Məhkəmə qərarları › İş №2(105)-3346/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3346/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3346/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Əlı̇ verdı̇ yev Teyfur Bağir oğluna qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(029)-194/2017 nömrəli qərardadından Əlı̇ verdı̇ yeva Sı̇ tarə Şakı̇ r qızı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.V.Kazımov) İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması barədə iddiası qismən təmin edilərək, cavabdehdən 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 5.255,30 manat, faiz borcuna görə 1.287,89 manat, hesablanmış dəbbə puluna görə 200 manat, cəmi 6.743,19 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehə məxsus olan Qusar rayonu, Xuray kəndində yerləşən, 0,30 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 22.000 manat məbləğində müəyyən edilməsi qət olunmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli, 2(105)-1237/2018 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, Z.İ.Məmmədov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qusar rayon məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(102)-6231/2018 saylı qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, Ə.Ə.Əliyev və G.A.Quliyev) kassasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermiş, Qusar rayon məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli, 2(105)-1052/2019 saylı qərardadı ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, S.A.Qafari və F.Ə.Məmmədov) İddiaçı2 iş üzrə Qusar rayon məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. İddiaçı2 həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(102)-2484/2019 saylı qərarı ilə (hakimlər Ə.Əhmədov sədrlik edən, məruzəçi, A.İsgəndərov və İ.Dəmirov) kassasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli, 2(105)-1052/2019 saylı qərardadı onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 yenidən Qusar rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Qusar Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı2 tərəfindən Qusar Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Əlı̇ verdı̇ yeva Sı̇ tarə Şakı̇ r qızı həmin qərardaddan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim A.Vəliyev) Qusar Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı1 ASC Cavabdeh1 qarşı pul, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Əlı̇ verdı̇ yeva Sı̇ tarə Şakı̇ r qızı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Torpaq sahəsi və yaşayış evi Cavabdeh1lə birgə nikah dövründə əldə edilmiş əmlaklardır. Həmin əmlakların ipotekaya qoyulmasından onun xəbəri olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 şikayətin dəlillərini əsassız hesab edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Əlı̇ verdı̇ yeva Sı̇ tarə Şakı̇ r qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını Əlı̇ verdı̇ yeva Sı̇ tarə Şakı̇ r qızının hazırkı iş üzrə işdə iştirak edən şəxs qismində cəlb edilməməsi və qəbul edilmiş qətnamənin onun hüquq və mənafelərinə toxunması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (Mülki Prosessual Məcəllənin 357.1. maddəsi) Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. (Mülki Prosessual Məcəllənin 357.2. maddəsi) Qanunun mənasına görə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktıonların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi qanunvericilik birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş aktlarından şikayət verə bilən şəxslərin dairəsi konkret olaraq müəyyən etmişdir. İşdən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi yalnız cavabdeh Teyfur Əlı̇ verdı̇ yeva qarşı yönəlmiş və Sı̇ tarə Əlı̇ verdı̇ yeva hazırkı iş üzrə tərəf, o cümlədən işdə iştirak edən şəxs olmamış və iddiaçı ona qarşı heç bir tələb irəli sürməmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il qərarında göstərmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Həmçinin həmin qərarda göstərmişdir ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu mənada məhkəmə kollegiyası Əlı̇ verdı̇ yeva Sı̇ tarə Şakı̇ r qızı tərəfindən verilmiş şikayətin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, Əlı̇ verdı̇ yeva Sı̇ tarə Şakı̇ r qızı tərəfindən verilmiş apellyasiya şikayətində onun hüquqlarına və qanunla qorunan maraqlarına toxunulması və onun işdə olan prosessual statusu əsaslandırılmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin 06 avqust 2021-ci il tarixli və onunla bağlı 27 avqust 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Əlı̇ verdı̇ yeva Sı̇ tarə Şakı̇ r qızının şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli və onunla bağlı 27 avqust 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar