Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3591/2020 29.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X3 ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4220/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay Cavabdeh 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4220/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin məbləğinin artırılması barədə iddia ərizəsi təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-1838/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx xxxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması və alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4220/2020 saylı qətnaməsinin qismən ləğv edilib, alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası MPM-nin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı şikayətin məzmununda göstərilməlidir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4220/2020 saylı qətnamənin ləğv edilməsinə yönəlmiş apelyasiya şikayətinin giriş hissəsində Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli və nəticə hissəsində isə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi Cavabdeh vermiş olduğu apelyasiya şikayətində barəsində şikayət verilən qətnamənin çıxarılma tarixi səhv göstərilmişdir. Belə olan halda, həmin apelyasiya şikayətin icraata qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən şikayətin Azərbaycan Respublikası MPMnin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamış və həmin tələblərə cavab verməyən şikayət işlə birlikdə apelyasiya instansiya məhkəməsinə göndərilmişdir ki, bununla da prosessual hüquq normasının tələbi pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4220/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardadın təsviri hissəsində şərh olunan hallar aradan qaldırıldıqdan sonra, şikayəti vermiş şəxs yenidən məhkəməyə şikayət ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-3591/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3591/2020
29.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver