Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3368/2021 08.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin artırılması, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı aliment barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(067)-2097/2021-006 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) ilk iddianın təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli 2(067)-2871/19 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 18.02.2009-cu il təvəllüdlü X1 və 10.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, 11.05.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 130 manat məbləğində sabit pul şəklində aliment alınaraq X4 verilməsi, qətnamənin qarşılıqlı iddiaya aid hissəsi dərhal icra olunması qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli məktubuna əsasən, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin İddiaçı apellyasiya şikayəti məhkəməyə daxil olduğundan, bu səbəbdən mülki işin Xaçmaz Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin icraata qəbul edilməsinə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya icraatından çıxarılaraq, Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3368/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3368/2021
08.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver