Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3263/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(060)-6643/2021 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(060)-6643/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ondan almış olduğu 2000 manat pulun,1000 manat maddi və mənəvi ziyanın, eyni zamanda Azərbaycan Respublikası MM-nin 439.3, 449.1, 449.4-cü maddələrinin tələblərinə əsasən hər gecikdirmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında illik 10% hesablanmaqla qətnamə icra olunan günə qədər olmaqla hesablanması və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyildir. Belə ki, 19.08.21-ci il tarixli məhkəmə iclasına iddiaçı gəlməmişdir. Belə olan halda, nümayəndəsi yazılı vəsatətlərinə dair məhkəmədən qərardadını səsləndirməsini xahiş etmişdir. Məhkəmə buna heç əhəmiyyət verməmişdir. İddia ərizəsində onun borclu olduğu barədə qəbz yazılsa da, nümayəndəsi faktiki olaraq bu başlıq ifadə yazılmayan, yeganə sübut kimi kimə ünvanlandığı belə göstərilməyən qoşmadakı kağız parçasında “pul verənin” adını, soyadını, atasının adını səsləndirilməsini məhkəmədən xahiş etmişdi. Hakim pulu verənin X3 olduğunu bildirmişdir. Daha sonra nümayəndəsi iddiaçının adını, soyadını, atasının adını səsləndirilməsini məhkəmədən xahiş etmiş, hakim İddiaçı olduğunu bildirmişdir. Nümayəndəsi 19.08.2021-ci il tarixli iclasda iddia ərizəsinin qoşma hissəsində “borclu olduğu barədə qəbz”in əlavə edildiyi yazılsa da, faktiki olaraq saxtalaşdırılmış rəngli kserosurət əlavə edildiyinə baxmayaraq ərizənin icraata qəbul edildiyini demişdir. Nümayəndəsi işə rəngli kserosurət tikildiyini hazırlıq iclasında deyəndən sonra, iddiaçı qəbzin əslini vermişdi. Sumqayıt Şəhər Məhkəməsindəki mövcud olan korrupsiya barədə 10.08.2021-ci il tarixli ərizəni 19.08.2021-ci il tarixli məhkəmə iclasında səsləndirmiş, MPM-nin 265-ci maddəsinə əsasən iddiaçı barəsində cinayət işinin başlanması barədə məhkəmə qərardadı çıxarılaraq prokurorluğa məlumat verilməsini xahiş etmişdi. Məhkəmə iclasının sonunda hakim poçt vasitəsi ilə daxil olmuş iddiaçının iddia ərizəsinin və sənədlərin geri qaytarılması barədə ərizəsini elan edərək iddia ərizəsinin və sənədlərin geri qaytarıldığını bildirdi. Hakim elan etdiyi bu qərardadından şikayət vermə qaydasını belə izah etməmişdi. Saxta sübutlara görə iddiaçının cinayət məsuliyyətinə cəlb edilmədiyi aydın deyildir. Məhkəmədə işə baxılarkən qanunvericiliyin tələbləri dəfələrlə kobudcasına pozulmuşdur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 şikayətdə qeyd edilənlərə uyğun izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 19.08.2021-ci il tarixli, 2(060)-6643/2021 saylı qərardadla iddia ərizəsini baxılmamış saxlayarkən iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etməsinə və cavabdehin nümayəndəsinin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 19-cu fəslində ərizənin baxılmamış saxlanılmasının əsasları, qaydası və nəticələri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən maddənin mənasına görə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunvericilik hər iki halın birgə mövcudluğunu tələb edir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etmişdir. Həmçinin cavabdehin nümayəndəsinin məhkəmə iclasının protokoluna dair qeydlərində də işin mahiyyəti üzrə həll olunmasını istədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edərkən işin yuxarıda göstərilən halını nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(060)-6643/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3263/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3263/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver