Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-361/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması barədə iddia tələbinə dair iş üzrə (Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqların saxlanılması, yaşayış minimumu, alimentin artırılması, alimentin sabit pul məbləğində müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X4 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(067)-2119/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2013-cü il tarixdə X13 və xx.xx.2016-cı il tarixdə X10 anadan olmuşlar. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikahın pozulması 29 iyul 2019-cu il tarixdə xitam verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulması və sabit məbləğdə aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasında 10 avqust 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X8 anası X3 himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X9 atası Cavabdeh alınaraq anası X5 verilməsi, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit məbləğdə alimentin alınaraq X5 verilməsi, alimentin tutulmasının 11 yanvar 2019-cu il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2(105)-1963/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(067)-698/2020 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin 2(067)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 100 manat məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. 09.09.022-ci il tarixli, 331/22 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən də "xxxx" MMC-nin tərkibində olan “Belaruski” TŞ-nin anbar bölməsində xx.xx.2021-ci il tarixdən bu günə kimi fəhlə vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 617.75 manat təşkil edir. “Xaçmaz rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin məktubundan görünür ki, İddiaçı həqiqətən də “Xaçmaz rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin ailə və sağlamlıq mərkəzində mama-ginekoloq vəzifəsində çalışır. Onun aylıq əmək haqqısı cəmi 409.08 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı Şükürova X7 Elşad Əkrəm oğluna qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1963/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən Turan və Oksananın saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat məbləğində aliment tutulması müəyyən edilmiş aliment miqdarının artırılaraq hər uşağa 200 manat olmaqla cəmi 400 manat məbləğində müəyyən edilməsi və 50 manat ödənilmiş mediasiya rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X10 onun himayəsində saxlanılmışdır. Xaçmaz rayon Məhkəməsinin 2(067)-698/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə azyaşlı uşaqlarının saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat aliment tutulması qət edilmişdir. Sonradan cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 698/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1963/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən Turan və Oksananın saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat məbləğində aliment tutulması qət edilmişdir. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayan uşaqların yaşayış minimumu da dəyişdirilmişdir. Hazırki dövrdə ərzaq mallarının qiymətlərinin artması və kommunal xərclərin artması ilə əlaqədar 100 manat aliment pulu ilə uşağı saxlamaq qeyri-mümkündür. Övladları hazırda hazırlıq kurslarına getdiyindən, bu da əlavə xərclər yaradır.cavabdehin rəsmi iş yeri olmasa da, fərdi əməklə məşğul olur, yaxşı qazancəldə edir.Ona görə də hesab edir ki, cavabdeh həmin alimenti ödəmək iqtidarındadır. Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(067)-2119/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(105)-1963/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud, digər əsaslarla valideynləri öz uşaqlarınısaxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən eidlməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. istehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmənin İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 112.1-ci maddəsinə, “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarına istinad etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddiaçının uşaqlarla ünsiyyətinə şərait yaratmaması, "xxxx" MMC-də fəhlə köməkçisi işləməsi, 617 manat əmək haqqı alması, anasının xəstə olması, onun himayəsində olması, əmək haqqından başqa gəlirinin olmaması, iddiaçıya ancaq cəmi 200 manat aliment ödəyə bilməsini, çünki həm özü, həm də anasına baxdığı üçün, ona da pul qalmalı olması, aylıq 340 manat aliment olduğu halda, ödəyə bilməməsi, büdcəsinə uyğun övladlarına və anasına baxmağa çalışması, himayəsində xəstə anasının olması halının nəzərə alınması kimi hallarla əsaslandırmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Cavabdeh da məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanun Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı Protokolu Maddə 5. Ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş (mübahisələndirilən) hissəsində qanuni və əsaslıdır. Belə ki, məhkəmə kollegiyası onu qeyd edir ki, 2022-ci il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğundan, 2023-cü il üçün isə 220 manat məbləğində müəyyən edildiyindən, uşaqların üstün mənafeyi, uşaqların təminat səviyyəsi əsas götürülərək, uşaqların əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili kimi istinad edilən hallarla bağlı onu qeyd edir ki, aliment öhdəliyi daşıyan valideyn qimsində çıxış edən cavabdehin himayəsində xəstə valideynin olması halını qeyd etsə də, həmin hala dair (valideyninin xəstəliyi, bununla bağlı zəruri olan əlavə xərclərin çəkilməsi) heç bir sübuta istinad etməmişdir. Bununla da, indiki halda cavabdehin maddi vəziyyətinə təsir edən amil kimi onun himayəsində olan maddi yardıma ehtiyacı olan valideynin saxlanması ilə bağlı hal aşkar edilmədiyindən, həmin halın nəzərə alınması mümkün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili kimi istinad edilən digər hallarla bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə təyin edilmiş alimentin məbləğini, habelə habelə uşaqların müvafiq qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləğini müqayisəli təhlil edərək, hesab edir ki, apelyasiya şikayətinin əsası kimi istinad edilən qeyd edilən hal da formal xarakter daşımaqla, əsassız olmuşdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az məbləğ (iddianın qiyməti bir illik aliment məbləği ilə müəyyən edildiyindən) təşkil etdiyindən, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(067)-2119/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakimlər: Gülnar Cabbarova (sədrlik edən hakim) Almaz Süleymanova Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-361/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-361/2023
23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver