Məhkəmə qərarları › İş №2(105)-347/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-347/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-347/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh1, cavabdeh, eyn zadanda digər cavabdeh X2 nümayəndəsi Cavabdeh5 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-46/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 02R********** saylı kredit razılaşması üzrə 14164,68 ABŞ dolları kredit borcu, 14951,16 ABŞ dolları faiz borcu və 14815, 75 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 43931,59 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evinin açıq hərracda satılması, 43931,59 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 ümumi qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evinə tutma yönəldikdən və satıldıqdan sonra X2 və Cavabdeh5 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsinə, onların həmin torpaq sahəsindən çıxarılmasına, həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-46/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada 02R********** saylı kredit razılaşması üzrə 13720,04 ABŞ dolları, faiz borcu üzrə 7482,16 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1451,87 ABŞ dolları, 9800 ABŞ dolları cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçı "xxxx" QSCnin xeyrinə tutulması, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evin açıq hərracda satılması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 mülkiyyətində olan 581 saylı bağ evinin yekun bazar dəyərinin 39000 (otuz doqquz min), likvid dəyəri 35000 (otuz beş min) manat müəyyən edilməsi, 13720,04 ABŞ dolları əsas, 7482,16 ABŞ dolları faiz borcu, faiz borcu (illik 5%-lə) 1451,87 ABŞ dolları, 9800 ABŞ dolları cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının həmin əmlakın açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 ümumi qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən X2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 saylı bağ evinə tutma yönəldikdən və satıldıqdan sonra X2 və Cavabdeh5 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi, onların həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılması, alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirələm Quliyev). Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və X4 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(026)- 46/2021 saylı qətnaməsinin qismən, yəni "faiz borcu üzrə 7.482,16 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1.451,87 ABŞ dolları, 9.800 ABŞ dolları cərimə borcunun iddiaçı Bankın xeyrinə tutulması; Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində X2 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və üzərindəki 1 mərtəbəli, 29,8 kv.m ümumi sahədən ibarət 2 otaqlı 581 savlı bağ evinin yekun bazardəyərinin 39.000 manat likvid dəyərinin 35.000 manat müəyyən edilməsi; faiz borcu üzrə 7.482,16 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 1.451,87 ABŞ dolları, 9.800 ABŞ dolları cərimə borcun həmin əmlakın açıq hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi; hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması" hissəsində ləğv edilməsini, faiz borcunun və ipoteka ilə yüklü edilən əmlakın real bazar qiymətinin müəyyənləşdirilməsi üçün müvafiq olaraq təkrar ekspertiza və qiymətləndirilmə aparıldıqdan sonra faiz məbləğinin tutulması və ipoteka ilə yüklü edilən əmlakın real bazar dəyərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və X4 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, bankla danışıqlar aparılır, müəyyən razılığa gəlmişlər. İlkin olaraq ödəniş aparılmışdır. Bu səbəbdən apellyasiya şikayətindən imtina edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında göstərdi ki, ərizəni müdafiə edir. Bankla razılıq əldə olunub. Bu səbəbdən apellyasiya şikayətindən imtina edir, apelyasiya şikayətindən imtinanın hüquqi nəticələri ona aydındır. Ona görə də apelyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyn zamanda digər cavabdeh X2 nümayəndəsi Cavabdeh5 ərizəni müdafiə edərək apelyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 izahatında cavabdehlərin apellyasiya şikayətindən imtinanın qəbul edilərək apelyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apelyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Qobustan Rayon Məhkəməsinin 2(026)-46/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və X2 apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apelyasiya şikayətindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və X2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Qobustan Rayon Məhkəməsinin 2(026)-46/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və X3 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar