Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3399/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair» mülki iş üzrə Sumayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(060)-589/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4988,22 manat kredit borcunun, 554,32 manat faiz borcu və 681,97 manat cərimə borcu olmaqla, cəmi 6224,51 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 27 sentyabr 2019-cu il tarixli, 003L**********93 saylı uzun müddətli kredit müqaviləsinin və 27 sentyabr 2019-cu il tarixli 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4988,22 manat kredit borcunun, 554,32 manat faiz borcu və 681,97 manat cərimə borcu olmaqla, cəmi 6224,51 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(060)-589/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 27 sentyabr 2019-cu il tarixli, 003L**********93 saylı Kredit xətti müqaviləsi və 27 sentyabr 2019-cu il tarixli 003R********** saylı Kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4988,22 manat əsas, 554,32 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 5642,54 (beş min altı yüz qırx iki manat əlli dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 (iyirmi yeddi) manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Almaz Sülyemanova). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı QSC tərəfindən ərizə ilə müraciət edilərək məktubda cavabdeh tərəfindən banka olan borcun ödənildiyini, bu səbbədən iddiadan imtina edildiyini və iddiadan imtinanın nəticələrinin aydın olduğu göstərilmiş, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini, həmçinin məhkəmə xərclərinin cavabdehdə aid edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Sumayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(060)-589/2021 saylı qətnaməsi qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Təqdim edilmiş ərizədən görünür ki, iddiaçı bank cavabdeh tərəfindən borcun tam ödənilməsi əsası ilə iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiadan imtina edildiyindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin müzakirəsinə zərurət qalmamışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbindən imtina edildiyi üçün iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının hüquqi varisi iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Sumayıt Şəhər Məhkəməsinin 11 fevral 2021ci il tarixli, 2(060)-589/2021 saylı qətnaməsi qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Sumayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(060)-589/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair» mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3399/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3399/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver