Məhkəmə qərarları › İş №2(105)-3529/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3529/2021

28.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3529/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(012)-2773/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(012)-2773/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(012)-2773/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: Zamanov X8 Roza Teymur qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ona məxsus 0,04 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Digah qəsəbəsində İlham adlı şəxsdən 0,04 torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi uzun müddət onun istifadəsində qaldıqdan sonra, 2018-ci ildə torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Ev inşa olunub damı vurulduqdan sonra, Cavabdeh adlı şəxs ustalara yaxınlaşaraq torpaq sahəsinin ona məxsus olmasını bildirmiş və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına süni maneələr yaratmağa başlamışdır. Hazırda həyətyanı torpaq sahəsinin qapı-darvazasının və evin açarları onda olsa da, evə daxil olmaq imkanı cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. O, evin tikilməsi üçün külli miqdarda vəsait sərf etsə də, hazırda həmin evə daxil olaraq istədiyi kimi sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Buna görə də, onun hüquqları bərpa olunmalı və cavabdeh tərəfindən torpaq sahəsinə daxil olub tikinti işlərinin başa çatdırılmasına maneələr törədilməsi ilə bağlı qanunsuz müdaxilə aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini bununla əsasıandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən şahid ifadələrinə istinad etsə də, onun tərəfindən ifadə vermiş şahid ifadələrini nəzərə almamış, həmin ifadələrin birbaşa həmin ərazidə yaşayan şəxslər tərəfindən verildiyini, cavabdehin şahidlərinin isə ümumiyyətlə həmin ərazi ilə bağlılıqlarını sübut edən hər hansı halın olmamasını nəzərə almamışdır. Məhkəmə qətnaməsində yazılan kimi qəbul edilsə ki, mübahisəli tikili iddiaçı tərəfindən tikilməmişdir. Belə olan halda sual yaranır ki, tikili kim tərəfindən inşa edilmişdir? Ziddiyyətli şahid ifadələrində isə tikilinin gah cavabdeh tərəfindən tikilməsi, gah da X16 tərəfindən onun vəsaiti hesabına tikilməsi göstərilmiş, X6 adına olan eskiz layihəsinə istinad edilmişdir. Əgər layihə X20ma məxsusdursa, onda niyə onun həmin tikili ilə bağlı hər hansı tələbi olmamışdır və niyə maneələri Cavabdeh yaradır? Əgər tikili Cavabdeh tərəfindən inşa edilmişsə, onun adına iş materiallarında ümumiyyətlə hər hansı eskiz belə mövcud deyildir. Cavabdeh tərəfindən təqdim edilmiş etibarnamələrdə isə ümumiyyətlə cavabdehin adı göstərilməmiş, hansı torpaq sahəsindən, hansı tikilidən söhbət getməsi müəyyən edilməmişdir. Belə olan halda, məhkəmənin hansı əsasla tikilinin cavabdehə məxsus olması qənaətinə gəlmişdir? Bundan əlavə, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş eskiz layihəyə lazimi qiymət verilməmişdir. Məhkəmə yerli baxış keçirərkən ona eskiz-layihənin ölçülərinin mübahisələndirilən tikili ilə tam uyğun təşkil etməsi faktını, habelə fərdi evin açarlarının onda olması faktının, iş materiallarına əlavə edilmiş sənədlərin tikili ilə hər hansı bağlılığının olmaması hallarını nəzərə almamış, iddianı rədd etməklə yanaşı əsassız olaraq tikinin cavabdeh tərəfindən tikilməsi qənaətinə gəlmişdir. İş materiallarına əlavə edilmiş etibarnamələrdən görünür ki, 12 may 2014-cü il tarixdə hazırkı işə və tikiliyə hər hansı aidiyyəti olmayan və iş üzrə tərəf olmayan X17 adlı şəxs yenə iş üzrə tərəf olmayan X4 etibarnamə verərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə dair harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə əsasında hazırkı iş üzrə tərəf olmayan X7 yenə hazırkı iş üzrə tərəf olmayan X9 başqa bir etibarnamə verərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsindən 0,02 ha sahəsinə dair harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlarda imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Bu etibarnamələr hazırkı iş üzrə tərəf olamayan şəxslər arasında münasibətləri tənzimləmişdir, həmin etibarnamədə söhbət tikilidən deyil, harda olması konkret olaraq məlum olmayan torpaq sahəsindən gedir. Həmin torpaq sahəsinin hazırda mübahisələndirilən tikilinin altında olan torpaq sahəsi olması müəyyən olunmursa, məhkəmə düzgün olmayaraq iş üzrə tərəf olmayan şəxslərin adına verilmiş qeyrimüəyyən etibarnamələrə istinad etmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi Cavabdeh həmin ərazidə yerləşən evinin yanında yerləşən boş torpaq sahəsi olmuş, faktiki sahibliyi Cavabdeh etmişdir. Cavabdeh isə öz növbəsində həmin torpaq sahəsində tikili tikmiş, lakin həmin tikili Əkrəm adlı şəxs tərəfindən zəbt edildiyindən cavabdeh tərəfindən bu barədə müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət olunmuşdur. Göründüyü kimi, mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki tikili Cavabdeh tərəfindən tikilməsi cavabdehin şahidlərinin ifadələrindən başqa, işin materialları ilə də təsdiq olunur. Odur ki, hazırkı mübahisə tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına cavabdeh tərəfindən iddiaçıya yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə iddiaçının dəlilləri əsassız hesab edilməli və iddia təmin edilməməlidir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edərkən formal mülahizələrə əsaslanmışdır. Belə ki, mübahisəli torpaq sahəsi Cavabdeh həmin ərazidə yerləşən evinin yanında yerləşən boş torpaq sahəsində inşa olunması tikilinin Cavabdeh tərəfindən inşa olunması anlamına gələ bilməz. İş materiallarına onun tərəfindən əlavə edilmiş fotoşəkillərə, habelə eskiz layihəyə və şahid ifadələrinə lazimi qiymət verilməmişdir. Hazırda, tikilinin ölçülərinin müəyyən edilməsi və ona məxsus eskiz layihə ilə üst-üstə düşməsi məsələsini aydınlaşdırmaq məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Belə ki, tikili onun tərəfindən inşa edildiyindən həmin tikiliyə inventar olaraq mülkiyyət hüququ da ona məxsusdur. Cavabdeh isə, onun mülkiyyətində olan tikilidən istifadə etməsinə, təmir-bərpa işlərini aparmasına süni maneələr yaratmaqdadır. Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan halların sübut edilməmişdir və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı bildirdi ki, cavabdehin onun sahəsinin qonşuluğunda öz evi var. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh şikayətlə razılaçmadı və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi və ev onun evinin arxa hissəsindəki boş torpaq sahəsində inşa edilmiş evdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan eskiz-layihəsindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmişdir. Mülki işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən X10 ünvanlanmış 15.04.2008-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Digah kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaqları olan kənd sakinlərinin 22 iyun 1915-ci illərə dair siyahılarından məlum olmuşdur ki, Həbib Məcid oğlunun Digah kəndində 250 sajına bərabər olan həyətyanı torpaq sahəsi olmuşdur. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 may 2014-cü il tarixli, 675 saylı arayışın surətindən görünür ki, X18 Abşeron rayonu, Digah qəsəbəsi, Əliağa Vahid küçəsi tikdirdiyi bir mərtəbəli fərdi yaşayış evi şəxsən özünə məxsusdur. Yenə iş materiallarında olan 7E-0 reyestr nömrəli, 12 may 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X17 adından onun verdiyi etibarnamə əsasında (Etibarnamə barədə məlumat № 4060, 08/05/2014, Abşeron rayonu 2 saylı notariat kontoru) hərəkət edən nümayəndəsi X2 İlhamə Teymur qızına həmin etibarnamə ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 49 il 11 ay 26 gün müddətinə verilib və 08 may 2064-cü ilədək qüvvədədir. Yenə də iş materiallarında olan 7E-17999 reyestr nömrəli, 25 noyabr 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X17 adından onun verdiyi etibarnamə əsasında (Etibarnamə barədə məlumat 7E № 4100, 12/05/2014, Abşeron rayonu 2 saylı notariat kontoru) hərəkət edən nümayəndəsi X1 Elnurə Yaşar qızına həmin etibarnamə ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsindən 0,02 ha sahəsinə dair harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlarda imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 48 il 5 ay 13 gün müddətinə verilib və 08 may 2064-cü ilədək qüvvədədir. İşdə olan qiymətləndirmə rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən X9 məxsus 1 mərtəbəli fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmış və fərdi yaşayış evinin 01 sentyabr 2020-ci il tarixinə olan bazar dəyərinin 35.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, mübahisəli torpaq sahəsinin və tikilinin qonşuluğunda yaşayır. Qeyd edilən torpaq sahəsində tikinti işlərinin aparılmasından onun xəbəri olmuşdur. Belə ki, torpaq sahəsində tikilini hazırki iş üzrə İddiaçı tikmişdir. O, da həmin tikilinin tikilməsində Azəriyə kömək etmişdir. Tikili 2018-ci il tarixdə tikilmişdir. Həmin tarixə qədər mübahisəli torpaq sahəsi və aparılan tikinti işləri ilə bağlı mübahisə olmamışdır. Arada hazırki mülki iş üzrə Cavabdeh mübahisəli ünvana gəldiyini və gələndə torpaq sahəsinin ona məxsus olduğunu dediyini görmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, mübahisəli torpaq sahəsində tikinti işlərində usta işləmişdir tikilidə ancaq suvaq işlərini görmüşdür. Həmin torpaq sahəsində o, yalnız Cavabdeh İddiaçıla danışıb getdiyini görmüşdür. Torpaq sahəsində şəkilin çəkilməsindən xəbəri yoxdur. O, çəkilən şəkillərdə düşməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, iş üzrə İddiaçı və Cavabdeh tanıyır. Bir dəfə Cavabdeh ona evin qapısını qırıb içəri girdiklərini demişdir. Daha sonra, tərəflər mübahisə ilə bağlı razılığa gələ bilməmişlər. Mübahisə vaxtı Əkrəm və Azəri orda olmuşdur. Mübahisəli ünvanda tikilinin nə vaxt tikildiyini dəqiq deyə bilməz. O, tikinti aparılan vaxt sadəcə ora yemək və çay aparmışdır. 1 həyətin içində 2 tikili olmuşdur. İddiaçının iddia etdiyi tikili cavabdehin evinin qabağında yerləşən yeni tikilidir. İddiaçı cavabdehi hazırkı mülki iş üzrə məhkəməyə verməmişdən əvvəl Əkrəm adlı şəxslə birlikdə gələrək mübahisəli torpaq sahəsi və tikili ilə bağlı cavabdehə 7.000 manat pul təklif etmişlər. Evi almaq üçün 17.000 manata razılaşmışlar. Daha sonra, makler evə gəlib baxmışdır. Azəri və Əkrəm sözügedən mübahisəli torpaq sahəsini və tikilini ələ keçirmək üçün mübahisəli evin və cavabdehin evinin qapısını 6 dəfə qırıb evə girmişlər. Ümumilikdə onun cavabdehə məxsus 0,08 ha torpaq sahəsinin olması, həmin torpaq sahəsinin 0,03 ha hissəsinin cavabdeh tərəfindən satılması, 0,03 ha hissəsində cavabdeh tərəfindən ev tikilməsi, qalan 0,02 ha torpaq sahəsində isə cavabdeh tərəfindən hazırki mübahisəli tikilinin tikilməsindən məlumatı vardır. Mübahisəli torpaq sahəsi ilk əvvəl İqbal adlı şəxsə məxsus olmuşdur. Daha sonra isə cavabdehə satılmışdır. Cavabdeh isə mübahisəli torpaq sahəsi və evi Elnurə adlı şəxsə satmışdır. Onu da dəqiq bilir ki, mübahisəli torpaq sahəsində ev Elnurənin pulu ilə tikilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh çoxdan tanıyır. İddiaçı və onun adamları onun şəxsi evinə də girmişlər. İddiaçı tərəf boş evlərin zəbt edilməsi ilə məşğuldur. Rozanın həmin ərazidə evinin yanında ümumilikdə 0,08 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 0,02 ha hissəsində onun evi mövcuddur. Həmin evi cavabdeh ilə birlikdə tikmişlər. Daha doğrusu cavabdeh ilə birlikdə pul qoyub ev tikmişlər. Digər evləri isə cavabdeh öz vəsaiti hesabına tikmişdir. Hazırki mülki iş üzrə İddiaçı mübahisəli torpaq sahəsində ev tikməmişdir. İddiaçı özü onun yanında sözügedən mübahisəli torpaq sahəsi və evin Əkrəm adlı şəxs tərəfindən ona satıldığını etiraf etmişdir. Həqiqətdə isə mübahisəli torpaq sahəsi və üzərində yerləşən ev Rozaya məxsusdur. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, hazırda mülki iş üzrə iddiaçı X5 iddia etdiyi torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş evi o, Cavabdeh pul verib etibarnamə əsasında almışdır. Cavabdeh isə həmin torpaq sahəsini İlham adlı şəxsdən almışdır. İqbal adlı şəxs isə həmin torpaq sahəsinə dair İlhamə və Elnurə adlı şəxsə etibarnamə vermişdir. İddia edilən torpaq sahəsindəki ev onun vəsaiti hesabına tikilmişdir. Daha doğrusu pulu o, vermiş, evi Cavabdeh onun pulu ilə tikmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı təhqiq edilmiş fotoşəkillərdən və vidioçəkilişdən mübahisəli fərdi yaşayış evinin İddiaçı tərəfindən inşa edildiyi məlum olur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tərəflərin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(012)-2773/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən Abşeron rayonun Digah qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsində özbaşına fərdi yaşayış evi inşa edilmişdir. Hazırda o, həmin evdə tamamlama işlərini görmək istəyir, lakin Cavabdeh həmin evin və altında yerləşən torpaq sahəsinin ona mənsub olmasını iddia edərək iddiaçının mübahisəli evdə iş görməsinə maneçilik törədir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, mübahisəli fərdi yaşayış evinin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Tərəflərin heç birinin həmin evə və altnda yerləşən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Hər iki tərəf torpaq sahəsini kimdənsə aldığını bildirsə də, bununla bağlı da heç bir legitim sənədi məhkəməyə təqdim edə bilməmişlər. Tərəflərin təqdim etdikləri, yuxarıda sadalanan etibarnamələr mübahisəli torpaq sahəsinə dair heç bir sübut əhəmiyyəti kəsb etmir. Eləcə də, birinci instansiya məhkəməsində verilmiş şahid ifadələrini də məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etmir. Belə ki, iş üzrə tərəflərin dəvət etdikləri şahidlər onları dəvət edən tərəfin maraqlarına uyğun ifadə vermişlər. İş üzrə yeganə qəbul edilməsi mümkün olan sübut iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillər və vidioçəkilişdir. Həmin sübutlara, eləcə də, iddiaçının məhkəməyə təqdim etdiyi fərdi yaşayış evinin eskiz layihəsinin də mübahisəli evə uyğun gəlməsinə əsasən mübahisəli evin İddiaçı tərəfindən inşa edilməsi qənaətinə gəlmək olar. İddiaçıdan fərqli olaraq cavabdeh məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Yenə həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Yenə də həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası, hər bir halda hesab edir ki, özbaşına tikili olsa belə mübahisəli ev iddiaçı tərəfindən inşa edilmişdir, tikintidə istifadə olunmuş bütün inşaat materialları ona məxsusdur. Hüququ tanınmadığı halda tikintidə istifadə etdiyi qurğu və inşaat materillarını söküb aparmaq onun hüququdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin obyektiv və ədalətli həlli üçün oxşar münasibətləri tənzimləyən Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. AR Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Eyni Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Məcəllənin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yenə həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Yenə həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Daha öncə qeyd olunduğu kimi mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki sahibliyi iddiaçı edir. Cavabdeh isə heç bir səlahiyyəti olmadığı halda onu bu sahiblikdən özbaşına məhrum etməyə cəhd edir. Özü də bu hal özbaşınalıqla müşaiyət olunur. Mübahisəli evin, altında yerləşən torpaq sahəsinin ona məxsus olmasını iddia etdiyi halda cavabdehin istər ev inşa edilərkən, istərsə də hazırki halda məhkəməyə müraciət etməməsi də onu deməyə əsas verir ki, o, haqsız olduğunu başa düşür. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (videoçəkiliş və fotoşəkillər) mübahisəli evin məhz iddiaçı tərəfindən inşa edildiyi məlum olur. Bu faktı, evə dair onun adına tərtib edilmiş eskiz-layihə də təsdiq edir. Cavabdehin isə bu tikili ilə bağlı hər hansı əlaqəsini təsdiq edən mötəbər sübut iş materiallarında yoxdur. Bu baxımdan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, mübahisəli ev məhz iddiaçı tərəfindən inşa edilmişdir. Bununla belə, iş materiallarından görünür ki, Cavabdeh bu torpaq sahəsinin ona məxsus olduğunu, buranı Elnurə adlı şəxsə satdığını bildirmişdir. İşin bu halları ona deməyə əsas verir ki, məhz cavabdeh bu dəlillərlə iddiaçının mübahisəli tikili üzərində sahiblik və istifadə hüquqlarını azad surətdə həyata keçirməyə imkan vermir, orada süni əngəllər yaradır. Bu isə, məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunan normaların tələbinə ziddir və qanunla qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə cavabdehin bu cür hərəkətlər etməsinə heç bir hüququ yoxdur, bu cür hüquqa yalnız mübahisəli torpaq sahəsinin mülkiyyətçisi malikdir. Cavabdehin müəyyən etibarnamələri əlində əsas tutması isə yolverilməzdir, çünki bu etibarnamələrin mübahisəli ərazi ilə bağlı heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehdən iddiaçının xeyrinə tutumalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(012)-2773/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. Abşeron rayonu, Digah qəsəbəsində yerləşən İddiaçı faktiki sahibliyindəki 0,04 ha torpaq sahəsindən və onun tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikilidən(fərdi yaşayış evindən) istifadə olunmasına, təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələr yaradılması qadağan edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumları Cavabdeh tutularaq İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar