Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3512/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)- 3610/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə baxılması barədə ərizəsi təmin olunmamış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən 3M-01/17 reyestrli, 10.01.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyi üçün 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)- 3610/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə baxılması barədə ərizəsi təmin olunmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəbdən baş verməsi barədə hər hansı bir sübut təqdim etmədiyindən Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)- 3610/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsinə və mülki işə baxılmasına heç bir hüquqi əsas olmaması nəticəsinə gəlmişdir. Xəstəliyi ilə əlaqədar onun məhkəməyə gəlməyi mümkün olmamışdır. Eyni zamanda Abşeron Rayon Məhkəməsinə bütünlüklə etiraz verdiyindən həmin məsələyə baxılana kimi işin dayandırılmasını xahiş etmişdir. Hazırki mülki iş üzrə bütün halların hərtərəfli aydınlaşdırılması, sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilməsi üçün qiyabi qətnamə ləğv edilməli və mülki iş üzrə icraat təzələnərək işə mahiyyəti üzrə baxılmalıdır. Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə ərizənin təmin edilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 9144 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən 3M-01/17 reyestrli, 10.01.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyi üçün, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 27.07.2021-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qiyabi qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsini təmin etməyərkən Azərbaycan Respublikası MPM-nin 245 və 250-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 245.1.3-cü maddəsinə görə qiyabi qətnamənin ləğvi haqqında ərizədə cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericliyə əsasən qiyabi məhkəmə qətnaməsi o hallarda ləğv edilməlidir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsin və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmaması müəyyən edilsin. Azərbaycan Respublikasının MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 35.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İşdə olan elektron bildirişdən görünür ki, cavabdeh 01.07.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh şikayətində xəstəliyi ilə əlaqədar məhkəməyə gəlməyinin mümkün olmamasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən xəstəliyi ilə əlaqədar hər hansı sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəbdən baş verməsi barədə hər hansı bir sübut təqdim etmədiyindən Abşeron Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə baxılması üçün qanunda nəzərdə tutulan heç bir hüquqi əsas olmamışdır. Azərbaycan Respublikası MPM-nin 249-cu maddəsinə görə hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Həmin Məcəllənin 253.2.2-ci maddəsinə əsasən cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə apellyasiya qaydasında şikayət verilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, qiyabi qətnamənin ləğvi barədə cavabdehin ərizəsinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin şikayətində göstərdiyi dəlillər iş üzrə qərardadın apellyasiya qaydasında ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(012)-3610/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3512/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3512/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver