Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-36/2020 01.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən, məruzəçi), X16 və X14 ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər X8, X15, X11, X12, Cavabdeh2 və X13 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)-754/2018 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)-754/2018 saylı qətnaməsi ilə İddiaçı” QSC-nin cavabdehlər X8, X15, X11, X12, Cavabdeh2 və X13 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X8, X15, X11, X12, Cavabdeh2 və X6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit müqaviləsinə əsasən 16662.91 ABŞ dolları məbləğində əsas borc, 3157.18 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19870.09 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması qət edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X3 məxsus Sumqayıt şəhəri, 8 mkr., 29/18 nömrəli evin, 63 nömrəli mənzilə yönəldilməsi,ipoteka predmeti olan mənzilin ilkin satış qiymətin 55.000 manat məbləğində qiymətləndirilməsi,həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı QSC-yə olan 16662.91 ABŞ dolları məbləğində əsas borc, 3157.18 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19870.09 ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və o, satıldıqda ən geci 1 ay ərzində Sumqayıt şəhəri, 8 mkr., 29/18 nömrəli evin, 63 nömrəli mənzilin boşaldılması qət edilmişdir(hakim A.İ.İsmayılov). Qətnamədən cavabdeh X8 apelyasiya şikayəti vermişdir. İşin halları İddiaçı QSC-nin cavabdehlər X8, X15, X11, X12, Cavabdeh2 və X13 qarşı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2 və X7 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 16662.91 ABŞ dolları məbləğində əsas borc, 3157.18 ABŞ dolları məbləğində faiz borcu və 7798.40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27618.49 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, 8 mkr., 29/18 nömrəli evin, 63 nömrəli mənzilə yönəldilməsi, həmin mənzlilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına banka olan 27618.49 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X1, Cavabdeh2 və X7 müştərək qaydada tutulması, tutma Sumqayıt şəhəri, 8 mkr., 29/18 nömrəli evin, 63 nömrəli mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra X2, X9, X4, X5, Cavabdeh2 və X10istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh X8 apelyasiya şikayəti verərək göstərmişdir ki, Sumqayıt şəhər məhkəməsinin çıxardığı qətnaməni maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsinə görə əsassız, ədalətsiz və qanunsuz hesab edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, Sumqayıt şəhər məhkəməsində iddia ərizəsi mahiyyəti üzrə tam araşdırılaraq hüquq qıymət verilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi, ekspertizanın rəyinə müvafiq olaraq yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, borcun tutulması hissəsində dəyişdirilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)- 754/2018 saylı qətnaməsi ilə İddiaçı” QSC-nin cavabdehlər X8, X15, X11, X12, Cavabdeh2 və X13 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit müqaviləsinə əsasən 16662.91 ABŞ dolları məbləğində əsas borc, 3157.18 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19870.09 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması qət edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X3 məxsus Sumqayıt şəhəri, 8 mkr., 29/18 nömrəli evin, 63 nömrəli mənzilə yönəldilməsi,ipoteka predmeti olan mənzilin ilkin satış qiymətin 55.000 manat məbləğində qiymətləndirilməsi,həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı QSC-yə olan 16662.91 ABŞ dolları məbləğində əsas borc, 3157.18 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19870.09 ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və o, satıldıqda ən geci 1 ay ərzində Sumqayıt şəhəri, 8 mkr., 29/18 nömrəli evin, 63 nömrəli mənzilin boşaldılması qət edilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə cavabdeh X8 arasında xx.xx.2010-cu il tarixli, 03L000005821 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti aşılmışdır. Kredit müqaviləsi üzrə İddiaçı QSC ilə cavabdeh X8 arasında xx.xx.2014-cü il tarixli, 03R********** saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 1.8333% olmaqla, 30.000 ABŞ dolları məbləğində kredit xətti aşılmışdır. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı QSC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 03M000000861 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh X3 məxsus Sumqayıt şəhəri, 8 mkr., 29/18 nömrəli evin, 63 nömrəli mənzil İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozmaları barədə xəbərdarlıq olunmuşlar, müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Ç-404 nömrəli, xx.xx.2018-ci il tarixli “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş mənzilin bazar dəyərinin müəyyənləşdirilməsinin hesabatından görünür ki, ipoteka predmeti olan cavabdeh X3 məxsus Sumqayıt şəhəri, 8 mkr., 29/18 nömrəli evin, 63 nömrəli mənzilin ilkin satış qiyməti 55.000 manat məbləğində qiymətləndirilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam həcmdə təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 1063 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, İddiaçı QSC ilə cavabdeh X8 arasında xx.xx.2014cü il tarixli, 03R********** saylı kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla X2 İddiaçı QSC -nə əsas borc üzrə 14.524,21 ABŞ dolları, faiz borcu üzrə 3143,30 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, İddiaçı” QSC ekspert rəyi ilə razılaşmamış, təkrar məhkəmə ekspertizası təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə İddiaçı” QSCın vəsatəti ilə bir neçə dəfə ekspertiza təyin olunmasını nəzərə alaraq Bankın axırıncıvəsatətini təmin etməmiş, lakin ekperti məhkəmə iclasına çağıraraq verilmiş rəyi ekspertin və Bankın nümayəndəsinin iştirakı ilə tədqiq etmişdir. Ekspert Bankın nümayəndəsinin Rəyə dair dəlillərini qəbul etməmiş, verdiyi rəyi müdafiə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı” QSC-ın vəsatətdə göstərdiyi məbləğ nəzərə alındığı təqdirdə əsas borc iddia tələbindən artıq məbləğ təşkil edəcəkdir. Ona görə də hazırki iş üzrə qərar qəbul edilərkən borcun məbləği ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, borcun tutulması hissəsində dəyişdiriməli, cavabdehlərdən İddiaçı” QSC-nin xeyrinə tutulması qət edilən borcun məbləği 14.524,21 ABŞ dolları, faiz borcu üzrə 3143,30 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150(yüz əlli) manat ekspertiza xərci cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)-754/2018 saylı qətnaməsi, qismən, borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər X8, X15, X11, X12, Cavabdeh2 və X6 İddiaçı” QSC-nin xeyrinə tutulması qət edilən borcun məbləği 14.524,21 ABŞ dolları, faiz borcu üzrə 3143,30 ABŞ dolları həddində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150(yüz əlli) manat ekspertiza xərci cavabdehlər X8, X15, X11, X12, Cavabdeh2 və X6 tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-36/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-36/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver