Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3341/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(012)-2446/2021 saylı qərardadından Cavabdeh4 şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(012)-2446/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzildən əşyaları ilə birlikdə çıxarılma və mənzilin boşaldılması tələbinə dair Cavabdeh4 nümayəndəsi Vəkil iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilmiş, Cavabdeh4 qərardaddan şikayət vermişdir. İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh4 Abşeron Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(012)-2446/2021 saylı qərardadından şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(012)- 2446/2021 saylı qərardadı ilə Cavabdeh4 nümayəndəsi Vəkil mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilmişdir. Cavabdeh4 Abşeron Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(012)- 2446/2021 saylı qərardadından şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2(012)-2446/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından isə bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi, birinci instansiya məhkəmələrinin konkret olaraq hansı qərardadlarından şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Cavabdeh4 şikayətindən görünür ki, iş üzrə icraatın dayandırılmamasını mübahisələndirir. İş üzrə icraatın dayandırılmaması barədə qərardadlardan şikayət verilməsi Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmamışdır və birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qərardadı işin sonrakı hərəkətinə də mane olmur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, cavabdehin barəsində şikayət verdiyi qərardaddan şikayət verilə bilinməməsini nəzərə almamış, şikayətə baxıb geri qaytarmaq əvəzinə, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu, cavabdehin şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasını istisna etdiyindən və işdə, onun şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, cavabdehin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə olan qərardadından şikayət verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmadığından, hazırki iş üzrə qərardaddan kassasiya şikayəti də verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2(012)-2446/2021 saylı qərardadından Cavabdeh4 şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3341/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3341/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver