 2006-cı ildə vəfat etmişdir. Qayınanası Bədirnisənin gözləri kor olmuş, 25 il görməmiş, baldızının da gözləri tutulmuş, 12 il görməmişdi. Həmin şəxslərə o baxmış, bütün qayğılarını o çəkmişdi. Onun həyat yoldaşı aldığı torpaq sahəsindən Güləsənə yer ayırıb vermiş, Güləsən üçün də həmin ünvanda ev tikmişdilər. Qaynı Güləsən 2013-cü ildə arvadı rəhmətə getdiyi üçün ikinci dəfə Fatma adlı qadınla evlənmiş, Fatmanı yaşadıqları evə gətirmiş, onların uşaqları olmamışdı. 2007-ci ildə həyat yoldaşı Əliağa Soltanov vəfat etmiş, bundan sonra qaynı Güləsən Soltanov xəstələnib pis vəziyyətə düşmüşdü. Güləsən Sultanovun arvadı Fatma Sultanova ərini götürüb Şabrana baldızı qızı Sənəmin yanına aparmış, lakin 3 gündən sonra qayıdaraq Güləsən Sultanova baxa bilmədiyini bildirmişdi. X21mış, baldızı qızı X46 qulluq etmiş, vəfat edəndən sonra dəfn etmiş, bütün xərclərini, əziyyətini çəkmişdir. X47 Sultanovla ilə maraqlanmadığına görə X37 evin sənədlərini istəmiş, lakin Fatma evin sənədlərini verməkdən imtina etmişdi. Güləsən Sultanov evin sənədlərini almaq üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə məlum olmuşdur ki, Fatma evi qaynı tam fəaliyyət qabiliyyəti olmayan halda, xəstə yatdığı zaman vəziyyətindən sui-istifadə edərək notariusu evə apararaq evi saxta yolla öz adına bağışlama müqaviləsi tərtib etdirmişdi. X38 bu etibarsızlığını görəndən sonra Siyəzən Rayon Məhkəməsinə iddia verərək 2015-ci ildə Fatmadan boşanmışdır. Qaynının tələbi ilə Siyəzən Rayon Məhkəməsi Fatmanın evdən çıxarılması barədə qətnamə qəbul etmişdi. Bundan sonra qaynı 03 iyun 2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə evi baldızının nəvəsi-Sənəmin oğlu X23 vəsiyyət etmişdi. 2015-ci iln noyabr ayının 25-də qaynı Güləsən Sultanov vəfat etmişdi. Qaynının vəfatından 6 ay keçəndən sonra evi Kamətdinin adına rəsmiləşdirmək üçün Reyestr Xidmətinə müraciət etdikdə Fatma yenidən ortalığa çıxmışdı. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq qaynına görə heç bir zəhmət çəkməyən, hətta qaynının tez ölməsi üçün çalışan Fatma Sultanova qaynından miras qalmış, Kamətdinə vəsiyyət olunmuş evə sahib çıxmışdı. Hazırda qərar icra olunması üçün məhkəmə icraçılarına göndərilmişdir. Heç bir mənəvi və hüquqi haqqı olmadığı halda, Fatma Sultanovanı onların evinə yerləşdirmək istəyirlər. Fatma ləyaqətsiz bir vərəsə kimi tanınmaqla vərəsəlikdən məhrum edilməli idi. Cavabdeh X24 öldüyünə görə Siyəzən Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qərardadına əsasən hüquqi varisi Cavabdeh ilə əvəz edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadına əsasən iddiaçı X6 öldüyünə görə İddiaçı hüquqi varis kimi iddiaçını əvəz etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətinini onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki hallarının araşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, anası Sabahgül Soltanova 1954-cü ildə Xızı rayonunun Ərziküş kənd sakini X32 ilə evlənmiş, 1956-cı ildə Siyəzən şəhərinə köçərək bir müddət kirayədə qaldıqdan sonra mərhum Əliağa Soltanov ev tikmək üçün torpaq sahəsi almış, Siyəzən şəhərinin Sabir küçəsində 20 saylı fərdi yaşayış evini inşa etmişdir. Əliağanın anası Bədirnisə, bacıları və qardaşı X28 da onlarla birlikdə yaşamışdır. Həmin evi X32 anası X7 adına sənədləşdirmişdir. İş materiallarına əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, mübahisəli ev X7 mülkiyyətində olmuşdur. Həmçinin iş materiallarında olan 22 aprel 1976-cı il tarixli vəsiyyətnamədən görünür ki, X25 vəfat edəcəyi günə ona məxsus olan əmlakın harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq oğlu X26 vəsiyyət etmişdir. Eyni zamanda Siyəzən şəhəri Sabir küçəsi 30 nömrəli fərdi yaşayış evi də Əliağa Soltanova vəsiyyət edilmişdir. Bundan başqa, valideynləri 1957-ci ildə əmisi X18 evləndirmiş, gəlini də mübahisəli evə gətirmişdilər. Güləsən Sultanovun arvadı Sücarə ilə evliliyindən övladı olmamış, Sücarə vəfat etmişdir. Arvadı vəfat etdiyi üçün Güləsən Suoltanov 2003-cü ildə ikinci dəfə Fatma adlı qadınla evlənmiş, lakin bu evlilikdən də övladı olmamışdır. Güləsən Sultanov arvadı Fatmanın onunla maraqlanmadığına, ona baxmadığına görə etibarsızlığını gördükdən sonra nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. X39 Siyəzən şəhəri, Sabir küçəsi, 20 saylı fərdi yaşayış evinin X8 adına bağışlanmasından imtina və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Güləsən Sultanov 08 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, işə baxan məhkəmə işi tam, hərtərəfli araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qəbul olunması xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X49 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh nümayəndəsi X33 məhkəmə iclasında şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, Sabir küçəsi, 20A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X12 adına 14.09.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Siyəzən rayonu dövlət notariat kontorunda 26 yanvar 2015-ci il tarixdə təsdiq edilərək 4Ə-26 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqavilənin surətindən görünür ki, X2 şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 73,8 kv.m olan 2 otaqdan ibarət 20 A saylı fərdi yaşayış evini X11 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, Sabir küçəsi, 20A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X11 adına 27.02.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli, 2(059)-395/2015 qətnaməsinin surətindən görünür ki, iddiaçı X12 cavabdeh X11 qarşı daşınmaz əmlakın bağışlanmasından imtina və çıxarışın etibarsız hesab edilməsinə dair iddiası təmin edilmiş, Siyəzən şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 73,8 kv.m olan 2 otaqlı 20 A saylı fərdi yaşayış evinin cavabdeh X11 bağışlanmasına dair 26 yanvar 2015-ci il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2016-cı il tarixli, 2(105)-862/2016 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X8 apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X12 cavabdeh X11, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə və Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı Siyəzən şəhəri, Sabir küçəsi, 20 saylı fərdi yaşayış evinin cavabdeh X8 adına bağışlanmasından imtina və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.03.2017-ci il tarixli, 2(102)-2191/17 saylı qərarının surətindən görünür ki, iddiaçı X12 hüquqi varisi Əliyev Kamətdin Firuz oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-862/2016 nömrəli iş üzrə 21 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2(059)- 45/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdehlər X4, X19, X9, X13 və X14 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər X15, X29, X20, X27 və X10 iddiaçı X8 mülkiyyətində olan Siyəzən şəhəri, Sabir küçəsindəki 20 A saylı evdən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 07 avqust 2019-cu il tarixdə ölmüşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 may 2020-ci il tarixdə ölmüşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 aprel 2021-ci il tarixli, **********66 nömrəli məktubundan görünür ki, Siyəzən şəhəri, Sabir küçəsi, 20 A saylı fərdi yaşayış evi üzərində Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli, 2(059)-390/2015 saylı qətnaməsinə əsasən 26 yanvar 2015-ci il tarixli bağışlanma müqaviləsi əsasında X8 qeydiyyata alınmış mülkiyyət hüquqları ləğv edilmiş və X12 mülkiyyət hüquqları qeydiyyata alınaraq 14 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2016-cı il tarixli, 2(105)-862/2016 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli, 2(102)-2191/17 saylı qərarı 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmadığından sözügedən məhkəmə qətnamələri əsasında daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmamışdır. Siyəzən şəhəri, Sabir küçəsi, 20 A saylı fərdi yaşayış evi hal-hazırda X12 mülkiyyətindədir. İşin faktiki hallarından görünür ki, X1 Fatma Bəxtiyar qızına ünvan 1 ünvanda deyil, 20A saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş mülkiyyət hüququ barədə sənədi mübahisləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. İşin mübahisə edilən hallarından görünür ki, Siyəzən şəhəri Sabir küçəsindəki 20 A saylı fərdi yaşayış evi əvvəllər X8 əri X12 mülkiyyətində olmuşdur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, X28 həmin evi 26 yanvar 2015-ci il tarixli müqavilə ilə X11 bağışlamışdır. Həmin müqavilə əsasında ev xüsusi mülkiyyət hüququ ilə X11 adına 27.02.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli, 2(059)-395/2015 qətnaməsi ilə iddiaçı X12 cavabdeh X11 qarşı daşınmaz əmlakın bağışlanmasından imtina və çıxarışın etibarsız hesab edilməsinə dair iddiası təmin edilmiş, Siyəzən şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 73,8 kv.m olan 2 otaqlı 20 A saylı fərdi yaşayış evinin cavabdeh X11 bağışlanmasına dair 26 yanvar 2015-ci il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2016-cı il tarixli, 2(105)-862/2016 saylı qətnaməsi ilə cavabdeh X8 apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X12 cavabdeh X11, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə və Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı Siyəzən şəhəri, Sabir küçəsi, 20 saylı fərdi yaşayış evinin cavabdeh X8 adına bağışlanmasından imtina və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 aprel 2021-ci il tarixli, **********66 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Siyəzən şəhəri, Sabir küçəsi, 20 A saylı fərdi yaşayış evi üzərində Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli, 2(059)-390/2015 saylı qətnaməsinə əsasən 26 yanvar 2015-ci il tarixli bağışlanma müqaviləsi əsasında X8 qeydiyyata alınmış mülkiyyət hüquqları ləğv edilmiş və X12 mülkiyyət hüquqları qeydiyyata alınaraq 14 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2016-cı il tarixli, 2(105)-862/2016 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli, 2(102)- 2191/17 saylı qərarı 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmadığından sözügedən məhkəmə qətnamələri əsasında daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmamışdır. Siyəzən şəhəri, Sabir küçəsi, 20 A saylı fərdi yaşayış evi hal-hazırda X12 mülkiyyətindədir. Göründüyü kimi, X3 mübahisələndirdiyi ev hazırda daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyatdadır. Məhkəmə kollegiyası hazırki tələblə bağlı iddiaçının cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamalarını məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Siyəzən Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(059)-2/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3248/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3248/2021
02.12.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver