Məhkəmə qərarları › İş №2(105)-3382/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3382/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3382/2021 06.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X16 Tağızadənin sədrliyi və məruzəsi, X9 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X11, Cavabdeh5 nümayəndəsi və vəkili: Nümayəndə iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, X4 və X5 qarşı kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.E.Xəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh1, X1, Cavabdeh3 və X2 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəlilməsi, haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh1 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 401 İsKX №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə X7 məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi hərrac yolu ilə satılması, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş üçün 30 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin qiymətinin 60.000 manat məbləğində qiymətləndirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, X6, Cavabdeh3, X10 və X3 5832 manat məbləğində əsas, 2362 manat faiz, 500 manat cərimə borcunun, ümumilikdə 8700 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub mddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 402 İsKX №-li, kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan Respublikasının DƏDRX-nin MH seriyalı, ******* saylı ********* qeydiyyat saylı çıxarışa əsasən cavabdeh X7 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2013-cü il tarixli 402 İsKX №-li kredit müqaviləsinə əsasən, sonuncuya fərdi yaşayış evinin təmiri üçün 48 ay müddətinə illik 20% hesablanmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış Kredit müqaviləsinin təminatı qismində, Azərbaycan Respublikası DƏDRX-nin MH seriyalı, ******* saylı, ********* qeydiyyat №-li çıxarışa əsasən cavabdeh xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh5 məxsus olan, ünvan 1 ünvanda mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə İpoteka müqaviləsi bağlanmış və buna əsasən DƏDRX-i tərəfindən həmin «İpoteka müqaviləsi» qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 11 may 2013-cü il tarixli RX seriyalı ******* saylı ipoteka yüklüyünə dair çıxarış verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, bildiriş və xəbərdarlıq edilmişdir. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmənin yeri və vaxtı barədə o lazımi qaydada məlumatlandırılmamışdır. İş üzrə ekspertiza rəyi alınmamışdır və evin dəyəri düzgün qiymətləndirilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(067)-2840/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və yerində yerləşən 245,8 kv.m ümumi sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyi etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi M.Ş.Nəciyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin və ipoteka müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 02.05.2013-cü il tarixli 401 İsKX saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə yaşayış evinin təmiri üçün 48 ay müddətinə illik 20% hesablanmaqla 10.000 manat məbləğində kredit verilmişdir. İşdə olan 02 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən 401 İs KX №-li kredit müqaviləsinin təmin edilməsi üçün ünvan 3 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi üzərində yerləşən 78,2 metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət mərtəbəli 4 otaqlı fərdi yaşayış evi Cavabdeh5 tərəfindən ipoteka qoyulmuşdur. İşə əlavə edilmiş zaminik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və E.M.Agayeva İddiaçı ASC-nin Xaçmaz filialı ilə cavabdeh Z.Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əsasında borcalanın 10.000 manat məbləğində kreditlə bağlı kreditor qarşısındakı öhdəliyini yerinə yetirənək ona birlikdə məsuliyyət daşımagı öz öhdələrinə götürmüşlər. İş materiallarında olan RX seriyalı ******* saylı Azərbaycan Respublikasının DƏDRXnin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh5 məxsus olan ünvan 4 ünvanda mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli otaqlı fərdi yaşayış evi kredit müqaviləsinin təmin edilməsi üçün banka ipotekaya qoyulmuşdur. İşdə olan MH seriyalı ******* saylı Azərbaycan Respublikasının DƏDRX-nin hüquqların da qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanda mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasən Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestri nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik müqaviləsinin 2.4.3-cü bəndinə görə zaminlər kredit müqaviləsi üzrə əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və «Borclu» nun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində «Kreditor»a dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla «Kreditor» qarşısında «Borclu» ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminardır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi,o cümlədən icranın gecikdirdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1. və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun mənasına görə əsas öhdəlik icra edilmədikdə və ya müqavilə üzrə nəzərdə tutulmuş qaydada lazımınca icra edilmədikdə, öhdəliyin icrasının təminatı olan ipoteka müqaviləsinə yönəldilmə edilərək əsas öhdəliyin icrası təmin edilə bilər. İş materiallarından görünür ki, müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, iddiaçı əsas öhdəliyin icrasının təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini də məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə kollegiyası Cavabdeh5 iş üzrə ipoteka ilə yüklü olunmuş əmlakın düzgün qiymətləndirilməməsi barədə dəlilinə qiymət verərək hesab edir ki, ipoteka ilə yüklü olunmuş mənzil düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmə kollegiyasına cavabdeh tərəfindən fərdi yaşayış evinin qiymətləndirilməsi barədə "xxxx" Firmasının 12 noyabr 2021-ci il tarixli 48/12 saylı rəyinə əsasən ipoteka ilə yüklü edilmiş evin likvid qiyməti 96.000 manat, Yeni Dövr Qiymətləndirmə Mərkəzinin 12 noyabr 2021-ci il tarixli 156 saylı rəyinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiyməti 86.000 AZN manat, "xxxx" MMC-nin 12 noyabr 2021-ci il tarixli rəyinə əsasən ipoteka ilə yüklü edilmiş evin dəyəri 92.000 manat iəşkil edir. Məhkəmə kollegiyası göstərilən rəyləri nəzərə alıb hesab edir ki, ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin 2017-ci il üçün olan likid dəyəri 86.000 AZN manat təşkil edilməsini məqsədəuygun hesab edir. Məhkəmə kollegiyası Cavabdeh5 işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul edir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində qanunla müəyyən olunmuş qaydada onun iştirakı təmin olunmamış və onun iştirakı olmadan hazırkı qətnamə çıxarılmışdır. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən, sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin 17 iyul 2017-cı il tarixli məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Həmin maddədə nəzərdə tutulmuş hallar apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin məcburi əsası kimi müəyyən edildiyi üçün qətnamə hətta faktlar nöqteyi-nəzərindən əsaslı və mahiyyətcə düzgün olsa da, apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X8 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 17 iyul 2017-ci il tarixli 2(067)-2840/2017 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 və X5 qarşı kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəlilsin, haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı ASCnin xeyrinə ödənilsin, Cavabdeh1 ilə bank arasında bağlanmış 02 may 2013-cü il tarixli 401 İsKX №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə X7 məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 78,2 kv.metr yaşayış, 167,6 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi hərrac yolu ilə satılsın, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 5832 manat məbləğində əsas, 2362 manat məbləğində faiz, 10 manat gecikdirilmiş faiz borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş üçün 30 manat dövlət rüsum İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin, ipoteka predmetinin ilkin qiyməti 86.000 (səksən altı min) manat məbləğində qiymətləndirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar