Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3374/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Sabit pul məbləğində aliment pulunun artırılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(031)-623/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(031)-623/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək iş üzrə Şabran Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(031)-623/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh iki uşağa görə hər ay cəmi 300 manat sabit pul məbləğində aliment alınıb 08.05.2008-ci il təvəllüdlü X2 və 08.02.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2 uşağın hər birinə 80 manat olmaqla ayda cəmi 160 manat alimentin ona ödənilməsi ədalətsizdir. Uşaqların ehtiyacı bu məbləğdən qat-qat artıqdır. Alimentin artırılmasını rədd edilməsinə səbəb olan ən əsas amillərdən biri kimi Cavabdeh 07.07.2021-ci il tarixli, 11 saylı arayış təqdim edərək 01.11.2020-ci il tarixdən Şabran rayonu, Çayqaraqaşlı kəndində mövsümi iş formasında 220 manat əmək haqqı ilə ocaqçı kimi işə götürülməsi və 30.04.2021-ci il tarixdə müqaviləsinə xitam verilməsi əsas götürülmüşdür. Bu aydın məsələdir ki, alimentdən yayınmaq üçün bir vasitədir. Özü anasının evində yaşayır. Anası da heç yerdə işləmir. Maddi vəziyyəti çox ağırdır, işləmir. Belə ki, kimsə çağıranda evlərə təmizliyə gedir. Başqa qazanc yeri yoxdur, uşaqların paltarlarını, məktəb ləvazimatlarını, başqa xərclərini ödəmək onun üçün mümkünsüzdür. Maddi hüquq normalarının pozulması özünü onda göstərmişdir ki, məhkəmə tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Prosessual hüquq normalarının pozulması özünü onda göstərir ki, işin nəticəsinə təsir edən hallar araşdırılmamışdır. Həmin faktiki halların araşdırılması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, 2021-ci il üçün sabit aliment miqdarı 175 manat olduğu halda o, sabit pul məbləğində 2 uşağa 300 manat aliment ayrılması barədə məhkəməyə müraciət etmiş, tələbi belə təmin olunmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(031)-623/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbimin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, hazırki mübahisələndirilən qətnamə ilə qət edilmiş aliment məbləğini belə ödəməkdə çətinlik çəkir, işləmir. Uşaqların ehtiyaclarını ödəmək hər iki valideynin borcudur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(031)-623/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(031)-623/2021 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 08 may 2008-ci ildə Xəzər və 08 fevral 2010-cu ildə Uğur adlı uşaqları doğulmuş, tərəflər arasında nikah 23 sentyabr 2016-cı ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(031)17/2016 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, 08 may 2008-ci il təvəllüdlü X5 və 08 fevral 2010-cu il təvəlüdlü X3 anaları Alışova (Həsənova) Zəkiyyə Ələddin qızının yanında qalması müəyyən edilmiş, Cavabdeh 08 may 2008-ci il təvəllüdlü X5 və 08 fevral 2010-cu il təvəlüdlü X3 alınıb Alışova (Həsənova) Zəkiyyə Ələddin qızına verilməli, Cavabdeh 08 may 2008-ci il təvəllüdlü X2 və 08 fevral 2010-cu il təvəlüdlü X1 üçün hər uşaq üçün ayda 80 manat məbləğində aliment tutulub iddiaçı Alışova (Həsənova) Zəkiyyə Ələddin qızına verilməlidir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Çölquşçu İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli, 188 saylı arayışdan görünür ki, Cavabdeh ailə tərkibi həyat yoldaşı– X4, qızı Həsənli Dənizdən ibarədir. İşə əlavə edilmiş Çayqaraqaşlı kənd ümumi məktəbi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli 11 saylı arayışdan görünür ki, Cavabdeh 01.11.2020-ci il tarixindən Şabran rayon Çayqaraqaşlı kənd ümumi orta dövlət ümumitəhsil məkəbində mövsimi iş formasında 220 manat əməkhaqqı ilə ocaqçı kimi işə götürülmüş və 30.04.2021-ci il tarixində müddətli müqaviləsinə xitam verilmişdir. İşə əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 69477/16 saylı məktubdan görünür ki, Şabran rayon məhkəməsi tərəfindən verilmiş 2(031)-17/2016 saylı, 29.07.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh 08 may 2008-ci il təvəllüdlü X2 və 08 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Alışova (Həsənova) Zəkiyyə Ələddin qızına verilməli olan alimentdən tələbkarın xeyrinə 2843 manat ödənilməmiş aliment borcu yaranmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək, cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olmasına dair sübut təqdim olunmamasını müəyyən edərək iddia tələbini təmin etməmiş və gəldiyi nəticəni də Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini düzgün tətbiq etməmiş və bununla da səhv nəticəyə gəlmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin bu normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçının alimentin məbləğinin artırılması barədə iddia tələbi qanuni və əsaslıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 80 maant aliment 2016-cı ildə, uşaqların 8 və 6 yaşları olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Eyni zamanda 2016-ci il tarixdə aliment tutularkən xeyrinə aliment tutulan uşağın 8 və 6 yaşı olmuşdır. Hazırda isə həmin uşaq 13 və 11 yaşlarındadır, hər ikisi məktəblidir və onları tələbatları da artmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin hüquq mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində alimentin artırılaraq hər uşaq üçün 150 manat müəyyən edilməsini xahiş etmişdir. Belə olan halda hazırki qətnamə ilə arıtırılmış alimentin məbləği dəyişdirilərək bir uşaq üçün 150 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, artırılmış aliment məbləği qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanmalıdır. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, iddiaçı iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumunu ödəməkdən azad olduğundan tutulmalı olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Belə ki, onun işləməməsi, yenidən ailə qurması onun uşaqlarını saxlamaq öhdəliyindən azad etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Şabran Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 2(031)17/2016 saylı qətnaməsi ilə təyin olunmuş hər uşağa görə 80 manat sabit aliment məbləği artırılaraq 08 may 2008-ci il təvəllüdlü X5 və 08 fevral 2010cu il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazirki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, iki uşağa hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, Cavabdeh 30 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(031)-623/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Şabran Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(031)17/2016 saylı qətnaməsi ilə təyin olunmuş hər uşağa görə 80 manat sabit aliment məbləği artırılaraq 08 may 2008-ci il təvəllüdlü X5 və 08 fevral 2010-cu il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazirki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, iki uşağa hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verlsin. Cavabdeh 30 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3374/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3374/2021
02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver