Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3335/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(105)-3335/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti daxil olduğundan həmin şikayətin qəbul edilməsi məsələsini müzakirə etmək üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti üzrə mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olsa da, Sumqayıt Şəhər Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti daxil olduğundan həmin şikayətin qəbul edilməsi məsələsini müzakirə etmək üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddələrin tələblərini əsas tutub hesab edir ki, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)- 2108/2021 saylı qətnaməsini mübahisələndirdiyindən, onun Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada Sumqayıt Şəhər Məhkəməsində baxılıb hüquqi qiymət verilmədən, işə baxılması mümkün olmadığından, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(105)-3335/2021 saylı qərardadı ləğv edilməli, mülki iş baxışdan çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(105)-3335/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş baxışdan çıxarılsın və Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3335/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3335/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver