Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-348/2025 10.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 İddiaçı TuranBank ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2(067)-222/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları
1. TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18.7 % olmaqla, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdab çıxarış məlumatları və 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə cavabdehin banka olan borcu aşağıdakı kimi müəyyən olunur:
4. xx.xx.2023-cü il tarixə (iddia ərizəsinin verildiyi günə): əsas borc üzrə 12800.80 manat, faiz borcu üzrə 1748.77 manat, xx.xx.2023-cü il tarixə (qərardadın tarixi) əsas borc üzrə 12800.80 manat, faiz borcu üzrə 2466,89 manat, xx.xx.2024-cü il tarixə (ekspert rəyi verilən tarix) əsas borc üzrə 12800.80 manat, faiz borcu üzrə 2985.54 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi və ərizəyə əlavə ilə müraciət edərək, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 12,607.43 manat əsas, 1,849.30 manat faiz, 2,633.62 manat cərimə borcu olmaqla, cəmi borcu 17,090.35 manat məbləğində borcun və ödənilmiş 141.27 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsini onunla əsaslandırmışdır ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18.7 % olmaqla, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 12,607.43 manat əsas, 1,849.30 manat faiz, 2,633.62 manat cərimə borcu olmaqla, cəmi borcu 17,090.35 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini təqdim edərək TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdehnun Banka olan 12,800.80 AZN (on iki səkkiz yüz manat səksən qəpik) əsas, 2,985.54 AZN (iki min doqquz yüz səksən beş manat əlli dörd qəpik) faiz, 2,633.62 AZN (iki min altı yüz otuz üç manat altmış iki qəpik) cərimə borcu olmaqla, cəmi borcu 18419.96 AZN (on səkkiz min dörd yüz on doqquz manat doxsan altı qəpik) məbləğində borcun və ödənilmiş 141.27 AZN (yüz qırx bir manat iyirmi yeddi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Xaçmaz Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2(067)-222/2024 nömrəli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia qismən təmin edilərək, Cavabdeh 12800.80 manat əsas, 1748,77 manat faiz, 200 manat cərimə borcu və ödənilmiş 134.25 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi və ekspertiza tədqiqatının dəyəri kimi 100 manat məbləğində pulun Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 445.3, 448.1, 458.1, 467, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2(067)-222/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ədalətsiz və qanunsuz qərar qəbul etmiş, onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə qeyri-obyektiv və ziddiyətli qərar çıxarmışdır. Onun məhkəmə proseslərindən xəbəri olmamış, məhkəmə icraatı barədə məlumatlandırılmamışdır. Mübahisəli qətnaməni xx.xx.2024-cü ildə Xaçmaz Rayon Məhkəməsində qəbz imzalamaqla əldə etmişdir. İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsindəki imza ona məxsus deyildir. Məhkəmə kredit müqaviləsinin etibarsızlığı hallarını yoxlamamışdır. Ona görə də iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməli və bu hallar yoxlanılımalıdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət məhz məhkəmə icraatının əsassız uzadılmasına xidmət edir. Şikayətdə qeyd olunan dəlillər əsassızdır. Cavabdeh kredit vəsaitini əldə etsə də ödənişləri icra etməmişdir. Bu səbəbdən banka borcu yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də nümayəndə sonda apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfln iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2(067)-222/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Ona görə də kollegiya iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İddia tələbindən görünür ki, tələb öhdəlik münasibətlərindən irəli gəlib, mövcud kredit müqavilələsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehdən alınması barədədir.
21. İddia tələbindən və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, hazırkı iş üzrə TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə illik faiz dərəcəsi 18.7 % olmaqla, 36 ay müddətinə 14500 manat məbləğində kredit vermişdir.
22. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlər cavabdeh tərəfidən qrafik üzrə düzgün icra edilməmiş, bu səbəbdən sonuncunun banka borcu yaranmışdır.
23. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddia tələbindən, habelə cavabdeh tərəfindən təkzib edilməyən hallardan müəyyən olunur ki, cavabdeh sözügedən kredit vəsaitini əldə etmiş, lakin kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir
24. Hazırkı apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmadığını, hətta məlumatlandırılsa belə məhkəmə qərarının ona verilmədiyini bildirir.
25. Apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmışdır, hətta sonuncu hər dəfə iclasların təxirə salınması barədə məhkəməyə teleqramlar da ünvanlamışdır (i/m səh. 38-39, 46-47, 54, 97, 107, 121 (məhkəmə qərarını alması barədə qəbz)).
26. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, tərəflər arasında mübahisə predmeti olan 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsindəki imza Cavabdeh tərəfindən icra edilməmiş, bu halın dəqiqləşdirilməsi üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməlidir.
27. Kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsaslı hesab etməyərək mövqeyini qısa şəkildə aşağıdakı kimi şərh edir.
28. Əvvəla şikayətin qeyd olunan dəlili yəni mübahisələndirilən kredit müqaviləsindəki imzanın cavabdeh tərəfindən icra edilməməsi halı səthi dəlil deyil, birbaşa mübahisənin hüquqi müqəddəratını həll edəcək dəlildir. Yəni bu dəlilin formal şəkildə apellyasiya şikayətində bir cümlə ilə qeyd edilməsi- yəni dəlilin əsaslandırılmaması ( kredit müqaviləsi barədə tərəfin hansı formada məlumatlı olması, həmin müqavilə üzrə ödənişlərin kim tərəfindən icra edilməsi, yaxud bank tərəfindən cavabdehin aldadılması hallarının nədən ibarət olması) ağlabatan mühakimə hesab edilə bilməz.
29. Digər tərəfdən bu halların, yaxud onlardan hər hansı birinin mövcud olması ilkin variantda əsaslandırılmadığından bu formada məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi yolverilməzdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.
30. Beləliklə kollegiya qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında müvafiq olaraq kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
31. Öyrənilən işin müəyyən edilmiş hallarından göründüyü iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.
32. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, məhkəmə proseslərini süni şəkildə uzatmaqdan, eləcə də yaranmış borcu yubatmaqdan başqa bir şey deyildir
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2(067)-222/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.