Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-346/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-137/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-137/2020 saylı qətnaməsi ilə (haklim V.Y.Ruvinov) İddiaçı QSC-nin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair ilk iddiası qismən təmin edilib, İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilərək Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 031R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə əsas borc üzrə 6123,09 ABŞ dolları, faiz borcu üzrə 2439,86 ABŞ dolları, 100 ABŞ dollar hesablanmış cərimə olmaqla, ümumilikdə 8662,95 (səkkiz min altı yüz altmış iki) ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı QSC-yə qarşı kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatın dəyəri olaraq 145 manat Cavabdeh2 tutulub Dövlət Xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verib, ilk iddianın rədd edilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə illik kredit faizinin 50 % azaldılması, kredit borcunun ABŞ dollarından 0,78 manat kursu ilə manata konvertasiya edilməsi şərti ilə kredit razılaşmasının dəyişdirilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 031L**********66 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləği və müddəti ayrıca olaraq kredit razılışması ilə müəyyən olunur. xx.xx.2014-cü il tarixli, 031R**********saylı kredit razılaşması əsasında Cavabdeh2 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflər imzaladıqları xx.xx.2016-ci il tarixli, 031R**********SA saylı, xx.xx.2016-cı il tarixli, 031R**********SB saylı, xx.xx.2016-cı il tarixli, 031R**********SC saylı, xx.xx.2016-cı il tarixli, 031R**********SD saylı, xx.xx.2017-ci il tarixli, 031R**********SE saylı, xx.xx.2018-ci il tarixli, 031R**********SF saylı, xx.xx.2018-ci il tarixli, 031R**********SG saylı sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Həmin kreditdən cavabdeh 13876,91 ABŞ dolları ödəmiş və onun 6123,09 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır.Bir gün üçün faiz bu kredit razılışmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 373 gün üçün hesablanmış faiz borcu 6474,58 ABŞ dolları təşkil edir. Ona görə də, Cavabdeh2 və İddiaçı QSÇ arasında bağlanmış kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 031R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6123,09 ABŞ dolları məbləğində kredit borcu, 6474,58 ABŞ dollar faiz borcu, 4376,33 ABŞ dollar hesablanmış cərimə olmaqla, ümumilikdə 16974 (on altı min doqquz yüz yetmiş dörd) ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 031L**********66 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləği və müddəti ayrıca olaraq kredit razılışması ilə müəyyən olunur. xx.xx.2014-cü il tarixli, 031R**********saylı kredit razılaşması əsasında Cavabdeh2 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. O, kredit məbləğinin əhəmiyətli hissəsini ödəmiş və mövcüd devalvasiya səbəbindən iki dəfə ərizə ilə İddiaçı QSC-yə müraciət edərək kredit borcunun Azərbaycan manatına konvertasiya olunmasını tələb etmişdir. Lakin bank əməkdaşları onu aldadaraq konvertasiya olunması əvəzinə ona yeni şərtlərlə, yəni müqavilənin müddətinin uzadılması və aylıq ödənişlərin azaldılması şərtləri ilə yeni müqavilələrə imza etdirmişlər. ABŞ dollarının Azərbaycan manatına nisbətən iki dəfə artıq bahalaşması borcunun bağladıqları müqavilə şərtləri əsasında ödənilməsini mümkünsüz etmişdir. Müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyətli dərəcədə dəyişməsi kredit müqaviləsi şərltərinin dəyişdirilməsini zəruri edir. Ona görə də, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə illik kredit faizinin 50 % azaldılması, kredit borcunun ABŞ dollarından 0,78 manat kursu ilə manata konvertasiya edilməsi şərti ilə kredit razılaşmasının dəyişdirilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,385.1.1,385.1.2 və 422.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, ilk iddianın rədd edilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə illik kredit faizinin 50 % azaldılması, kredit borcunun ABŞ dollarından 0,78 manat kursu ilə manata konvertasiya edilməsi şərti ilə kredit razılaşmasının dəyişdirilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan İddiaçı QSC və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 031L**********66 saylı uzunmüddətli kredit müqaviləsi bağlanılmışdır. Kredit xətti müqaviləsinə əsasən, 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləği və müddəti ayrıca olaraq kredit razılışması ilə müəyyən olunur. xx.xx.2014-cü il tarixli, 031R********** saylı kredit razılaşması əsasında Cavabdeh2 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflər imzaladıqları xx.xx.2016-ci il tarixli, 031R**********SA saylı, xx.xx.2016-ci il tarixli 031R**********SB saylı, xx.xx.2016-ci il tarixli, 031R**********SC saylı, xx.xx.2016-ci il tarixli 031R**********SD saylı, xx.xx.2017ci il tarixli 031R**********SE saylı, xx.xx.2018-ci il tarixli, 031R**********SF saylı, xx.xx.2018-ci il tarixli, 031R**********SG saylı sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2014-cü il tarixli, 031R********** saylı kredit razılaşması, kredit razılaşmasına və ödəniş planına dəyişiklikliyə əsasən cavabdeh 13876,91 ABŞ dolları ödəmiş və onun 6123,09 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərlərinə götürmüş olduqları öhdəliyi icra etməmiş və onlar birlikdə bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 4376,33 manat cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 100 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(028)-137/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-346/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-346/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver