Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-361/2021 04.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-546/2020 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-546/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 1150 manat məbləğində maddi zərərin əvəzinin və 30 manat dövlət rüsumu xərcinin alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 1150 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edib Cavabdeh ilə ailə həyatı qurmuşdur. 2014-cü ilin mart ayından 2015-ci ilin sonuna kimi cavabdehlə birgə təsərrüfat aparmaqla ər-arvad kimi yaşamışlar. Birgə yaşadıqları dövrdə, xx xxxxxxx 2015-ci il tarixdə Milyana adlı uşaqları anadan olmuşdur. 2015-ci ilin sonunda Cavabdeh ayrılmış və Cavabdeh özünün həmin uşağın atası olmadığını bildirmişdir. Bu səbəbdən də o, Qusar Rayon Məhkəməsində iddia qaldıraraq atalığın müəyyən edilməsi və Cavabdeh Milyana adlı uşağın saxlanması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh xx xxxxxxx 2015-ci il təvəllüdlü X3 münasibətdə atalığı müəyyən edilmiş, həmin uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən iş üzrə məhkəmə-genetik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6-Təcrübə və Tədris Birliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 9/864 saylı ekspert rəyi ilə Cavabdeh Milyana adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Ekspertiza təyin olunduqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6-Təcrübə və Tədris Birliyinin hesabına 3000 manat məbləğində pul köçürülməli olmuş, həmin pulun 1150 manat hissəsini o ödəmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən isə məhkəmə xərcləri Cavabdeh aid edilmişdir. Bununla da Cavabdeh əsassız olaraq onun əlavə 1150 manat xərc çəkməyinə səbəb olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə ücün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırılmamış, qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun olub olmaması yoxlanılmamış, iddia tələbi ilə əlaqədar hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırma aparılmamış, mübahisənin həqiqi halları təhrif edilməklə tamamilə əsassız, ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, Cavabdeh nikahı qeydiyyatdan keçirmədən xx xxxx 2014-cü ildə İddiaçı ilə evlənmiş, xasiyyətləri uyğun gəlmədiyi üçün 2015-ci ildən ayrı yaşayırlar. Onların ər-arvad kimi birgə yaşayış dövründə xx xxxxxxx 2015-ci il tarixdə Milaynə adlı uşaqları olmuşdur. İddiaçı dəfələrlə bildirmişdir ki, uşağın atası Xanlar Hacıvərdiyev deyildir. İddiaçı hazırda başqa şəxslə evlənmiş, himayəsində iki azyaşlı uşağı vardır. xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş Milyanə adlı uşağa münasibətdə atalığın müəyyən edilməsinə dair qətnamədən verilmiş apellyasiya şikayəti ilə əlaqədar olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6-Təcrübə və Tədris Birliyi tərəfindən genetik ekspertizanın keçirilməsi üçün Birliyin hesabına ödənilməli olan 3000 manat pulun 1150 manatı iddiaçı tərəfindən ödənilmiş və Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Milaynə adlı uşağa münasibətdə cavabdehin uşağın atası olması faktı öz təsdiqini tapmışdır. İddiaçı Qusar Rayon Məhkəməsində nümayəndəsi olduğu Cavabdeh qarşı iddia qaldıraraq, ekspertizaya ödədiyi 1150 manatın və rüsum olaraq ödədiyi 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmalarında izahat verərək birmənalı olaraq bildirmişdir ki, iddia tələbi hüquqverici əsaslar olmadan verildiyi üçün tələbi qəbul etmir. Ekspertizanın keçirilməsində iddiaçının marağı olduğu və həmin ekspertiza məhkəmənin təşəbbüsü ilə keçirildiyi üçün iddia tələbini təmin etməkdə məhkəmə haqlı olmamışdır. Həmçinin Qusar Rayon Məhkəməsində izahatı saxtalaşdırılaraq iddia tələbini qəbul etdiyi və imkanları olduğu halda, cavabdehin həmin məbləği qaytaracağı qeyd edilmişdir. O, belə bir məzmunda məhkəmədə izahat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad edərək heç bir hüquqi əsas göstərmədən, iddiaçının maraqlarına uyğun tələbin təmin olunmasına dair ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)- 48/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və alimentin tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X4 münasibətdə atalığının müəyyən edilməsi və bu barədə VVAQ kitablarında müvafiq qeyd aparılmaqla uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2710/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 2(029)-48/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 888059 nömrəli kassa mədaxil orderin qəbzindən görünür ki, İddiaçı genetik-ekspertizanın aparılması, mal-materialların alınması üçün 1150 manat ödəmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, iddiaçı cavabdehdən ekspertizanın keçirilməsi üçün ödədiyi 1150 manat məbləğində pulu tələb edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. İş materiallarında olan Cavabdeh nümayəndəsi Nümayəndə2 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, iddianı qəbul etdiyini, tələb edilən məbləği ödəməyə imkanı olmadığını, gələcəkdə hissə-hissə ödəniləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən də Cavabdeh nümayəndəsi Nümayəndə2 iddiaçının tələb etdyi məbləği hazırda qaytarmağa maddi imkanları olmadığını, maddi imkanları olan kimi 1150 manatı İddiaçı qaytaracaqlarını göstərmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində birinci instansiya məhkəməsində belə bir məzmunda izahat vermədiyini göstərsə də, məhkəmə iclas protokoluna qeydlər verməmişdir. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-546/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-361/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-361/2021
04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver