Məhkəmə qərarları › İş №2(105)-34/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-34/2025

21.02.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-34/2025 21.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin əvəzləşdirilməsi barədə ilk, Cavabdeh İddiaçınə qarşı mənzil və qaraj yerinin təhvil verilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3, üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil4 (sonuncu məhkəmə iclasına gəlməmişdir), üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil5 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-489/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. 16 avqust 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən, ünvan 2 evin, ümumi sahəsi 45,0 kv.metr olan 42 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.

2. Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət X9 kənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisinə (dəyişiklik edilmiş layihəyə) dair verilmiş 08 noyabr 2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı MTK ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində 4 girişli, 16 mərtəbəli, tikinti sahəsi 3216,9 kv.metr, mənzillərin ümumi sahəsi 23280,4 kv.metr, mənzillərin yaşayış sahəsi 12344,8 kv.metr, mənzillərin sayı 260 ədəd olmaqla yeni binanın tikintisinə icazə verilib.

3. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X2 Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisinə (dəyişiklik edilmiş layihə) dair verilmiş 07 avqust 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı MTK ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində 5 girişli, müxtəlif mərtəbəli, 2 zirzəmi + 13 mərətbədən artıq olmamaq şərti ilə, tikinti sahəsi 2287,2 kv.metr, mənzillərin ümumi sahəsi 18078,8 kv.metr, mənzillərin yaşayış sahəsi 10107,4 kv.metr, mənzillərin sayı 184 ədəd olmaqla yeni binanın tikintisinə icazə verilib.

4. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nin 1.1-ci bəndinə əsasən, İddiaçı MTK, ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulan binada mülkiyyətçi Cavabdeh məxsus faktiki sahəsi 52 kv.metr olan mənzilin əvəzinə 6 ay müddətində ona 160.000 manat pul verməyi öhdəsinə götürüb. Həmin “müqavilə”nin 1.2-ci bəndinə əsasən, İddiaçı MTK 6 ay müddətində 160.000 manat pulu mülkiyyəlçi Cavabdeh ödəyə bilməyəcəyi halda, ona güzəşli şərtlərlə binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi öhdəsinə götürüb. Həmçinin həmin “müqavilə”nin 1.3-cü bəndinə əsasən, mülkiyyətçi Cavabdeh da bu müqavilə ilə ona məxsus olan sözügedən mənzili söküntü üçün İddiaçı MTK-nə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə, qaydada və ya 6 ay müddətində sonuncu 160.000 manat pulu ona ödəyə bilməyəcəyi halda, yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürüb.

5. 13 iyul 2020-ci il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, İddiaçı MTK ünvan 2 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən istismar müddətini keçmiş yaşayış binası sökülüb və bu ərazidə yeni yaşayış binası tikilir. 08 fevral 2020-ci il tarixdə Sizinlə müqavilə bağlanıb, müqavilədə göstərilən şərtlər nəzərə alınmaqla hər iki tərəf qarşılıqlı razılığa gəlib, forsmajor hal kimi qiymətləndirilən pandemiya dövrü bütün dünya iqtisadiyyatına külü miqdarda ziyan vurub, iqtisadi ardıcıllığı pozub və ölkə də dəymiş ziyandan kənarda qalmayıb, dünyada 01 mart 2020-ci il tarixdən pandemiya elan edilib və sərt karantin rejimi tədbiq olunub. Bu səbəbdən də müqavilənin 1.2.3-cü bəndinə uyğun olaraq sözügedən məbləğin ödənilməsini 01 fevral 2021-ci il tarixədək birtərəfli qaydada uzadıb.

6. 10 avqust 2020-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı MTK-nə ünvanmış etiraz ərizəsindən görünür ki, 08 fevral 2020-ci il tarixdə "xxxx" MTK ilə onun arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı MTK, ünvan 3n 42 saylı mənzilin əvəzinə ona 6 ay müddətinə 160.000 manat pul ödəməyi öhdəsinə götürüb. Fors-major hadisəsi kimi qiymətləndirilən dünyanı cənginə alan koronovirus (COVİD 19) pandemiyası ilə əlaqədar Bakı şəhərində tətbiq olunmuş karantin rejimi ilə bağlı bildirib ki, karantin rejimi dövründə ayrı-ayrı ölkələrdə, eləcə də Bakı şəhərində digər fəaliyyət növlərindən fərqli olaraq tikinti sektorunun fəaliyyətinə heç bir qadağa qoyulmadığı üçün, hər hansı bir zərərdən söhbət gedə bilməz. Belə ki, sözügedən müqavilədə hər hansı bir müddətdə mənzillə təmin olunacağı göstərilsəydi bunu bəlkə də anlayışlan qəbul etmək olardı. İndiki halda müqavilənin bütün şərtləri qüvvədədir və onun şərtlərinə qeyd şərtsiz əməl olunmalıdır. Lakin, bütün bunlarla yanaşı İddiaçı MTK ilə onun arasında bağlanmış müqavilənin 2.1.1ci bəndinə əsasən, İddiaçı MTK hər ay ona 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürüb və bu məbləğ 2 ay ödənildikdən sonra heç bir ödəniş olmayıb və bu barədə İddiaçı MTK-nın səlahiyyətli şəxslərinə dəfələrlə müraciət etməsinə baxmayaraq, bu günədək müqavilənin bu şərtlərinə əməl olunmaması davam edir. Ona ünvanlanmış məktubda istinad etdikləri 1.2.3-cü bənd onlar arasında bağlanmış müqavilədə mövcud deyil və İddiaçı MTK təklifdən imtina edib.

7. 17 iyun 2022-ci il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlamış məktubdan görünür ki, 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 3 gün müddətində Bank hesabı açıb İddiaçı MTK-nə təqdim edilməsi Cavabdeh xahiş olunub. Əks təqdirdə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilib.

8. 21 iyul 2022-ci il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlamış məktubdan görünür ki, 08 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 01 sentyabr 2022-ci il tarixədək Bank hesabı açıb İddiaçı MTK-nə təqdim etməsi Cavabdeh xahiş olunub.

9. 23 iyul 2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı MTK-nə ünvanlanmış etiraz ərizəsindən görünür ki, ünvan 3n mülkiyyətində olan 42 saylı mənzilin əvəzinə 6 ay müddətinə 160.000 manat pul vəsaitini müqavilədə göstərilən vaxtdan 2 il müddət keçdikdən sonra təklif etdikləri üçün o, həmin puldan imtina edib və müqavilənin şərtlərinə əsasən, binanın “C girişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149,6 kv.metr olan 1 saylı mənzilin ona verilməsini İddiaçı MTK-dən tələb edib.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1949 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının «C» girişi (3-cü blok), 4cü mərtəbəsində 3 otaqlı, sahəsi 149,6 kv.m olan, 1 saylı mənzilin olmadığı müəyyən edillir. İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən, çoxmərtəbəli yaşayış binasında mövcud olan, Simarə Məmmədovaya məxsus, faktiki sahəsi 60,9 kv.m olan və Gültəkin Rəhimovaya məxsus, faktiki sahəsi 60,6 kv.metr olan mənzillər ilə həmin binanın «C» girişi (3-cü blok), 4-cü mərtəbəsində, 3 otaqlı, 1 saylı mənzilin (layihəyə uyğun olaraq) yerləşdiyi mərtəbə səviyyəsinin eynilik təşkil etdiyinə baxmayaraq, ümumi sahə baxımından (121,5 kv.metr) eynilik təşkil etmirlər. Qeyd olunur ki, müqavilə əsasında Simarə Məmmədovaya məxsus olan mənzilin sahəsi 75,68 kv.m, Gültəkin Rəhimovaya məxsus mənzilin sahəsi 73,17 kv.metr göstərilsə də, Simarə Məmmədovaya məxsus mənzilin faktiki sahəsinin 60,9 kv.m mənzil, Gültəkin Rəhimovaya məxsus mənzilin isə faktiki sahəsinin 60,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının «C» girişi (3-cü blok), 4-cü mərtəbəsində faktiki olaraq, altı ayrı-ayrılıqda mənzilin yerləşdiyi, eləcə də Simarə Məmmədovaya məxsus mənzilin faktiki sahəsinin 60,9 kv.m, Gültəkin Rəhimovaya məxsus mənzilin isə faktiki sahəsinin 60,6 kv.metr olduğu müəyyən edilir. İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən, çoxmərtəbəli yaşayış binasına aid 2017-ci il tarixli layihəyədə «C» girişi (3-cü blok), 4-cü mərtəbəsində altı ayrı-ayrılıqda mənzilin yerləşdiyi göstərilmişdir. İddiaçı MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasına aid 2019-ci il tarixli layihədə isə «C» girişi (3-cü blok), 4-cü mərtəbəsində dörd ayrı-ayrılıqda mənzilin yerləşdiyi göstərilmişdir. Simarə Məmmədovaya məxsus mənzilin ümümi sahəsi 60,9 kv.metr və Gültəkin Rəhimovaya məxsus mənzilin ümümi sahəsi 60,6 kv.metr olan mənzillərin İddiaçı MTK-nın binanın 2019-cu ilin layihəsində nəzərdə tutulmadığı, lakin İddiaçı MTK-nın binanın 2017-ci ilin layihəsində nəzərdə tutulduğu müəyyən edilmişdir. Qeyd olunur ki, 08 fevral 2020-ci il tarixli müqavilədə göstərilən, sahəsi 149,6 kv.m təşkil edən mənzilin faktiki olaraq sözügedən mərtəbədə mövcud olmadığı müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən, çoxmərtəbəli yaşayış binasında yerləşən, Simarə Məmmədovaya məxsus, faktiki sahəsi 60,9 kv.m olan vəGültəkin Rəhimovaya məxsus, faktiki sahəsi 60,6 kv.metr olan mənzillərin təmirli vəziyyətdə olduğu müəyyən edilir. Lakin təmir-tikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın bu sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının -1 və -2 səviyyəsində yerləşən iki mərtəbəsində maşın dayanacağının yerləşdiyi və həmin sahənin də layihədə nəzərdə tutulduğu müəyyən edilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/80xx-xx/7788 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MTK tərəfindən inşa edimiş Bakı şəhəri, Nərimanov rayonu, Əbdüiəzəl Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2019-cu ilin layihəsində Simarə Məmmədovaya məxsus sahəsi 75,68 kv.metr olan mənzil və Gültəkin Rəhimovaya məxsus sahəsi 73,17 kv.metr olan mənzilin layihələndirilmədiyi, həmin hissədə (həmin hissə pilləkən qəfəsəsi iiə ümumi dəhlizə daxil olduqda sol tərəfdə yerləşir) bir ədəd üç otaqlı mənzil layihələndirildiyi müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən İnşa edimiş Bakı şəhəri, Nərimanov rayonu, Əbdüiəzəl Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1 ci blokuna hər mərtəbədə 5 (beş) mənzilin yerləşdiyi, 2-ci blokunda hər mərtəbədə 4 (dörd) mənzilin yerləşdiyi, 3-cü blokunda hər mərtəbədə 6 (altı) mənzilin yerləşdiyi, 4-cü blokuna hər mərtəbədə 5 (beş) mənzilin yerləşdiyi və 5-ci blokuna hər mərtəbədə 5 (beş) mənzilin yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan mənzillər ayrı- ayrı vətəndaşların istifadəsində olduğundan həmin mənzillərin texniki parametrləri (sahəsi, faktiki otaq sayı və.s.) barəsində tədqiqat aparmaq mümkün olmamışdır. Faktiki vəziyyətdə 2-ci, 3-cü, 4-cü və 5-ci bloklarda ümumi mərtəbələr üzrə mənzillərin bölgüsünün Bakı şəhəri, Nərimanov rayonu, Əbdüiəzəl Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2019-cu il tarixli Layihə sənədində qeyd olunan bölgüyə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, 2019-cu il tarixli Layihə sənədində 2ci blokda hər mərtəbədə lift qapısı ilə üzbəüz layihələndirilən sanitar qovşağı bütövlüklə və zal tikilisinin bir hissəsi faktiki vəziyyətdə ümumi dəhliz sahəsi kimi inşa edilmiş, 3-cü blokda 2019-cu il tarixli Layihə sənədində hər mərtəbədə 4 mənzil layihələndirilsə də faktiki vəziyyətdə hər mərtəbədə 6 mənzil yerləşir,4-cü blokda 2019-cu il tarixli Layihə sənədində hər mərtəbədə 4 mənzil layihələndirilsə də faktiki vəziyyətdə hər mərtəbədə 5 mənzil yerləşir, 5-ci blokda 2019-cu il tarixli Layihə sənədində hər mərtəbədə 5 mənzil yerləşir, 5-ci blokda 2019-cu il tarixli Layihə sənədində hər mərtəbədə 4 mənzil layihələndirilsə də faktiki vəziyyətdə hər mərtəbədə 5 mənzil yerləşir. Qərarda tədqiq olunan mənzilin ümumi sahəsinin 149,6 m2 göstərildiyini nəzərə alaraq, "xxxx" MTK tərəfindən inşa edimiş Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəi Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasında mövcud olan 3 otaqlı təmirsiz mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 301144,00 manat (2013 x 149,6 m2) məbləğində müəyyən edilir. Qərardadda qeyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəi Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsinə yaxın ərazidə çoxmərtəbəli yenitikili yaşayış binalarında 1 maşınlıq qaraj yerinin qiyməti barədə mənbələrdə və eləcə də mərkəzdə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. "xxxx" MTK tərəfindən inşa edimiş Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəi Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasında mövcud olan 3 otaqlı, 149,6 m2 ölçüdə təmirsiz mənzilə yaxın ərazilərdə yerləşən analoji mənzillərin 1 kv.metrinin mövcud olan orta bazar qiyməti təqribən 2013,00 manat məbləğində müəyyən edilir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı MTK Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin əvəzləşdirilməsi barədə iddia ərizəsi, sonradan isə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli müqavilənin dəyişdirilərək, cavabdehə ünvan 2 ünvanda İddiaçı MTK tərəfindən inşa edilən yaşayış kompleksindən sahəsi 77 kv.metr olan təmirli mənzilin və ya 160.000 manat pul vəsaitinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 29 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən, iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri, o cümlədən çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında ünvan 2 ünvanda yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, ünvan 2 ünvanda yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün iddiaçıya təhvil verməyi, sonuncu isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzillərin sahəsinin 20 % artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin şərtlərinə görə, iddiaçı tərəfindən mənzillər mülkiyyətçilərə təhvil verildiyi vaxtdan kirayə haqqının ödənilməsi dayandırılır. Həmin vaxt bütün sakinlər iddiaçı ilə razılığa gəlib, müqavilə bağlamağa başlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən cavabdehlə iddiaçı arasında da 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirilmə müqaviləsi” bağlınıb və həmin müqavilənin şərtinə görə, cavabdeh sahəsi 52 kv.metr olan 42 saylı mənzili sökmək üçün iddiaçıya təhvil verməyi, sonuncu isə 6 ay müddətində mənzilin əvəzinə cavabdehə 160.000 manat pul verməyi, əks halda isə müqavilənin 1.2-ci bəndinə əsasən, 6 ay müddətində 160.000 manat pulu cavabdehə ödəyə bilmədiyi halda, ona güzəştli şərtlərlə binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi öhdəsinə götürüb. Hazırda tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli müqavilənin icrası qeyri--mümkün olduğundan, müqaviləyə məhkəmə qaydasında xitam verilməsi zərurəti yaranmışdır. Belə ki, müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımı qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirilir. Belə ki, iddiaçı tərəfindən inşa olunan ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binanın layihəsində dəyişikliklər aparıldığından, habelə tərəflər arasında bağlanmış müqavilənin müddəaları nəzərə alınmaqla, fors-major hal kimi qiymətləndirilən dünyada və ölkədə baş verən pandemiya şəraiti iddiaçının iqtisadi durumuna ziyan vurduğundan və iqtisadi ardıcıllığı pozduğundan, eləcə də sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulsa da, 9, 10 və 11 mərtəbəli yaşayış binasının tikintisi üçün razılıq əldə olunduğundan və bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, cavabdehlə bağlanmış müqavilə şərtlərinin icra edilməsi mümkün olmamışdır.

14. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi, sonradan isə iddianın tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı mənzili 2 hissəyə bölən sonradan tikilmiş divarın iddiaçının öz hesabına sökülərək, həmin mənzili 08 fevral 2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və həmin tarixdə təqdim olunmuş eskiz layihəsində göstərilən 149.6 kv.metr ölçüdə və müqavilə şərtinə uyğun olaraq həmin binada 1 maşınlıq qaraj yerinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 2 evin 42 saylı mənzili mülkiyyət hüququ üzrə cavabdehə məxsus olub və həmin mənzilə dair sonuncunun adına Reyestr Xidməti tərəfindən 16 avqust 2017- ci il tarixli Çıxarış verilmişdir. Tərəflər arasında 08 fevral 2020-ci il tarixdə bağlanmış “Əvəzləşdirmə müqaviləsi”nə əsasən, iddiaçı, ünvan 2 ünvanda yerləşən və yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada cavabdehə məxsus faktiki sahəsi 52 kv.metr olan 42 saylı mənzilin əvəzinə ona 6 ay müddətinə 160.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı 6 ay müddətində 160.000 pulu cavabdehə ödəyə bilməyəcəyi halda, ona güzəştli şərtlərlə binanın “C” girişi, 4-cü mərtəbəsindən 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə tərəflərin hüquq və öhdəlikləri müəyyən olunaraq təsdiq olunmuşdur. 13 iyul 2020-ci il tarixdə iddiaçı məktubla cavabdehə müraciət edərək, guya fors-major hallarının baş verdiyini, pandemiya səbəbindən müqavilənin 1.2.3.cü bəndinə uyğun olaraq sonuncuya 6 ay müddətində ödəməli olduğu 160.000 manat pulun ödənişinin 01 fevral 2021-ci il tarixədək uzadıldığını bildirmişdir. Lakin, cavabdeh həmin məktuba 10 avqust 2020-ci il tarixdə rəsmi cavab verərək etirazını bildirmişdir və aralarında bağlanmış müqavilənin şərtlərinə qeyd-şərtsiz əməl olunmasını tələb etmişdir. Cavabdehin həmin cavab məktubu ilə müqavilə şərtlərinin qeyd şərtsiz yerinə yetirilməli olması tələbinə iddiaçı keçən 2 il müddət ərzində heç bir etiraz etməməklə, onda iddiaçının müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirəcəyinə inam yaratmışdır. Belə ki, keçən 2 il müddət ərzində iddiaçı tərəfindən cavabdehə hər-hansı bir təklif, etiraz və sair verilməmişdir. Yalnız, 21 iyul 2022-ci il tarixdə müqavilə bağlanandan 2 il 7 ay keçdikdən sonra iddiaçı cavabdehə məktubla müraciət edərək 08 fevral 2020-ci il tarixli müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 01 sentyabr 2022-ci il tarixədək Bank hesabı açıb ona təqdim etməli olduğunu bildirmişdir. Cavabdeh isə həmin müraciətə cavab olaraq 2 ildən artıq müddətin keçməsini, bu illər ərzində müqavilə ilə şərtləşdirilmiş ödənişin həyata keçirilmədiyini və bununla da iddiaçının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd etmişdir və 08 fevral 2020-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq, iddiaçıdan yeni tikilən binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzilin ona verilməsini tələb etmişdir. Sözügedən bina artıq tikilib təhvil verilmişdir və 2021-ci ildən sakinlər həmin binada olan mənzillərdə yaşayırlar.

16. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-489/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nin dəyişdirilməməsi və həmin müqavilə üzrə nəzərdə tutulan ünvan 2 ünvanda yerləşən Cavabdeh məxsus sahəsi 45 kv.metr olan sökülmüş 42 saylı mənzilin əvəzi olaraq 160.000 manat pul vəsaitinin İddiaçı MTK-dən tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir (hakim Gülsarə İmanova).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 389.1, 421.1, 421.2, 421.3, 423-cü madələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(105)-709/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunan, yəni tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş ünvan 4 ünvanda yerləşən cavabdehə məxsus sahəsi 45 kv.metr olan sökülmüş 42 saylı mənzilin əvəzi olaraq 160.000 manat pulun "xxxx" MTK-dən tutulub Cavabdeh xeyrinə ödənilməsi və qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddianın ləğv edilmiş hissəsində rədd olunması və qarşılıqlı iddianın təmin edilərək, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı mənzili 2 hissəyə bölən iddiaçı tərəfindən sonradan tikilmiş divarın onun öz hesabına sökülməsi, həmin mənzilin 08 fevral 2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və həmin tarixdə təqdim olunmuş eskiz layihədə göstərilən 149.6 kv.metr ölçüdə və müqavilə şərtinə uyğun olaraq verilməsi və həmin binada 1 maşınlıq qaraj yerinin Cavabdeh təhvil verilməsi qət edilmişdir (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari).

Kassasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 3165/2023 nömrəli qərarı ilə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(105)-709/2023 saylı qətnaməsinin qismən - qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev).

22. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi ilk növbədə Simarə Məmmədova və Gültəkin Rəhimovanın mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmələrini müzakirə etməli, bundan sonra iş üzrə müvafiq ekspertizalar keçirməklə sözügedən mənzillərin eyni mənzillər olub olmadığını, binanın layihəsində ümumiyyətlə “C” girişi, 4-cü mərtəbədə, 3 otaqlı, sahəsi 149,6 kv.metr olan mənzilin, cavabdehin iddia etdiyi arakəsmə divanının, habelə Simarə Məmmədovaya satılmış 2 otaqlı, sahəsi 75,68 kv.metr olan mənzilin və Gültəkin Rəhimovaya satılmış 2 otaqlı, sahəsi 73,17 kv.metr olan mənzilin nəzərdə tutulub-tutulmadığını, 1 maşınlıq dayanacaq yerinin binanın hansı girişində, neçənci mərtəbədə yerləşdiyini aydınlaşdırmalı və həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla, görüləcək və yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə işdə iştirak edən şəxsləri qabaqcadan xəbərdar etməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə öz qətnaməsində hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisənin hüquqi tənzimlənməsi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət toxunulmazlığı, müqavilə azadlığı kimi əsas anlayışları əhatə edən maddi hüquq normalarına istinad etsə də, məhz həmin normaların tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilməlidir ki, ədalət mühakiməsini icra edən məhkəmə tərəfindən qətnamə tərtib edilərkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi ilə bağlı formalaşdırdığı Avropa Məhkəməsinin qərarlarından və təcrübəsindən istifadə etməyib. Ədalətli araşdırma aparmaq, həqiqəti müəyyən etmək, qanuni və əsaslı məhkəmə aktı qəbul etmək, pozulmuş hüququ bərpa etmək məhkəmə hakimin vəzifəsidir. Özbaşınalıq hüquq deyil, kobud pozuntudur. Dövlətin şəxslər qarşısında konstitusiya əsasında üzərinə götürülən öhdəliyin qərəzli pozulması dövlətə olan etimadın sarsıdılmasıdır. Göründüyü kimi təkcə Azərbaycan Respublikasının məhkəmə təcrübəsində deyil, hətta dünya təcrübəsində Avropa Məhkəməsi bir sıra qərarlarında qəti şəkildə bildirir ki, həddən artıq qərarlarında qəti şəkildə bildirir ki, həddən artıq prosessual normaların formalizmi, ərizəçiləri məhkəməyə müraciət hüququndan məhrum edə bilməsi olduqca ciddi neqativ haldır. Buraya iddia müddətlərinin, prosessual normaların və sübutetmə qaydalarının çox məhdud şərhi daxil edilə bilər. Bir sıra məhkəmələrin işdə müvafiq prosessual normaları həddən artıq formalistcəsinə tətbiq etməsi ilə ərizəçinin məhkəməyə müraciət hüququnu pozulmasına görə Məhkəmə AİHK-ın 6.1-cı maddəsinin pozulduğunu müəyyən edib. Qeyd olunmalıdır ki, əmlakla bağlı qeyriəmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından aşkar olur ki, həqiqət başqadır. Qətnamədə qeyd edilən sübutlardan aşkar görünür ki, binanın layihəsi artıq öncədən təsdiqlənməyə verilib və iddiaçı bu həqiqəti bilərəkdən gizlədib cavabdehi aldadıb. Cavabdehə yalan vədlər verib. Ona mənzil verəcəyini, əgər verməsə, külli miqdarda pul kompensasiya verəcəyini vəd edib. Müqaviləni də iddiaçı tərtib edib. Bu yolla cavabdehdən mənzilini əlindən alıb. Lakin, iddiaçı ilk əvvəl həmin pulu cavabdehə vermək fikri olmayıb. Mülkiyyətçinin əmlak hüququ heç bir halda onun iradəsi ziddinə əvəzləşdirilə bilməz. Məhkəmə tərəfindən sadalanan hallar lazımi qaydada araşdırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

26. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

27. Üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil4 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

28. Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil5 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

31. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz.

32. Maddə 71. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

34. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

35. Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.

36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

37. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

38. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

39. Maddə 328.1. Mülki Məcəllədə göstərilmişdir ki, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.

40. Maddə 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır

41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Maddə 390.1. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

44. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

45. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

46. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

47. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

48. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

49. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

50. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

51. Maddə 662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

52. Maddə 665. Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

60. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

62. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

63. Apellyasiya şikayətindən görünür ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Quliyeva X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-489/2022 nömrəli qətnaməsini ləğv edərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 29105)-709/2023 nömrəli qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində qətnaməni dəyişdirilmədən saxlamış, qarşılıqlı iddianın təmin olunan hissəsində qətnaməni ləğv edərək mülki işin həmin hissədə yenidən baxılması üçün göndərilməsini qərara almışdır.

64. Ona görə də kollegiya Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini qarşılıqlı iddia tələbinə dair hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsinə dair hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

66. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

67. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası qeyd еdir ki, iddia tələblərinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, hər iki iddia öhdəliklərin qarşılıqlı icrasından irəli gələn tələbdir.

68. Araşdırılan işin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının İcrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında ünvan 5 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 5 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün İddiaçı Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə MTK arasında 08 fevral 2020-ci il tarixində bağlanmış əvəzləşdirilmə müqavilənin şərtlərinə əsasən mülkiyyətçiyə məxsus olan sahəsi 45 kv.metr olan 42 saylı mənzilin əvəzinə 6 ay müddətində 160000 manat pulu “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürmüş, əks halda müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı 6 ay müddətində 160.000 manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda ona güzəştli şərtlərlə binanın C blokunda 4-cü mərtəbəsində, 1 saylı 3 otaqlı 149.6 kv.metr-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən mülkiyyətçi bağlanmış müqavilənin şərtlərinə əsasən özünə məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 ay müddətində 160.000 manat pulu mülkiyyətçiyə ödəyə bilməyəcəyi halda yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

69. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi ilk növbədə Simarə Məmmədova və Gültəkin Rəhimovanın mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmələrini müzarkirə etməli, bundan sonra iş üzrə müvafiq ekspertizalar keçirməklə sözügedən mənzillərin eyni mənzillər olub-olmadığını, binanın layihəsində ümumiyyətlə “C” girişi, 4-cü mərtəbədə, 3 otaqlı, sahəsi 149,6 kv.metr olan mənzilin, cavabdehin iddia etdiyi arakəsmə divanının, habelə Simarə Məmmədovaya satılmış 2 otaqlı, sahəsi 75,68 kv.metr olan mənzilin və Gültəkin Rəhimovaya satılmış 2 otaqlı, sahəsi 73,17 kv.metr olan mənzilin nəzərdə tutulub-tutulmadığını, 1 maşınlıq dayanacaq yerinin binanın hansı girişində, neçənci mərtəbədə yerləşdiyini aydınlaşdırmalı və həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla, görüləcək və yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə işdə iştirak edən şəxsləri qabaqcadan xəbərdar etməlidir.

70. Qanunvericiliyin tələbini və kassasiya instansiyası məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası Simarə Məmmədova və Gültəkin Rəhimovanı iş üzrə üçüncü şəxs qismində cəlb etmişdir.

71. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında olan göstərişlərini nəzərə alaraq, iş üzrə ekspertizalar təyin etmişdir. Əldə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının «C» girişi (3-cü blok), 4-cü mərtəbəsində 3 otaqlı, sahəsi 149,6 kv.m olan, 1 saylı mənzilin olmadığı müəyyən edillir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən, çoxmərtəbəli yaşayış binasında mövcud olan, Simarə Məmmədovaya məxsus, faktiki sahəsi 60,9 kv.m olan və Gültəkin Rəhimovaya məxsus, faktiki sahəsi 60,6 kv.metr olan mənzillər ilə həmin binanın «C» girişi (3-cü blok), 4-cü mərtəbəsində, 3 otaqlı, 1 saylı mənzilin (layihəyə uyğun olaraq) yerləşdiyi mərtəbə səviyyəsinin eynilik təşkil etdiyinə baxmayaraq, ümumi sahə baxımından (121,5 kv.metr) eynilik təşkil etmirlər. Qeyd olunur ki, Simarə Məmmədovaya məxsus mənzilin ümümi sahəsi 60,9 kv.metr və Gültəkin Rəhimovaya məxsus mənzilin ümümi sahəsi 60,6 kv.metr olan mənzillərin İddiaçı MTK-nın binanın 2019-cu ilin layihəsində nəzərdə tutulmadığı, lakin İddiaçı MTK-nın binanın 2017-ci ilin layihəsində nəzərdə tutulduğu müəyyən edilmişdir. Qeyd olunur ki, 08 fevral 2020-ci il tarixli müqavilədə göstərilən, sahəsi 149,6 kv.m təşkil edən mənzilin faktiki olaraq sözügedən mərtəbədə mövcud olmadığı müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən, çoxmərtəbəli yaşayış binasında yerləşən, Simarə Məmmədovaya məxsus, faktiki sahəsi 60,9 kv.m olan və Gültəkin Rəhimovaya məxsus, faktiki sahəsi 60,6 kv.metr olan mənzillərin təmirli vəziyyətdə olduğu müəyyən edilir. Lakin təmir-tikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın bu sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. İddiaçı MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının -1 və -2 səviyyəsində yerləşən iki mərtəbəsində maşın dayanacağının yerləşdiyi və həmin sahənin də layihədə nəzərdə tutulduğu müəyyən edilmişdir.

72. Məhkəmə kollegiyasının digər qərarardadı ilə təyin olunmuş ekspertiza üzrə əldə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, "xxxx" MTK tərəfindən inşa edimiş Bakı şəhəri, Nərimanov rayonu, Əbdüiəzəl Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2019-cu ilin layihəsində Simarə Məmmədovaya məxsus sahəsi 75,68 kv.metr olan mənzil və Gültəkin Rəhimovaya məxsus sahəsi 73,17 kv.metr olan mənzilin layihələndirilmədiyi, həmin hissədə (həmin hissə pilləkən qəfəsəsi iiə ümumi dəhlizə daxil olduqda sol tərəfdə yerləşir) bir ədəd üç otaqlı mənzil layihələndirildiyi müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən İnşa edimiş Bakı şəhəri, Nərimanov rayonu, Əbdüiəzəl Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1 -ci blokuna hər mərtəbədə 5 (beş) mənzilin yerləşdiyi, 2ci blokunda hər mərtəbədə 4 (dörd) mənzilin yerləşdiyi, 3-cü blokunda hər mərtəbədə 6 (altı) mənzilin yerləşdiyi, 4-cü blokuna hər mərtəbədə 5 (beş) mənzilin yerləşdiyi və 5-ci blokuna hər mərtəbədə 5 (beş) mənzilin yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan mənzillər ayrı- ayrı vətəndaşların istifadəsində olduğundan həmin mənzillərin texniki parametrləri (sahəsi, faktiki otaq sayı və.s.) barəsində tədqiqat aparmaq mümkün olmamışdır. Faktiki vəziyyətdə 2-ci, 3-cü, 4-cü və 5-ci bloklarda ümumi mərtəbələr üzrə mənzillərin bölgüsünün Bakı şəhəri, Nərimanov rayonu, Əbdüiəzəl Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2019-cu il tarixli Layihə sənədində qeyd olunan bölgüyə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, 2019-cu il tarixli Layihə sənədində 2-ci blokda hər mərtəbədə lift qapısı ilə üzbəüz layihələndirilən sanitar qovşağı bütövlüklə və zal tikilisinin bir hissəsi faktiki vəziyyətdə ümumi dəhliz sahəsi kimi inşa edilmiş, 3-cü blokda 2019-cu il tarixli Layihə sənədində hər mərtəbədə 4 mənzil layihələndirilsə də faktiki vəziyyətdə hər mərtəbədə 6 mənzil yerləşir. Qərardadda qeyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəi Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsinə yaxın ərazidə çoxmərtəbəli yenitikili yaşayış binalarında 1 maşınlıq qaraj yerinin qiyməti barədə mənbələrdə və eləcə də mərkəzdə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

73. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

74. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinin icrası qeyri-mümkündur. Belə ki, İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisini həyata keçirərkən ilkin layihə üzrə 4 bloklu, 16 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulsa da, sonradan həmin layihə Azərbaycan Respublikası Fövqəladə Nazirliyi Tikintidə Təhlükəsizliyə X10 Təsisatdankənar Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən binanın tikinti sahəsi 3216,9 m2, mənzillərin ümumi sahəsi 23280,4 kv.metr, mənzillərin yaşayış sahəsi 12344,8 m2, mənzillərin sayı 260 ədəd olmaqla obyektin tikintisinə icazə verilmiş, köçürmə və tikinti işləri başlandıqdan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekturasının tövsiyyəsi ilə layihədə əsaslı dəyişikliklər edilmiş, yəni yeni inşa edilən binada mərtəbələrin sayı və sahəsi azaldılmışdır. İnşa olunan binanın layihəsi yenidən işlənib hazırlanmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 X2 Baş idarəsinin xx.xx.2019-cu il tarixli rəyi ilə dəyişiklərə əsasən binanın tikinti sahəsi, 2287,2 m2, mənzillərin ümumi 8078,8 m2, mənzillərin yaşayış sahəsi 10107,4 m2, mənzillərin sayı 184 ədəd obyektin tikintisi təsdiqlənmişdir. Göründüyü kimi, verilmiş rəylərdə mənzillərin yaşayış sahəsində ilk rəydə 12344.8 m2, sonrakı rəydə 10107,4 m2 olmaqla 76 mənzilin azaldılması göstərilmişdir. Tərəflər arasında 08 fevral 2020-ci il tarixində bağlanmış əvəzləşdirmə müqaviləsinə əsasən Cavabdeh hal-hazırda tələb etdiyi C blokunda 4-cü mərtəbəsi, 1 saylı 3 otaqlı 149.6 kv ibarət olan mənzilin faktiki sahəsi mövcud olmadığından, icrası mümkün olmamışdır.

75. Beləliklə aparılmış məhkəmə araşdırması nəticəsində kollegiya belə qənaətə gəlir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən İddiaçı MTK-nin ünvan 6 ünvanında inşa etdiyi yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı, 149.6 kv.m sahəsi olan mənzili 2 hissəyə (2 ayrı-ayrı mənzilə) bölən İddiaçı MTK tərəfindən sonradan naməlum tarixdə tikilmiş divarın İddiaçı MTK-nin öz hesabına sökülərək həmin mənzilin xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və müqavilə bağlanan tarixdə təqdim olunmuş eskiz layihədə göstərilən 149.6 kv.m ölçüdə ona təhvil verilməsi, xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq həmin binada 1 maşınlıq dayanacaq yerinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırması zamanı mübahisəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsi, 1 saylı 3 otaqlı 149.6 kv.metrdən ibarət olan mənzil faktiki olaraq mövcud olmadığından, 1 maşınlıq dayanacaq yerinin hansı ünvanda, hansı binada, hansı girişində, neçənci mərtəbədə yerləşməsi müəyyən olunmadığından, qarşılıqılı iddia təmin edilə bilməz.

76. Kollegiya həmçinin qeyd edir ki, hazırkı mübahisə üzrə daşınmaz əmlakın mövcud olmaması və qarşılıqlı iddianın təmin olunmaması gələcəkdə Cavabdeh İddiaçı MTK-dan vurulmuş zərərinin tələb etmək hüququnu istisna etmir.

77. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinə dair hissəsində qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin baxılan hissəsinin ləğvi üçün əsas ola bilməz.

78. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən 200 manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti baxılan hissədə təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-489/2022 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinə dair hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar