Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3425/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi ilə Quba Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qərardadından Cavabdeh verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qərardadı ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh şikayəti verib, Quba Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qərardadının ləğv edilərək, iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2020-ci il tarixdə baş verən yol nəqliyyat hadisəsi zamanı “Ford” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 5398 (beş min üç yüz doxsan səkkiz) manat məbləğində dəyən zərərin, avtomaşına vurulmuş zərərin qiymətləndirilməsinə görə “TƏBRİZ” firmasının hesabına ödənilmiş 50 manat məbləğində pulun, 30 manat məbləğində ödənilmiş dövlət rusumunun Cavabdehdan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilib, Cavabdeh İddiaçı sahibliyində olan “Ford Tranzit” yük markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 4097,68 (dörd min doxsan yeddi manat altmış yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq İddiaçı ödənilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X2 (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsi 03 sentyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 127.2, 129.3-cü maddələrinin və Azərbaycan Respublikası MPM-nin 133.1, 133.3 və 133.6-cı maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Quba Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qətnaməsinin surətini nə poçt vasitəsi ilə, nə də məhkəmə tərəfindən qəbzə imza etdirilməklə ona təqdim edilməmişdir. Qətnamənin surəti ona rəsmi qaydada verildikdən sonra 1 ay müddətində apellyasiya şikayəti vermişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apellyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qətnaməsi Cavabdeh 05 aprel 2021-ci il tarixdə göndərilmiş, sonuncu evdə olmadığından göndəriş zərfi 10 aprel 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti 25 avqust 2021-ci il tarixdə verilmiş və onun tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Quba Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qətnaməsinin surətinin poçt vasitəsi ilə tərəflərə göndərilməsi ilə məhkəmənin təqdim etmə vəzifəsi bitmiş hesab olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materialları ilə müəyyən olur ki, qətnamənin surətinin cavabdeh tərəfindən rəsmi qaydada almasını təsdiq edən sənəd mövcud deyildir. Göründüyü kimi Quba Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən cavabdehə rəsmi qaydada verilməməmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə 26.04.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərədə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Cavabdeh verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini bərpa etməkdən imtina etdikdə işdə olan sənədlərə və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, Quba Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 10 sentyabr 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməli və icraata qəbul edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 10 sentyabr 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(027)-172/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilsin və icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3425/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3425/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver