Məhkəmə qərarları › İş №2(105)-333/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-333/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-333/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(067)-2157/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 412/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü Aişə Səlimovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit məbləğdə aliment tutularaq İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh tutulan Xaçmaz rayon Məhkəməsinin 2(067)-412\2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd olunan 100 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay cəmi 400 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X9 doğulmuşlar. Cavabdehlə uzun müddətdir ki, ayrı yaşayırlar. Xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan nikah Xaçmaz rayon məhkəməsinin 2(067)-412/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. həmin vaxtdan ayrı yaşayır və birgə təsərrüfat idarə etmirlər. Uşaqlar onun himayəsindədir. Cavabdeh onunla və övladları ilə heç vaxt maraqlanmır. Cavabdehin imkanı yaxşı olsa da uşaqların qayğısına qalmır və onlara maddi yardım göstərmir. Uşaqlara baxmaqda çətinlik çəkir, onların saxlanılması ilə bağlı xərcləri çatdıra bilmir. Uşaqlar azyaşlı olduğundan heç yerdə işləmir. Cavabdeh ticarətlə məşqul olur aylıq gəliri 1000-1500 manatdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-412/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat aliment tutulması qət edilmişdir. Lakin uşaqlar böyüdükcə onların təlabatı da artır və o, uşaqların maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir. Ona görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 150 manat aliment kəsəndə məhkəmə onun maddi vəziyyətini və ailə vəziyyətini, uşağının maddi tələbatlarını nəzərə almamışdır. Hər uşaq 193 manat aliment kəsmək əvəzinə, məhkəmə qanunu kobud surətdə pozmuş və hər ay hər uşağa 150 manat aliment kəsmişdir. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv, qərəzsiz və hər tərəfli baxmamışdır. Sübutları araşdırmamışdır. O hesab edir ki, öz faktlarını sübut etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - xx.xx.2020-ci il təvəllüdlü X1 üçün aliment tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə iddianın rədd edilməsi, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alması ilə əsaslandırmışdır. Bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnmənin dəyişdirilməsini xahiş etmiş, qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il təvəllüdlü X1 üçün aliment tutulması hissəsində maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edildiyindən, qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən asılı olmayaraq mübahisəyə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.3. maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər valideyn işləyirsə və sabit məbləğdə gəlirə malikdirsə, bu zaman aliment onun əmək haqqısına yönəldilməklə əmək haqqısının müəyyən hissəsindən tutulur. Aylıq qazancın müəyyən hissəsindən aliment tutulması, şəxsin qazancının dəqiq olduğu və həmin məbləğdən tutulacaq məbləğ uşağın mənafeyinə zidd olmayacağı təqdirdə mümkündür. Məhkəmə kollegiyası azyaşlı Aişə Səlimovaya aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, digər uşağa münasibətdə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-412/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən 570 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2016-cı il təvəllüdlü Aişə Səlimovanın anası İddiaçı himayəsində saxlanılması və xx.xx.2016-cı il təvəllüdlü Aişə Səlimovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit məbləğdə aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi qüvvədə olan məhkəmə aktı ilə yalnız azyaşlıdan biri yəni, xx.xx.2016-cı il təvəllüdlü X10 barəsində aliment müəyyən edilmiş, digər xx.xx.2020-ci il təvəllüdlü X9 barəsində isə aliment məbləği müəyyən edilməmişdir. Başqa sözlə desək xx.xx.2016-cı il təvəllüdlü X7 aliment müəyyən edilərkən, tərəflərin digər övladı Yusif Səlimov dünyaya gəlmişdir. Belə olan halda birinci instansiya məhkəməsi azyaşlı Yusif Səlimova aid hissədə Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbi ilə uzlaşmayan məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən xx.xx.2020-ci il təvəllüdlü X1 üçün aliment tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsinə, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən xx.xx.2020-ci il təvəllüdlü X1 üçün aliment tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırılması hissəsində iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar