Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-357/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X11 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(060)-5617/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdeh X1 hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alıment tutulub, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X8 ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladı vardır: xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 onun yanında qalmasının müəyyən olunması və birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi iki uşağa görə 280 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o 280 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə rnüraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi iki uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ona verilməlidir. Həmçinin qeyd edir ki, o, alimentin artırılması ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmişdir və cavabdehə bu barədə təklif məktubu göndərilmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən o, ilkin mediasiya sessiyasından sonra prosesin davarn etdirilə bilməməsi barədə arayışı alıb məhkəməyə müraciət edir. Bildirir ki, o, mediasiya zamanı 50 manat rüsum ödəmişdir. Hesab edir ki, həmin rüsum da cavabdehə aid olunmalıdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinə etirazın verilməsi zəruridir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin (2(060)-681/2020, 19 mart 2020-ci il tarixli qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş iki uşaq ondan alınaraq İddiaçı verilmiş, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat alimentin ondan tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iş üzrə İddiaçı baxmayaraq ki, onun heç bir yerdə rəsmi işi yoxdur, Sumqayıt Şəhər Məşğulluq İdarəsində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır, səhhəti ilə bağlı xx.xx.2022-ci il tarixdə əməliyyat olunmuşdur, ağır işlərdə işləməyi qadağandır, hazırki əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Məşğulluq haqqında ********** nömrəli, xx.xx.2022-ci il tarixli elektron arayışından görünür ki, Sumqayıt Şəhər Məşğulluq Mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır. Həmçinin işsizlik müavinəti almır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron - Xızı Regional Məşğulluq filialının 05 sentyabr 2022-ci il tarixli, **********8 N-li Arayışından görünür ki, onunla bağlı qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qərb Klinikasının stasionar xəstənin ******* Ne-li tibbi kartasından Çıxarışdan görünür ki, Ö.D.X.Xroniki daşlı xolesistit diaqnozla xəstə olduğundan xx.xx.2022-ci il tarixdə əməliyyat olunmuşdur. Həkimlərin bildirdiyinə görə əməliyyatın nəticəsi olaraq ağır işlərdə işləyə bilməz. Lakin o, ikinci dəfə ailə qurduğundan həm ailəni, həm də birinci nikahdan olan uşaqlarının ehtiyaclarını təmin etmək üçün qeyri-rəsmi günəmuzd işlərdə çalışır. 5 gün işi olanda 10 gün işsiz qalır. Hazırda ödədiyi 280 manatı iddiaçıya çox çətinliklə, hətta İİ qrup əlil xəstə ananın aldığı pensiyadan ona etdiyi maddi köməkliklə ödəyir. Qeyd edir ki, o, tək oğuldur, atası vəfat etmişdir, anası İİ qrup əlildir, 64 yaşı vardır və onun himayəsindədir. İkinci dəfə ailə qurmuşdur, himayəsində həyat yoldaşı vardır. Bundan başqa anasının özünün aldığı pensiya məbləğinə böyük ehtiyacı vardır. Xəstədir, ll qrup əlildir, bir böyrəyi yoxdur, digər böyrəyində şiş vardır. Şəkər xəstəsidir. Mütəmadi olaraq müayinə və müalicə olunur. Aldığı pensiya müalicə və müayinə xərclərini və dərman preparatlarının alınması xərclərini təmin etmir. Bundan başqa İddiaçı 280 manat aliment ödədiyindən ailə və maddi vəziyyəti günügündən pisləşmiş, yaşayışı və ehtiyaclarının dözülməz hal almışdır. Ona görə də borc edərək ailənin ehtiyaclarını təmin etmək məcburiyyətində qalmışdır. Və bununla bağlı hər ay hissə-hissə olmaqla borcundan ödəniş edir. İddiaçının isə ondan fərqli olaraq maddi durumu nikahları pozulduqdan sonra daha da yaxşılaşmışdır. İşə düzələrək 350-400 manat civarında əmək haqqı alır, 290 manat ünvanlı sosial yardım alır. Bundan başqa o, hər ay uşaqlarının saxlanılması üçün ona hər ay 280 manat aliment ödəyir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı iddia tələbinə aşağıda göstərilənlərə əsasən etiraz edirəm. Belə ki, Azərbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün müəyyən edildiyi kimi, ölkə əhalisi üçün adambaşına minimal yaşayış minimumu müəyyən edilmişdir ki, o, məhkəmə qətnaməsinə əsasən təyin edilmiş 280 manat məbləğində alimenti ödədikdən sonra tam müflis vəziyyətdə qalır, aylıq qeyri-rəsmi günəmuzd işlərdən əldə etdiyi qazancı onun aylıq ehtiyaclarını təmin edilməsinə çatmır. Borc etməklə, anasının aldığı pensiya məbləği ilə çox çətinliklə dolanır. Bundan başqa zəruri kommunal borclar demək olar ki, hər dəfə artaraq yaşayışını daha da dözülməz edir. Bu da ailə və maddi vəziyyətini daha da ağırlaşdırır. Maddi vəziyyəti ağır olduğundan bir ata kimi uşaqları ilə ünsiyyətdə olarkən onlara istədiklərini alıb verə bilmir, mədəni istirahətlərini təmin edə bilmir və buna görə mənəvi əzab çəkir. Halbuki bir ata kimi bunları etməyə borcludur. Lakin o alimenti iddiaçıya ödədikdən sonra ailənin ehtiyaclarını təmin etmək onun maddi imkanı xaricində olur. Bundan başqa uşaqları xəstələnəndə bir dəfə iddiaçı həmin xərcləri qarşılayanda, bir dəfə də bir ata kimi maddi imkanı daxilində o, həmin xərclərdə iştirak edir. Lakin iddiaçı hazırki iddia tələbi ilə onun maddi vəziyyətini daha da ağırlaşdırmağa, barəsində daha ağır tədbirlər görülməsinə zəmin yaradır. Bundan başqa iddiaçı onun uşaqlarını, uşaqlarının onu çox sevdiyini bildiyi üçün bu iddianı qaldırmaqla onu bir ata kimi uşaqlarının gözündən salmağa və onu daha da ağır maddi çətinliyə salmağa çalışır. Hətta buna nail də olmuşdur. Çünki borc içindədir, uşaqlarının mənəvi istirahətini təmin edə bilmir. İxtisası üzrə iş axtarışında olmaqla, Məşğulluq idarəsində də qeydiyyatda olsa da, bu günədək işlə təmin edilməmişdir. Ona görə də hesab edir ki, göstərdikləri məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qanun normalarından göründüyü kimi bir ata kimi o uşaqlarını saxlamağa borclu olduğu kimi, iddiaçı da uşaqlarının zəruri ehtiyaclarını təmin etməyə borcludur və onun buna zəruri imkanları vardır. Onun maddi vəziyyətində heç bir dəyişiklik olmamış, əksinə daha da ağırlaşmış, məsuliyyəti artmışdır. Çünki ailə qurmuşdur, səhhəti ilə bağlı müalicə, müayinə və əməliyyat olunmuşdur, əməliyyat olunduğundan ağır işlərdə işləmək iqtidarında deyil, maddi vəziyyəti bu səbəbdən ağır olduğundan borclar etmişdir. Borclarını anasının aldığı pensiyanın köməkliyi ilə çox çətinliklə ödəyir. Bundan başqa Covid-19 koronavirus pandemiyası dövründə iki il ümumiyyətlə işləməmiş və bu hal maddi vəziyyətinə çox pis təsir etmişdir. Bunu iddiaçı özü də təsdiq edə bilər. Yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə dair» iddia tələbi əsassız olduğundan rədd ediliməlidir. Çünki iddia təmin olunarsa, bu onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(060)-5617/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh X1 hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi iki uşağa görə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 50 (əlli) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşağın 9 yaşı olmuşdur. Hazırda isə onun 11 yaşı var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin qismən artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin maddi vəziyyətini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin yenidən rəsmi nikaha daxil olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5617/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının nəzərinə çatdır ki, cəmi 340 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumum 2022-ci ildə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunub. İddia tələbində hər uşağa görə 193 manat aliment tələb edib. Hesab edir ki, məhkəmə 2022-ci il üçün yaşayış minimumum haqqında qanunun tələbinə əsasən hər uşağa görə 193 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə iddia tələbiNi qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, qanununvericiliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin məhkəmə “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinin də tələbini pozmuşdur. Belə ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Lakin məhkəmə qəbul etdiyi qətnamədə uşaqların mənafelərini üstün tutmamışdır. Məhkəmə qanunun tələbini pozmuşdur. Axı analoji işlərdə məhkəmələr bir uşaq üçün 193 manat aliment müəyyən edir. Lakin məhkəmə bütün bu halları nəzərə almayaraq 2022-ci il üçün yaşayış minimumu haqqında Qanunun və Uşaq Hüquqları haqqında Qanunun 13-cü maddəsini tətbiq etməməklə maddi normaları pozmuşdur. Ona görə də hesab edirəm ki, qətnamə dəyişdirilməli və iddia ərizəsinin tam təmin olunması barədə qətnamə çıxarılmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi verərək göstərmişdir ki, nikah pozulduqdan sonra iddiaçının maddi vəziyyəti yaxşılaşmışdır. Hazırda 350-400 manat civarında əmək haqqı alır, 290 manat sosial müavinət alır. Hər ay uşaqlarının saxlanması üçün iddiaçıya 280 manat aliment ödəyir. Səhhəti ilə bağlı işləyə bilmir, başqa gəlir yeri yoxdur, iş qabiliyyətini itirsə də anasının aldığı pesiyadan ona etdiyi köməkliklə alimenti ödəyir. İddiaçı hazırki apellyasiya şikayəti ilə onun maddi vəziyyətinin ağırlaşdırılmasına şərait yaradır. Alimentin məbləği dəyişdiriləndən sonra hələ də yeni məbləğlə ödəniş edə bilməyib. Hər ay 280 manat məbləğində aliment ödəyir. Apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(060)-5617/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İş üzrə iddiaçının vəkili X9 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasənişə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız alimentin məbləği hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ İ-393408 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş və bu bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 159 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı iki övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)681/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı nikahın pozulması barədə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah evində xx.xx.2009-cu il tarixdə bağlanmış, 294 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 iddiaçı Cavabdeh alınaraq cavabdeh X5 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün sabit pul məbləğində 140 manat miqdarında olmaqla, ümumilikdə 280 manat alimentin Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron - Xızı Regional Məşğulluq Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Stasionar xəstənin ******* nörməli tibb kartasından çıxarışdan görünür ki, Cavabdeh Ö.D.X.Xroniki daşlı xolesistit diaqnozu qoyulmuşdur. AR ƏƏSMN 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 920781 nömrəli arayışından görünür ki, X12 ümumi xəstəliklə müddətsiz 2-ci qrup əlildir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşaqlarının 9 yaşı olmuşdur, hazırda isə onların 11 yaşı var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin qismən artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin maddi vəziyyətini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin yenidən rəsmi nikaha daxil olmasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 2 uşağın saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 140 manat məbləğindəki aliment xx.xx.2020-ci ildə, yəni uşaqların müvafiq olaraq 9 yaşı olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna iki dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini nəzərə alınmaqla alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 170 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə, cavabdehin hər uşaq üçün 193 manat aliment ödəmək qabiliyyətinin olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan yaşayış minimumu ilə müəyyən edilmiş 193 manat məbləğinin 170 manat hissəsi ata tərəfindən ödənildiyindən qalan hissə də ana tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(060)-5617/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(060)-5617/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.