Məhkəmə qərarları › İş №2(105)-3354/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3354/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3354/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrətqızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh4 və Cavabdeh3, Qobustan rayon Sündü kənd Bələdiyyəsinin sədri X7 iştirakı ilə, İddiaçı cavabdeh Qobustan rayon Sündü bələdiyyəsi ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında 2017-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğv olunması barədə mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(026)-227/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Qobustan Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(026)-227/2021 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh Qobustan rayon Sündü bələdiyyəsi ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında 2017-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğv olunmasına dair iddiası təmin edilməmişdir (hakim Mirələm Quliyev). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(026)-227/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı X2 cavabdeh Qobustan rayonunun Sündü bələdiyyəsi ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında 2017-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Azərbaycan SSR Nazirlər Sovetinin 27 may 1988-ci il tarixli, 190 saylı qərarı ilə sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından ona 0,12 ha və əlavə olaraq atası X3 0,12 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin ayrıldığı gündən həmin sahələrdə əkinçiliklə məşğul olmuş, lakin bir müddət sonra həmin sahələri özəlləşdirmək üçün Qobustan rayonu, Sündü bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə onunla alğı-satqı etmək məqsədilə sözügedən sahələri xəbərsiz öz balansına keçirmişdir. 2017-ci ildə isə Qobustan rayonunun Sündü bələdiyyəsi tərəfindən həmin torpaq sahələri Cavabdeh4 və Cavabdeh3 satılmışdır. O, baş vermiş bu məsələlərdən gec xəbər tutmuşdur. Qobustan rayon Sündü bələdiyyəsinin sədri onun istifadəsində olan torpaq sahələrinin çəpərini uçurub dağıdaraq zəbt etmişdir. Məsələ ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmədə cavabdeh Qobustan rayonu, Sündü bələdiyyəsinə qarşı torpaqlarının ona təhvil verilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə prossesində müəyyən olunmuşdur ki, Qobustan rayonu, Sündübələdiyyəsi onun istifadəsində olan torpaqları savadsızlığından istifadə edərək başqa şəxsə satmış, onu aldatmışdır. Qobustan Rayon Bələdiyyəsinin 03 oktyabr 2014-cu il tarixli iclas protokolunun 24 saylı qərarının mövcud olması ilə əlaqədar, o cümlədən, sözügedən torpaq sahələrinin X13 kitabında uçota alınması məhkəmə tərəfindən obyektiv araşdırılmamışdır. Ondan əlavə məhkəmə prosesi zamanı onun istifadəsinə verilən torpaq sahələrinin koordinatlarını müəyyən etmək üçün ekspertiza keçirilməsi barədə yazılı sürətdə vəsatət təqdim etmişdir. Məhkəmə prossesual qaydaları pozaraq vəsatətin təmin olunub-olunmaması barədə qərardad çıxartmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(026)-227/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətini qəbul etmədi və bildirdi ki, o və arvadı, yəni digər Cavabdeh3 torpaq sahəsini zəbt etməmiş, torpağı hərracdan alqı-satqı yolu ilə almışlar, bütün sənədləri də yerindədir. Torpaq sahəsində İcra Hakimiyyətinin sərəncamı əsasında ev tikmişik və orada yaşayırlar. Çıxarışları 2017-ci ildə almışlar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(026)-227/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(026)-227/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasını iclasında cavabdeh Qobustan rayon Sündü kənd Bələdiyyəsinin sədri X10 apellyasiya şikayətini qəbul etmədi və bildirdi ki, bələdiyyə ilə digər cavabdehlər arasında müqavilə qanuni əsaslarla bağlanıb. İddiaçının iddiasını təmin etməyən Sumqayıt İnzibati Məhkəməsinin qərarı Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır. Daha sonra göstərdi ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(026)-227/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə vəya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Qobustan rayon İHB-nın Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, 2001-2005-ci illərin təsərrüfatbaşına 2-ci kitabının 126-cı səhifəsində 131 şəxsi hesab nömrəsində X1 mülkiyyətində 0,10 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. İş materiallarında olan Qobustan rayon Dövlət arxivinin İddiaçı ünvanladığı 05 may 2016-cı il tarixli, 33 saylı arxiv arayışından görünür ki, Sündü kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabın 129-cu səhifəsinə əsasən X1 adına 0,12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət arxivinin Şamaxı filialının İddiaçı ünvanladığı 26 aprel 2016-cı il tarixli, 82 saylı ünvan 3ayı sovxozunun 1989-cu il tarixli əmr kitablarından 16 iyun 1989-cu il tarixli, 108 saylı əmrin arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 27 may 1988-ci il tarixli, 190 saylı qərarı ilə sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından Sündü kəndində yaşayan X3 0,12 ha torpaq sahəsi təhkim edilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında sənədindən görünür ki, Qobustan rayon bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli iclas protokolunun 24 saylı qərarı ilə həyətyanı məqsədi ilə 1200 kv.m torpaq sahəsi Qobustan rayon Sündü bələdiyyəsinə ayrılmış, X13 kitabında 05 iyul 2015-ci ildə 274 № ilə uçota alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında sənədindən görünür ki, Qobustan rayon bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli iclas protokolunun 24 saylı qərarı ilə həyətyanı məqsədi ilə 1200 kv.m torpaq sahəsi Qobustan rayon Sündü bələdiyyəsinə ayrılmış, X13 kitabında 05 iyul 2015-ci ildə 275 № ilə uçota alınmışdır. Qobustan rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 22 avqust 2017ci 4-ə-47 reyestrlə qeydə alınmış torpağın alqı-satqısı barədə 22 avqust 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Qobustan rayon Sündü bələdiyyəsinin sədri X8 ilə Cavabdeh3 arasında 0,1 ha torpaq sahəsinin alqı-satqısı olmuş və Cavabdeh3 torpağa görə Qobustan rayon Sündü bələdiyyəsinin hesabına 1012 manat pul ödəmişdir. Qobustan rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 22 avqust 2017ci 4-ə-48 reyestrlə qeydə alınmış torpağın alğı-satqısı barədə 22 avqust 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Qobustan rayon Sündü bələdiyyəsinin sədri X8 ilə X4 arasında 0,1 ha torpaq sahəsinin alqı-satqısı olmuş və Müqamat Mikayılov torpağa görə Qobustan rayon Sündü bələdiyyəsinin hesabına 1010 manat pul ödəmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin 25 avqust 2017-ci il tarixdə tərtib etdiyi A 181512 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, Qobustan rayonunun Sündü kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından Cavabdeh3 sahibliyinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi idarəsinin 25 avqust 2017-ci il tarixdə tərtib etdiyi A 181513 saylı torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, Qobustan rayonunun Sündü kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından Cavabdeh4 sahibliyinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan rayonunun Sündü kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından Cavabdeh3 xüsusi mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan rayonunun Sündü kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından Cavabdeh4 xüsusi mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Müəyyən olundu ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 22 avqust 2017-ci il tarixdə Qobustan rayonunun Sündü bələdiyyəsi ilə aralarında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 0,10 ha, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən isə Cavabdeh4 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh3 adına RX seriyalı ******* saylı və Cavabdeh4 adına RX seriyalı ******* saylı çıxarış verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ona və atası X5 ayrılmış torpaq sahəsinə dair heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər bələdiyyə ilə bağlanmış alğısatqı müqaviləsinə əsasən mübahisəli torpaq sahələrini dəyərini ödəməklə almış və qanuni əsaslarla rəsmiləşdirmişlər, yəni həmin torpaq sahələri cavabdehlərin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29.2-ci maddəsinəəsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29.3-cü maddəsinəəsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bundan başqa iş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-184/2019 saylı, 18.02.2019-cu il tarixli qərarına əsasən İddiaçı cavabdeh Qobustan rayonu Sündü Bələdiyyəsinə qarşı Azərbaycan SSR Nazirlər Sovetinin 27.05.1988-ci il tarixli, 190 saylı qərarına əsasən sovxoza ayrılmış həyətyan torpaq sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-151/2019 saylı, 25.09.2020-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Qobustan rayonu Sündü Bələdiyyəsinə qarşı Azərbaycan SSR Nazirlər Sovetinin 27.05.1988-ci il tarixli, 190 saylı qərarına əsasən sovxoza ayrılmış həyətyan torpaq fondu hesabına 0,12 ha torpaq sahəsini və bundan əlavə 0,12 ha torpaq sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavbdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(105)-98-2021 saylı, 16.03.2021-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-151/2019 saylı, 25.09.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından isə görünür ki, iddiaçı cavabdehlər arasında bağlanmış alqısatqı müqaviləsinin tərəfi deyildir. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən isə müqavilənin ləğv edilməsi müavilənin tərəfləridən birinin tələbi ilə ləğv edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Bunda əlavə iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 22 avqust 2017-ci il tarixdə Qobustan rayonunun Sündü bələdiyyəsi ilə aralarında bağlanmış müqavilələr əsasında cavabdehlər torpaq sahələrinə dair dövlət reyestrindən çıxarış almışlar və hazırki gündə də qeyd edilən çıxarışlar qanuni qüvvəsindədir, heç bir şəxs və ya orqan tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qobustan Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(026)-227/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı İsgərdər oğlunun apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar