Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3511/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçı Qədı̇ rov Rüstəm İsmayıl oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Qədı̇ rov Rüstəm İsmayıl oğlunun cavabdeh "Ceyranbatan Polı̇ mer Materı̇ allari" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(012)-4010/2021-005 nömrəli qətnaməsindən iddiaçı Qədı̇ rov Rüstəm İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) İddiaçı cavabdeh “X1” ASC-yə qarşı ona dəymiş maddi ziyanın əvəzi olaraq 3500 manat pul vəsaitinin cavabdeh “X1” ASC-dən tutularaq ona ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Qədı̇ rov Rüstəm İsmayıl oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın əvəzi olaraq 3500 manat pul vəsaitinin cavabdeh “X1” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-2009-cu illər ərzində “X6 Boru Zavodu”nda baş mühasib vəzifəsində çalışmışdır. Sonradan zavodun adı dəyişdirilərək “X5 Törəmə Müəssisəsi” olmuş, özəlləşəndən sonra isə müəssisə “X2 ASC” adlanır. 8 yanvar 2009-cu il tarixində zavodun fəaliyyətinin dayandırılması səbəbindən işdən azad olunmuşdur. “X5 Törəmə Müəssisəsi”nin müdirinin 09.01.2009-cu il tarixli 08 saylı Əmrinin 1-ci bəndində qeyd olunur ki, “müəssisənin 2009-cu ilin ştat vahidləri cədvəlində baş mühasib vəzifəsi nəzərdə tutulmadığı üçün və işdən azad olunduğuna görə ona birdəfəyə iki aylıq əmək haqqı ödənilsin”. Həmin əmrin 2-ci bəndində qeyd olunur ki, “müəssisənin mühasibi R.Ə.Mirzəliyevaya tapşırılsın ki, İddiaçı son haqq-hesabı aparılan zaman bu əmrin birinci bəndinin icrasını təmin etsin”. 2008-ci ildə həmin zavodda işlədiyi zaman ona ödənilməli olan aylıq əmək haqqını, işdən azad olunarkən son haqq-hesabı - cəmi 3500 manat pul vəsaitini almamışdır. Qeyd edir ki, həmin müəssisə təqribən 2013-2014-cü illərdə özəlləşməyə gedərkən Emission Prospektdə müəssisənin balansının bütün aktiv və passiv hissələrinin, o cümlədən işçilərə olan əmək haqqı borcunun açıqlanması göstərilmişdir. Bununla əlaqədar olaraq «X1» ASC-nin rəhbərliyinə dəfələrlə şifahi və yazılı müraciətlər etməyinə baxmayaraq həmin pul vəsaiti bu günədək ona ödənilməmişdir. Ona şifahi olaraq müəssisə işə düşdükdən sonra pulunun qaytarılacağı bildirilmişdir. Artıq 4 ildir ki, bu cavab ona verilir. “X1” ASC 2019-cu ildən etibarən fəaliyyətini bərpa etmişdir, lakin ona çatası pul vəsaiti hələ də ödənilməmiş olaraq qalmaqdadır. Sonuncu dəfə “X1” ASCnin rəhbərliyinə 03 may 2021-ci il tarixində yazılı şəkildə müraciət etməsinə baxmayaraq qanunla müəyyən olunmuş müddətdə bu təşkilatdan heç bir cavab almamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qədirov X4 Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddiasının əsası kimi istinad olunmuş hallar sübuta yetirilməməsi, həmçinin iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. İşdən görünür ki, iddia tələbi əmək haqqının ödənilməsi barədədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 1988-2009-cu illər ərzində “X6 Boru Zavodu”nda baş mühasib vəzifəsində çalışmış və həmin vəzifədə 2009-cu ilin yanvar ayının 8-nə kimi işləmişdir. İddia tələbinin qanuni əsasını isə Əmək Məcəlləsinin 172-ci maddəsi təşkil edir. Qeyd olunan maddəyə uyğun olaraq aylıq əmək haqqı ayda iki dəfə (avans və qalan hissəsi məbləğində), əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq ödənilir. İşdən göründüyü kimi tərəflər arasındakı əmək münasibətlərinə 2009-cu ilin yanvar ayında xitam verilsə də, iddiaçı mövcud tələblə məhkəməyə 12 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qanunvericilik işçiyə pul və digər əmlak tələbləri, o cümlədən ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində müraciət etmək hüququ nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1., 372.2-ci maddələri). Ümumi iddia müddəti on il təşkil edir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər (Mülki Məcəllənin 373.1., 373.4. maddələri). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3511/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3511/2021
01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver