Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3598/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı X3 və qeyrisinə qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 saylı qətnaməsindən cavabdeh BaCavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 2721 manat borcun, əldən çıxmış faydaya görə 500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 2721 manat borcun, əldən çıxmış faydaya görə 500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin yol xərci olaraq 300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 saylı qətnaməsilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 2100 manat məbləğində pul və 28 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pulun Cavabdeh1 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir.(hakm A.Sadıqov) Qətnamədən cavabdeh BaCavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(105)-3598/2021 saylı qərardadı ilə işə apelyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. İşə apelyasiya baxışı zamanı iddiaçı da qətnamədən apelyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsindən daxil olan 12.10.2021-ci il tarixli məktubdan görünür ki, mülki iş cavabdehin apelyasiya şikayəti ilə birlikdə 04.10.2021-ci ildə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının apelyasiya şikayəti isə bir gün sonra, yəni 05.10.2021-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(105)-3598/2021 saylı qərardadı ləğv edilməli, Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin AR MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. AR MPM-in 384.0 və 384.0.6-cı maddələrinə əsasən apelyasiya məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361,384.0, 384.0.6, 398.0, 398.0.3, 400 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Sumqayıt Apelyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(105)-3598/2021 saylı qərardadı ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(067)-202/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-3598/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3598/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver