Məhkəmə qərarları › İş №2(105)-35/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-35/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-35/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X4 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Qulam oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 2(060)- 84/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı QSC, cavabdehlər Cavabdeh1 Qulam oğlu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada 37242,12 ABŞ dolları məbləğində kredit borcu, 8951,77 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 46.293,89 (qırx altı min iki yüz doxsan üç dollar səksən doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinə və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinin ilkin satış qiymətinin 139868,82 (bir yüz otuz doqquz min səkkiz yüz altmış səkkiz manat səksən iki qəpik) manat və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin ilkin satış qiymətinin 21518,28 manat (iyirmi bir min beş yüz on səkkiz manat iyirmi səkkiz qəpik) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinin və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğdən ümumilikdə cəmi 46.293,89 (qırx altı min iki yüz doxsan üç dollar səksən doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına banka olan borc ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh1 Qulam oğluna və Cavabdeh2 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 42 (qırx iki) manat xidmət haqqı, cəmi 92 (doxsan iki) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı QSC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı QSC cavabdehlər Cavabdeh1 Qulam oğlu və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 17R000007202 saylı kredit razılaşması üzrə 37468,25 ABŞ dollar məbləğində kredit borcu, 9051,57 ABŞ dollar məbləğində faiz borcu və 41071,79 ABŞ dollar məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 87591 ABŞ dolları 61 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 kv.m köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 87591 ABŞ dolları 61 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 kv.m köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1 Qulam oğlunun və Cavabdeh2 həmin əmlakların boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Qulam oğlu ilə İddiaçı QSC (əvvəlki adı “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” QSB) arasında bağlanmış xx.xx.2007-ci il tarixli 03L000000217 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 17R000007202 saylı kredit razılaşması üzrə 37468,25 ABŞ dollar məbləğində kredit borcu, 9051,57 ABŞ dolları məbləğində faiz borcu və 41071,79 ABŞ dollar məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 87591 ABŞ dolları 61 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 kv.m köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 87591 ABŞ dolları 61 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 kv.m köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1 Qulam oğlunun və Cavabdeh2 həmin əmlakların boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Qulam oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2007-ci il tarixli, 03L000000217 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 17R000007202 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 Qulam oğlu kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 Qulam oğlunun banka 37468,25 ABŞ dolları kredit borcu, 9051,57 ABŞ dolları faiz borcu, 41071,79 ABŞ dolları cərimə borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Qulam oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evi və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı QSC Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, cərimə borcunun tutulması və ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan sübutlara əhəmiyyət verməmiş, tərəflər arasında hüquq münasibətlərini tənzimləyən müqavilə müddəalarına düzgün hüquqi qiymət verməmişdir. Cavabdehlər Cavabdeh1 Qulam oğlu və Rüstəmov X7 şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən faiz borcu üzrə müəyyən edilmiş 8951,77 ABŞ dolları pulun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə faiz məbləğinin azaldılması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faiz borcu bank tərəfindən düzgün hesablanmamış və məhkəmə bunu nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, cavabdehlərin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 nümayəndəsi X8 cavabdehlərin apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətini təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi qismən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, faiz və cərimə borcunun tutulması, ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində ləğv edilməli, həmin hissədə üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, cərimə borcunun tutulması və ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində, yəni iddianın təmin edilməyən hissəsində, cavabdehlər isə qətnamənin faiz borcunun tutulması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə tərəflərin mübahisələndirdikləri hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq hesab edir ki, ilkin olaraq iddiaçının apellyasiya şikayətinə qiymət verilməlidir. İşdən görünür ki, cavabdehlərin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ipoteka predmetinin hesabına cavabdehin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması, cərimə borcunun tutulması hissəsində mübahisələndirilmiş və iddianı həmin hissədə təmin edilməsini, cavabdehsə öz növbəsində faiz borcunun tutulması hissəsində azaldılmasını xahiş etmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəşünaslıq ekspertizası təyin etmiş, S-X3 Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci iltarixli rəy ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m. yaşayış, 151.8 kv.m. köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinin bazar dəyəri 180.000 (yüz səksən min) manat, Sumqayıt şəhəri, Novxanı bağ massivi istifadədə olan 0,12 ha bağ sahəsinin bazar dəyəri 70.000 (yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. “xxxxxxxxxxxxx” tərəfindən verilmiş 283/AB/19 №li xx xxxxxx 2019-cu il tarixli əmtəşünaslıq ekspertizası rəyi ilə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsi 50.000 (əlli min) manat, Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evi 120.000 (bir yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 tərəfindən ekspert rəyi mübahisələndirilmiş, vəsatətlə müraciət edərək, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Vəsatət təmin edilmiş, mülki iş üzrə təkrar məhkəmə əmtəşünaslıq ekspertizası təyin etmiş, “X14” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ƏEM,İ 07-246/20 saylı məktubu ilə mübahisəli sahəyə baxış təşkil edilmədiyindən rəy verilməmişdir. İddiaçı tərəfindən yenidən ekspert rəyi mübahisələndirilmiş, vəsatətlə müraciət edərək, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini və bağ sahələrinin likvid dəyərinin müəyyən edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmiş, mülki iş üzrə təkrar məhkəmə əmtəşünaslıq ekspertizası təyin etmiş, “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli əmtəşünaslıq ekspertizası rəyi ilə Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1694 nömrəli bağ evinin orta bazar qiyməti 216.500 manat, likvid dəyəri 205.000 manat, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin orta bazar dəyəri 84.000 manat, likvid dəyəri 80.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş “xxxxxxxxxxxxxxxxx” MMCnin xx xxxxxxx 2020-ci il tarixli rəyi ilə isə Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evi 140.000 (bir yüz qırx min) manat, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin likvid dəyəri 50.000 (əlli min) manat dəyərində qiymətləndirilmişdir. Göründüyü kimi iş üzrə ipoteka predmetlərinin qiymətləndirilməsinə dair müxtəlif fərqli rəylər verilmişdir. Məhkəmə kollegiyası iş üzrə mübahisə predmeti olan əmlaklarla bağlı “S-X3 Mərkəzi” MMC, “xxxxxxxxxxxxx” MMC, “xxxxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş rəyləri müqayisə edərək hesab edir ki, əvvəlki üç rəydə göstərilən ipoteka predmetlərinin qiymətləri reallığı əks etdirmir. Odur ki, sonuncu rəy əvvəlki üç rəydə göstərilən qiymətlərə münasibətdə daha münasib olduğundan, həmin rəydəki qiymətlər ipoteka predmetinin likvid dəyəri göstərilməlidir. Bu mənada tərəflərin ipoteka müqaviləsi bağlayarkən müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və tərəflərin razılaşdıqları “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən qiymətləndirilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin likvid dəyəri 50.000 (əlli min) manat, Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1694 nömrəli bağ evi 140.000 (bir yüz qırx min) manat ipoteka predmetinin likvid dəyəri kimi müəyyən edilməsi qənaətini qaçılmaz edir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin likvid dəyəri 50.000 (əlli min) manat, Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1694 nömrəli bağ evi 140.000 (bir yüz qırx min) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin cərimə məbləğinin tam tutulması barədə apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Qeyd etmək lazımdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcu və ona hesablanmış faizləri cavabdehin ödəyə bilmədiyi halda, cavabdehdən 41071,79 ABŞ dolları cərimənin tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətinə ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsini, eləcə də iddiaçının həm əmlak və həm də bütün əsaslı mənafeləri üçün cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehlər barəsində 41071,79 ABŞ dolları məbləğində hesablanan cərimənin məbləğinin azaldılaraq, iddiaçının tələb etdiyi məbləğdə deyil, 1000 (bir min) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Cavabdehlərin apellyasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, sonuncular apellyasiya icraatı zamanı kredit müqaviləsi üzrə yaranmış faiz məbləğini mübahisələndirmiş, məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdehlər tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 32883 saylı xx xxxxxxxx 2019-cu il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə əsas borc məbləği 31495,87 ABŞ dolları, faiz borcu 7527,51 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduqları və iddiasının əsasını təşkil edən maliyyə arayışdan əsas borca hesablanmış faiz məbləği 9051,57 ABŞ dollar təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borca hesablanmış faiz məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, əsas borca hesablanmış faiz məbləğinin artıq hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit borcu üzrə hesablanmış faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə yaranan əsas borca hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, faiz və cərimə borcunun tutulması, ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 145+145=290 (iki yüz doxsan) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 500 manat “xxxxxxxxxxxxx” MMCnin, 500 manat “S-X3 Mərkəzi” MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi qismən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, faiz və cərimə borcunun tutulması, ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada 1000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə borcu İddiaçı QSC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Cavabdeh1 Qulam oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evinin likvid dəyəri 140.000 (bir yüz qırx min) manat və Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsinin likvid dəyəri 50.000 (əlli min) manat müəyyən edilsin. Cavabdeh Rüstəmov X7 şəhəri, Novxanı bağ massivi, 1618 nömrəli bağ sahəsini, cavabdeh Axundov X9 şəhəri, Novxanı bağ massivində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 226,74 kv.m yaşayış, 151,8 köməkçi sahədən ibarət 1694 nömrəli bağ evin boşaldaraq, həmin sahədən çıxarılsın. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada 7527,51 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 Qulam oğlundan və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 145+145=290 (iki yüz doxsan) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 500 manat “xxxxxxxxxxxxx” MMCnin, 500 manat “S-X3 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar