Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3325/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(067)-1653/2021 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(067)-1653/2021 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qismən təmin olunub, Cavabdeh ödəniş gününə olan məzənnə ilə 80000 (səksən min) ABŞ dolları məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(067)-1653/2021 saylı xüsusi qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh əməlində cinayət tərkibinin olub-oimaması barədə araşdırma aparılması üçün iş materiallarının Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(067)-1653/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 247.928 manat təşkil edən 145.840 ABŞ dollar məbləğində pulun, 6 il müddətində öhdəliyi yerinə yetirmədiyi üçün həmin məbləğin bank uçot dərəcəsinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb verilməsinə dair qətnamə çıxarılmasını və Cavabdeh əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətləri olduğu üçün xüsusi qərardad çıxarılmaqla Xətai rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qohumu Cavabdeh 2014-2015-ci illərdə biznes qurmaq adı ilə etibarından sui-istifadə edərək, dələduzluq etmiş və ümumilikdə 143800 ABŞ dolları məbləğində pulunu mənimsəmişdir. Belə ki, 2014-cü ilin fevral ayında Cavabdeh ona Rusiyadan yaş taxtanı Türkiyəyə və Azərbaycana gətirib satmaqla böyük qazanc əldə etmək mümkün olduğunu bildirərək birgə biznes qurmağı təklif etmiş və ilkin olaraq işin başlanması üçün 100.000 ABŞ dolları lazım olduğunu demişdir. Razılıq əldə olunduqdan sonra o, yaşadığı mənzildə həmin məbləği Cavabdeh vermişdir (bu faktı onun, X1 və X6 DİN Xətai RPİ-nin müstəntiqi polis kapitanı X7 verilən yazılı izahatlarda təsdiq etmişlər, Cavabdeh isə 100.000 ABŞ dolları deyil, 50.000 ABŞ dolları aldığını izahatında etiraf etmişdir). Bir müddət keçdikdən sonra Cavabdeh guya 1000 m3 yaş taxtanın Türkiyəyə göndərdiyini və pulunun gözlədiyini bildirərək, birgə biznes fəaliyyətini davam etdirmək üçün yenidən ondan 2014-cü ilin dekabr ayında 20.000 ABŞ dolları istəmişdir. O, işi ilə əlaqədar dənizdə platformada olduğu üçün dostları X9 və X13 vasitəsilə Cavabdeh həmin məbləği çatdırmışdır. Pulu aldıqdan sonra Cavabdeh, dediyinə görə, iş qurduğu RF-in İrkutsk vilayətinin Tayşet qəsəbəsinə qayıdıb 2015-ci ilin fevral ayında iki vaqon yaş taxtanın Bakı şəhərinə Elbrus adlı şəxsə göndərmişdir. O, Elbrus adlı şəxslə görüşərkən, Elbrus həmin iki vaqondan qazanc əldə edilən 3000 ABŞ dolları ona vermiş, pulun qalan hissəsini isə Cavabdeh RF-yə qöndərdiyini bildirmişdir. Qısa müddətdən sonra Cavabdeh həmin Elbrusa yenidən iki vaqon yaş taxtanın göndərdiyini, lakin Elbrusun taxtanın satış nöqtələrinə nisyə payladığını səbəb gətirərək işin dayanmaması üçün yenidən təcili olaraq nəğd pul lazım olduğunu ona demişdir. 05.03.2015-ci il tarixdə o, 13.840 ABŞ dollarını Tərlanın qardaşı X11 ilə birlikdə Azərbaycan Beynəlxalq Bankın Xətai rayon filialından ona göndərmişdir. X14 Qasımovun yalan danışdığını bir daha təsdiq edərək Cavabdeh satmaq üçün onun adına 2014-2015-ci illər ərzində 3 vaqon yaş taxta göndərmiş, vaqonun birini özü satmış, digər birini satmaq üçün Xaçmaz rayonundakı qohumlarına göndərmiş, bir vaqondan 7000 manat qalmış borcu isə dostu Mahir və ozü hissə-hissə bank vasitəsilə Cavabdeh Rusiyaya göndərmişdir. O, Cavabdeh yalan danışdığını demiş və ona borcu olmadığını vurğulamışdır. Bir aydan sonra Cavabdeh işi davam etdirmək üçün yenə də pul lazım olduğunu bildirmiş, o, işlə bağlı dənizdə olduğu üçün dostu X8 vasitəsilə 15.000 ABŞ dollarını Tərlanın dediyi adama “Əhmədli” metro stansiyasının çıxışında çatdırmışdır. Bundan sonra Tərlan ilə bir müddət əlaqə qurmaq mümkün olmamışdır. O, yalnız bir dəfə “Whatsapp” vasitəsilə danışıb, müflis olduğunu bildirib, 120.000 ABŞ dolları borcunun qaytaracağına söz verib. Cavabdeh dələduzluqla ümumilikdə onun 247.928 manat təşkil edən 145.840 ABŞ dollar pulunu ələ keçirmişdir. 2000 manat ödəmiş, pulun qalan hissəsini qısa müddət ərzində qaytaracağına söz vermişdir. Bununla bağlı İddiaçı AR DİN-ə müraciət edib, əvvəl DİN BMCMİ-də araşdırma aparılmış, 23.04.2020ci ildə isə material ərazi aidiyyəti üzrə DİN Xətai RPİ-yə göndərilmişdir. Lakin məsələyə səthi yanaşılıb, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qəbul edilmiş qərar 3 dəfə ləğv edilərək yenidən araşdırma aparılmışdır. Lakin, sonda Cavabdeh tərəfindən törədilmiş cinayət əməli mülki mübahisə kimi qiymətləndirilərək bunun mülki mühakimə icraatı qaydasında baxılması tövsiyə edilmişdir. AR Ali Məhkəmə Plenumunun 11.06.2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında göstərir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarının əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəssiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 3-cü bəndində dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdə istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəssiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakın və ya ona olan hüququ ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyin yerinə yetirmək niyyətində olmadığı halda baş verir. Cavabdeh zərərçəkmiş şəxsin əmisinin qayınıdır və onların əvvəldən yaxın münasibətləri olmuşdur. Bakıdan 6.000 km məsafədə olan İrkutsk vilayətinin Tayşet qəsəbəsindən yaş taxtanın Azərbaycan Respublikasına və xüsusilə də Türkiyəyə göndərilməsi yol xərclərinə görə rentabelli deyil və bu həmin bizneslə məşğul olan hər bir iş adamına bəllidir. Ona görə də, Cavabdeh onunla elə ilk sövdələşməsi onun dələduzluq niyyətində olmasını göstərir. Tərian Qasımovun bacısı oğlu, 2012-2015-ci illərdə onunla birgə RF İrkutsk vilayətinin Tayşet rayonunda işləmiş X10 qeyd etmişdir ki, Tərlan orada torpaq sahəsini icarə əsasında alaraq, kirayə dəzgah əldə edib həmin sahədə quraşdırıb şalban ağaclardan taxta materiallar hazırlayıb satışını təşkil edirdi. Lakin, X15 Qasımovun xarici ölkələrə taxta satışı barədə məlumatı olmadığını, İddiaçı təxminən 100.000 ABŞ dolları borcu barədə məlumatlı olduğunu bildirmişdir. Kamran Məmmədlinin dedikləri bir daha təsdiq etdi ki, Tərlanın Türkiyəyə taxta materialını nisyə göndərərək pul gözlədiyini bildirməsi əvvəldən yalan olub və əlavə pul alıb mənimsəmək məqsədi güdmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 08 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası 439.1, 439.2, 439.7-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(067)-1653/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmi edilmiş hissəsində araşdırlır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri, Xətai RPİ-nin 29 oktyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh birgə iş qurmaq məqsədi ilə İddiaçı 80000 (səksən) min ABŞ dolları məbləğində pulu aldığını, lakin həmin pulu qaytarmadığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh ödəniş gününə olan məzənnə ilə 80000 (səksən min) ABŞ dolları məbləğində pul tələbinə dair iddia hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(067)-1653/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3325/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3325/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver