Məhkəmə qərarları › İş №2(105)-338/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-338/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-338/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X13 və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2744/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia qismən təmin edilməsi, Cavabdeh 40000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 210 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 200000 manat pulun və ödənilmiş 490 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə İddiaçı ilə X3 etibarnamə əsasında nümayəndəsi Cavabdeh arasında ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən ümumi sahəsi 54,4 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 19 saylı Notariat Kontorunda AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Notariusda olarkən Cavabdeh bildirmişdir ki, 200000 manat pulun 160000 hissəsini nağd şəkildə, 40000 manat hissəsi isə ona rəsmi qaydada ödənilməlidir. Səbəbini soruşduqda, Cavabdeh yanında olan Tural adlı şəxs bildirmişdir ki, mülkiyyətçinin tələbi belədir ki, 160000 manat hissəsi müqavilədə yazılsa, gəlir vergisi çox verməli olacaqdır, buna görə 40000 manat yazılmasın təkid edir. O məcbur qalıb razılaşmış və müqaviləyə əsasən Cavabdeh 40000 manat məbləğində pulu köçürmə yolu ilə, 160000 manat hissəsini isə nağd şəkildə vermişdir. Alqı-satqıdan sonra İddiaçı sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində **********55-05101-083001 nömrəli reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla (qeydiyyat nömrəsi: **********) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində çıxarışla rəsmiləşdirilmişdir. X1 Aygün Həmid qızı, Cavabdeh və X6 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1184/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızı sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5676/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-1184/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmuş, Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə iddiaçı Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyi təsdiq edilmişdir. Bu qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5676/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)- 5676/2022 nömrəli qətnaməsində alıcı İddiaçı ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Bu mənada, xx.xx.2018-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında binanın zirzəmisində yerləşən ümumi sahəsi 54.4 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 19 saylı Notariat Kontorunda AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş və bu səbəbdən, İddiaçı tərəfindən Cavabdeh ödənilən ümumilikdə 200000 manat pul (160000 manat nağd, 40000 manat isə köçürmə yolu ilə) sonuncudan alınaraq ona geri qaytarılmalıdır. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən də göründüyü kimi, Cavabdeh hüquqi əsas olmadan 200000 manat məbləğində pulu əldə etməklə əsassız olaraq varlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əliyeva X7 Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun çıxarılmamışdır. Məhkəməyə təqdim edilmiş Səbail rayon Prokurorluğunun qərarından və Yasamal Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, hazırkı iş üzrə İddiaçı iddia etdiyi 200.000 manat pulun 160.000 manat hissəsini Tural adlı şəxsə və Necdet adlı şəxsə verdiyi barədə ifadəsi var. Həmçinin, Cavabdeh isə həmin Səbail rayon Prokurorluğunun qərarında, Yasamal Rayon Məhkəməsində baxılan zaman və Abşeron Rayon Məhkəməsində mülki iş araşdırılan zaman Cavabdeh onun adına rəsmiləşdirilmiş 40.000 manat pulun Tural adlı şəxsə verdiyi barədə izahatlar verib. İşin həqiqi halından görünür ki, Cavabdeh 40.000 manat pulu götürməyib, həmin məbləği Tural adlı şəxsə verib və o da aparıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı hesabına 40000 manat məbləğində əsassız varlanması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin qismən iddia tələbinin təmin edilən hissəsində ləğv olunmasını, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə 20 iyul 2017-ci il tarixli qərarı). Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamə əsasında Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair iddiaçı ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması, qüvvədə olan məhkəmə aktları ilə Bakı şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli AR-İ 622987 nömrəli etibarnamənin və həmin etibarnamə ilə iddiaçı Babayeva (hazırda Haşımova) Nərminə Əminağa qızının adından, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən 09 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 91 nömrəli binanın zirzəmisində yerləşən 54,4 kv.metrlik qeyri-yaşayış sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyinin təsdiq edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qeyri-yaşayış sahəsinə görə ödənilmiş pulun ona geri qaytarılması barədədir. İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi artıq mövcud olmadığından, iddiaçı həmin əqd əsasında ödəmiş olduğu pulun cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən iddianın qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar