Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3362/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(074)- 738/2021-009 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)-610/2013 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarının artırılması və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 04.06.2004-cü il təvəllüdlü X3 və 07.04.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)-610/2013 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 04 iyun 2004-cü il tarixdə doğulmuş X6 və 07 aprel 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 13.12.2012-ci il tarixli 2(074)-788/2012 saylı qətnaməsinə əsasən onun Cavabdeh qarşı məhkəmə aktı ilə müəyyən edilmiş cəmi 150 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 2 uşağın saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tələbinə dair ilk iddia ərizəsi və həmçinin Cavabdeh ona qarşı məhkəmə aktı ilə müəyyən edilmiş cəmi 150 manat sabit pul məbləğində alimentin azaldılaraq 100 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Daha sonra onun tərəfindən Şamaxı Rayon Məhkəməsinin 13.12.2012-ci il tarixli 2(074)-788/2012 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)-610/2013 saylı qətnaməsinə əsasən onun apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 13 dekabr 2012-ci il tarixli, 2(074)-788/2012 saylı qətnaməsi qismən, İddiaçı Cavabdeh qarşı məhkəmə aktı ilə müəyyən edilmiş cəmi 150 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq iki uşağın saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsinə aid hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia ərizəsi təmin edilmiş, 31 oktyabr 2012-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa görə 87 manat olmaqla, cəmi 174 manat sabit pul məbləğində alimentin tutulub 04 iyun 2004-cü il tarixdə doğulmuş X6 və 07 aprel 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi, qalan hissədə ilk iddia ərizəsi təmin edilməmişdir. Qətnamə qalan hissədə İddiaçı apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Artıq Sumqayıt Apellyasiya Məhkəməsinin 25.04.2013-cü il tarixli 2(105)- 610/2013 saylı qətnaməsindən uzun müddət keçmişdir. Himayəsində olan övladları 04 iyun 2004-cü il tarixdə doğulmuş X6 və 07 aprel 2006-cı il tarixdə doğulmuş X5 artıq böyümüşlər və onlara xərclənən maddi tələbatlar da artmışdır. Belə ki, uşaqların geyimlərinə, dərs ləvazimatlarına xərclənən pul vəsaitini o, tək çatdıra bilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin tutduğu cəmi 174 manat aliment isə bu xərcləri ödəməyə yetmir. Bundan əlavə oğlu 04 iyun 2004-cü il tarixdə doğulmuş X6 uşaqlıqdan əlildir. Onun müalicəsinə də, çəkilən xərcləri tək başına yerinə yetirməkdə çətinlik çəkir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilən qətnamə əsassızdır. Onun stabil gəliri və rəsmi iş yeri yoxdur. İddiaçı özü işləməklə pul qazanır. İddiaçının maddi gəliri mövcuddur. Yenidən nikaha daxil olmuş, azyaşlı iki övladı vardır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən uzun müddət keçdiyini və bu müddət ərzində uşaqların böyütməklə tələbatlarının da artdığını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 04.06.2004-cü il təvəllüdlü X3 və 07.04.2006-cı il təvəllüdlü X1 üçün 2013-cü il tarixdə alimentin miqdarı bir uşaq üçün 87 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan uzun müddətin keçməsi, uşaqların tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3362/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3362/2021
15.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver