Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-360/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı MMC-nin nümayəndəsi X5, Cavabdeh, nümayəndəsi və vəkili X3 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsi ilə (hakim R.V.Kazımov) İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilib, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 16037 (on altı min otuz yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında 26 may 2017-ci il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla X9” haqqında müqavilə imzalanmışdır. Cavabdeh 10 noyabr 2017-ci il tarixli, 469-K saylı əmirlə baş satıcı vəzifəsinə, 23 yanvar 2018-ci il tarixli, 031-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və 10 aprel 2019-cu il tarixli, 145-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 19 yanvar 2019-cu il tarixdə Oba-Bakıxanov 9 mağazasında çalışdığı zaman aparılmış invevtarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. 19 yanvar 2019cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat olması məlum olmuşdur. Maliyyə arayışından da məlum olur ki, ümumi borc 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X9 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Həmçinin İddiaçı MMC-nin nümayəndəsi X4 05 may 2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı olan iddia tələbinin azaldılaraq 16037 (on altı min otuz yeddi) manat pulun İddiaçı MMC-nin bank hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 19 iyun 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili R.Ə.Quliyev apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi R.S.Zahirli apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3,442, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1,191.2,192, 194,198,200.1, 202.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh 26 may 2017-ci il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassır vəzifəsinə işə qəbul olunmuş və Cavabdeh ilə “X9” haqqında müqavilə imzalanmışdır. Cavabdeh 10 noyabr 2017-ci il tarixli 469-K saylı əmrlə Baş Satıcı vəzifəsinə, 23 yanvar 2018-ci il 031-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmişdir. Cavabdeh 10 aprel 2019cu il tarixli 145-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. 19 yanvar 2019-cu il tarixdə Oba-Bakıxanov 9 mağazasında çalışdığı zaman aparılmış invevtarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 19 yanvar 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləğinin 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat olması məlum olmuşdur. Cavabdeh 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə şirkət tərəfindən 2900 (iki min doqquz yüz) manat güzəşt edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 26 may 2017-ci il tarixli Əmək Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 26 may 2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq olunmaqla İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı MMC tərəfindən verilmiş 26 may 2017-ci il tarixli 243K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları X6 Şəbəkəsinə 26 may 2017-ci il tarixdən başlayaraq 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmiş və əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi qərara alınmışdır. 26 may 2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış X9 haqqında Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürmüş və müəyyən edilmiş vəzifələri icra etməyə borclu olmuşdur. 10 noyabr 2017-ci il tarixli X7 Bildirişdən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları X6 Şəbəkəsində Baş Satıcı vəzifəsinə keçirilmişdir. İddiaçı MMC tərəfindən verilmiş 10 noyabr 2017-ci il tarixli 496-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə 10 noyabr 2017ci il tarixdən Baş satıcı vəzifəsinə keçirilmiş və və əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi qərara alınmışdır. 10 noyabr 2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış X9 haqqında Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli 031-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə 10 noyabr 2017ci il tarixdən Adminstrator vəzifəsinə keçirilmiş və və əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi qərara alınmışdır. 23 yanvar 2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış «X9 haqqında» müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürmüş və müəyyən edilmiş vəzifələri icra etməyə borclu olmuşdur. İddiaçı MMC tərəfindən verilmiş 10 aprel 2019-cu il tarixli 145-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları X6 Şəbəkəsinin Adminstratorunun əmək müqaviləsinə 10 aprel 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş və son haqq-hesab : istifadə edilməmiş 0.55 (sıfır tam yüzdə əlli beş) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi qərara alınmışdır. 10 aprel 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə X7 bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 26 may 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 10 dekabr 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh Oba Marketin Bakıxanov 9 filialında Adminstrator vəzifəsində işlədiyi dövrdə fəaliyyəti 19 yanvar 2019-cu il tarixdə yoxlanılmış və 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat əskikgəlmə aşkarlanmışdır. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlanmış maddi məsuliyyət müqaviləsinə əsasən adminstrator olaraq ona etibar edilmiş əmlakdan 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat əskikgəlmə aşkar edilməklə, Cəmiyyətə həmin məbləğdə maddi ziyan vurduğu müəyyən edilmişdir. 3 gün müddətində maddi ziyanı Cəmiyyətə ödəməsi xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, 19 yanvar 2019-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heç bir ödəniş etməmişdir. İddiaçı MMC tərəfindən verilmiş 01 may 2020-ci il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, 19 yanvar 2019-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə şirkət tərəfindən 2900 (iki min doqquz yüz) manat güzəşt edilmişdir. Faktiki qalıq borc 16037 (18937-2900) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 9/6029 saylı rəyi ilə müəyyən olur ki, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 19 yanvar 2019-cu tarixli OBA Bakıxanov 9 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlığının 16.037 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisəyə hüquqi qiymət verərək hesab edir ki, 26 may 2017-ci il tarixli əmək müqaviləsinə əsasən tərəflər arasındakı münasibətlər əmək münasibəti, hazırki mübahisə isə əmək münasibətlərindən doğan mübahisədir. Çünki İddiaçı MMC və Cavabdeh arasında əmək müqaviləsi vardır. İşəgötürən kimi İddiaçı MMC və Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 7.1-ci bəndinə əsasən əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya marağına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə görə aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X9 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X9 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək münasibətləri prosesində vurulmuş ziyana görə məsuliyyəti, məsuliyyətin yaranması üçün zəruri olan şərtləri, məsuliyyətin həcmini, o cümlədən işçinin tam həcmdə maddi məsuliyyət daşıması üçün yalnız X9 haqqında işəgötürənlə yazılı müqavilə bağlanmasını nəzərdə tutmuşdur. 26 may 2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış «X9 haqqında» müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürmüş və müəyyən edilmiş vəzifələri icra etməyə borclu olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 9/6029 saylı rəyi ilə qeyd olunur ki, 19 yanvar 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt” Malların inventarizasiya Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Həmçinin iş materiallarında Malların inventarizasiya Qaydalarının tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir. İş materaillarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışda Cavabdeh hesabında yaranmış çatışmazlığın 16.037 manat olması göstərilmiş və maliyyə arayışına əsasən Cavabdeh güzəşt tətbiq edilmişdir. Belə ki, təqdim edilmiş arayışdan göründüyü kimi əskikgəlməyə görə 18.937 manat çatışmazlıq yaranmışdır. Ümumi yaranmış 1837 manat çatışmazlıqdan 2900 manat hissəsinə Cavabdeh yoxlamadan keçən dövrdə şirkət tərəfindən güzəşt edilmişdir. Lakin həmin arayışda göstərilən çatışmazlıqla da bağlı hər hansı mühasibatlıq sənədləri mövcud deyildir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, 19 yanvar 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt” Malların inventarizasiya Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir və həmin aktın düzgünlüyü məhkəmə tərəfindən qəbul edilmir, iddiaçı tərəfindən iddianın təmin olunmasına dair başqa bir sübut təqdim edilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi əsassız olduğundan İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul İddiaçı MMC-dən alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul İddiaçı MMC-dən alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-360/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-360/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver