Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-36/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc pulun, 30 manat dövlət rüsumunun əvəzi, cəmi 20030 (iyirmi min otuz) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (C.İ.Səfiyeva) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ona məxsus olan 20000 (iyirmi min) manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh onun uzun müddət tanıdığı və iş əlaqələrinin qurduğu şəxsdir. Ona öz işləri ilə əlaqədar olaraq 2015ci ildə pul lazım olmuş, 2015-ci ildən 2018-ci ilə yəni kredit müqaviləsi bağlananadək iddiaçıdan faizə pul götürmüşdür. Belə ki, 2015-ci ildə iddiaçıdan 2000 ABŞ dolları pul götürərək əvəzində 3500 ABŞ dolları pul qaytarmışdır. Həmin borcu götürərkən qardaşı X3 məxsus “Ford Tranzit” markalı **-BN-*** dövlət nömrə nişanlı mikroavtobusu onun adına keçirmişdir. Daha sonra ondan 1000 ABŞ dolları məbləğində borc pul götürərək əvəzində 2800 manat məbləğində pul qaytarmışdır. Borcun təminatı kimi anası X1 məxsus “Ford Tranzit” markalı **-BV-*** dövlət nömrə nişanlı mikroavtobusu iddiaçının adına keçirmişlər. Devalivasiyadan sonra maddi vəziyyətləri pisləşmişdir. Onlar taksi kimi istifadə etmək üçün “ Opel Zafıra” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobili tapmışlar. İddiaçıya təklif etmişlər ki, həmin avtomobilin pulunu o ödəsin və öz adına rəsmiləşdirsin. Onlar da bunun müqabilində 15.000 manat məbləğində ödəməyi öhdələrinə götürmüşlər. Həmin puldan isə cəmi 7250 manat borc qalmışdır. Bunun müqabilində isə qardaşı X3 məxsus Saray qəsəbəsi, Yeni Məhəllədə yerləşən üzərində ev olan 0.06 ha torpaq sahəsinin sənədlərini girov olaraq qoymuşlar. Daha sonra iddiaçı öz qaynına məxsus olan “Ford Tranzit” markalı mikroavtobusu öz adına keçirərək onlara verməyi təklif etmişdir. Həmin Forda 5000 manat öz qiymətini, 4000 manat da faiz olaraq hesablamışdır, (ayda 500 manat ödəmək şərti ilə). Bütün bunların nəticəsi olaraq onun iddiaçıya ümumilikdə 12500 manat məbləğində borcu qalmışdı. Lakin dolların məzənnəsinin qalxması ilə onun və ailəsinin maddi durumu çox pisləşmişdir və onlar götürülmüş borcu ödəyə bilməmişlər. Bütün bu hadisələrdən sonra “Ford Tranzit” markalı **-BN-*** dövlət nömrə nişanlı mikroavtobus və “ Opel Zafıra” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının adında idi. Cavabdeh ona avtomobilləri geri, onun adına keçirməsini və əvəzində etibarnamə ilə ona məxsus olan Saray qəsəbəsi, 3 saylı məktəbin yanında yerləşən torpaq sahəsindən 0.06 ha onun adına keçirməyi təklif etmişdir. Çünki artıq faiz borcunu ödəməyə maddi vəziyyəti imkan vermirdi. Onun təklifinə iddiaçı razılıq verdi, bir şərtlə ki, o heç bir işə qarışmayacaq, torpaq sahələrini isə ayrı-ayrılıqda 0.03 ha olmaqla onun adına keçirəcəkdir. Razılaşdıqdan sonra onlar Sumqayıt ASAN xidmətinə müraciət etmişlər. Onlar isə sənədlərin qaydasında olmadığını, çıxarışın əslini təqdim etməyi tələb etmişdirlər. Yəni sənədləşmə bir az gecikəcəkdi. İddiaçı isə sənədlər düzələnə qədər aralarında 20.000 manat məbləğində kredit müqaviləsi imzalamağı təklif etdi, o, da razılaşmışdır. Belə ki, aralarında olan şifahi razılaşmaya əsasən torpaq sahələri iki ayrı Çıxarışla iddiaçının adına keçdikdən sonra o həmin kredit müqaviləsini ləğv edəcəyini bildirmişdi. “Ford Tranzit” markalı **-BN-*** dövlət nömrə nişanlı mikroavtobusu kredit müqaviləsi bağlanan gün, yəni xx.xx.2018-ci il tarixdə onun adına keçirdi, daha sonra isə torpaq sənədləri düzələn gün “ Opel Zafıra” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobili də adına keçirəcəyinə dair razılaşdılar. xx.xx.2018-ci il tarixdə torpağın sənədləri hazır olduğuna görə iki ayrı 0.03 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirildi. O da elə həmin gün “Opel Zafıra” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilə dair ona ümumi etibarnamə verdi. Öz adına keçirməməyinin səbəbi isə həmin maşını başqa şəxsə satmaq istəyi idi. Hətta həmin şəxsdən 500 manat məbləğində də beh almışdır. 2-3 gün sonra alğı-satqı etmək istəyərkən ona məlum oldu ki, İddiaçı onun adına verdiyi ümumi etibarnaməni ləğv edib. Daha sonra isə cavabdeh onunla görüşdü, etibarnaməni ləğv etməsinin səbəbini soruşduqda onun hələ ona borcu olduğunu, 20.000 manat məbləğində pulu da alacağını dedi. Orda onunla mübahisə etdilər, lakin avtomobili satmalı idi. Bunun müqabilində cavabdeh ondan yenidən 1000 manat aldıqdan sonra etibarnamə verdi və o, avtomobili satdı. Belə ki, onun iddiaçıya heç bir borcu yoxdur. Kredit borcu tələb olunan kredit müqaviləsi üzrə ona heç bir pul ödənilməyib. Bunu kassa məxaric ordenində də onun imzasının olmaması sübuta yetirə bilər. Bu hissədə də məhkəmə işi araşdımaımşdır. Ümumiyyətlə kredit müqaviləsi etibarsızdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinin tələbinə əsasən mübahisəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış 02 iyun 2018-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh 20 000 (iyirmi min) manat borc pul verməyi, X7 həmin məbləği İddiaçı 02 noyabr 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarında olan Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş 06 iyun 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı haqqında müqavilədən görünür ki, satıcılar X9, X2, X4, Quliyeva Aytən (alıcılar adından etibarnamə əsasında Cavabdeh imzalamışdır) alıcı İddiaçı 0.03 ha torpaq sahəsini, 5 400 (beş min dörd yüz) manata satmışlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh Məcudov Rüfət Rafiq oğlu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən Cavabdeh kredit müqaviləsi ilə aldığı 20 000 manat məbləğində pulu İddiaçı qaytarmalı, bununla da iddia tam təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni də Mülki Məcəllənin 739, 743, MPM-nin 119.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçıdan 20000 manat pul almış, bu hal tərəflər arasında bağlanan müqavilə ilə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi tərəflər arasında bağlanmış və qanuni qüvvəsində olan müqavilə ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilə, aralarında bağlanmış müqavilənin etibarsız olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(012)-467/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2336/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2336/2020 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin əsasını təşkil edən tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv ilə bağlı iddia tələbi təmin edilməmiş və məhkəmə qətnamələri qanuni qüvvəsini almışdır. Bu da tərəflər arasında bağlanmış kredit müqaviləsinin, eləcə də hazırki iddia tələbinin əsaslı olmasını təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsaslı olduğundan ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-36/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-36/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver