Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3551/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2980/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2980/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 04.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 2174,84 ABŞ dolları məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-ə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2980/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə müraciət edərək, 2174,84 ABŞ dolları əsas, 516,1 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2690,94 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7247/2016 saylı, 27 aprel 2016-cı il tarixli əmri ilə Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2174,84 ABŞ dolları əsas borc, 516,1 ABŞ dolları faiz borcu, cəmi 2690,94 ABŞ dolları və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. 22.02.2021-ci il tarixində Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim edərək 2(060)-7247/2016 saylı, 27 aprel 2016-cı il tarixli əmrin ləğv edilərək iddia icraatına keçilməsi xahiş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7247/2016 saylı, 23.02.2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7247/2016 saylı, 27 aprel 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmişdir. A P E L LY A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni deyildir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizası keçirilmədən iddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsaslanmaqla qətnamə qəbul etməkdə haqlı olmamışdır. Hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2980/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, cavabdeh faktiki bankdan pul götürülüb. Buna dair müqavilə də var. Amma borclu öhdəliyini lazımi qaydada icra etmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2980/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında göstərdi ki, apellyasiya şikayəti verməsə də digər cavabdeh tərəfindən verilmiş şikayəti müdafiə edir. Bankdan pulu özü götürüb. Götürülmüş məbləğdən 7 ay qaydasında ödəniş etmiş, devalivasiyalardan sonra ödəyicilik qabiliyyətini itirmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2980/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2980/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə 2174,84 ABŞ dolları məbləğində əsas borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması hissəsində dəyişdirilməli, tutulan borcun məbləği 1261,35 USD müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 04.04.2015-ci il tarixli, DP/52403/50/11 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə illik 30%-lə, 24 ay müddətinə, 2502 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 04.04.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. İş materiallarında olan 17.04.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 2174,84 ABŞ dolları əsas borcu vardır. İş materiallarında olan 04.04.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, 2502 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir. İş materiallarında olan Problemli kreditlərin kompensasiyası barədə 28.04.2021-ci il tarixli sənəddən görünür ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Cavabdeh1 İddiaçı ASC-ə olan borcundan 1951,64 manat kompensasiya edilmiş, qalan 1745,59 manat isə restrukturizasiya edilməsi üçün təklif olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04.04.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən borcluya illik 30%-lə, 24 ay müddətinə, 2502 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehin 2174,84 ABŞ dolları əsas borcu yaranmışdır. Məhkəmə qeyd edilən sənədlərə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 386.1, 385.1, 739.1, 739.2, 442, 448.1, 470.1, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək cavabdehlərdən borcun tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi maliyyə arayışına istinad edərək cavabdehlərdən 2174,84 ABŞ dolları məbləğində əsas borcun tutulması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, iş materiallarında olan Problemli kreditlərin kompensasiyası barədə 28.04.2021-ci il tarixli sənəddən görünür ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Cavabdeh1 İddiaçı ASC-ə olan borcundan 1951,64 manat kompensasiya edilmiş, qalan 1745,59 manat isə restrukturizasiya edilməsi üçün təklif olunmuşdur. Göründüyü kimi kredit müqaviləsi üzrə kompensasiya müəyyən edilmiş, cavabdehin borcundan 1951,64 manat kompensasiya edilmiş, qalan 1745,59 manat isə resktrukturizasiya edilməsi üçün təklif edilmişdir. Lakin məhkəmə tərəflər arasıdna restrukturizasiya müqaviləsinin bağlanıb-bağlanmamasını, borcdan kompensasiyanın silinib-silinməməsini araşdırmamışdır. Təqdim edilmiş 21.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı bank cavabdehlərdən tutulacaq məbləğin 1261,35 USD olmasını qeyd etmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, qətnamə kredit müqaviləsi üzrə tutulan borc məbləği hissəsində dəyişdirilməli, müqavilə üzrə tutulmalı borcun məbləği 1261,35 USD müəyyən edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, müqavilə üzrə borcun borcalanla yanaşı zamin Cavabdeh2 tutulması barədə məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1 birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 da müştərək qaydada tutulmalıdır. Eyni zamanda məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad edərək ödənilmiş dövlət rüsumunun da cavabdehlərdən tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə tutulacaq borc məbləğinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə müəyyən edilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, qətnamənin ləğv edilməsinə dair cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Qeyd edilən iş materiallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulan əsas borca dair hissədə dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2980/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə 2174,84 ABŞ dolları məbləğində əsas borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulan borcun məbləği 1261,35 USD müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392- 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2980/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2174,84 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlərdən əsas borca görə tutulan borcun məbləği 1261,35 USD müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3551/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3551/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver