Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-361/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X22 Süleymanovanın sədrliyi və məruzəsi, X24 Məmmədov və X7 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(074)-478/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq özündə saxladığı ona məxsus olan 12000 manat pulunun və iddia ərizəsi üçün ödədiyi 126 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin mart ayında həyat yoldaşını itirmiş və iki azyaşlı uşağı ilə birlikdə Şamaxı şəhərinə köçüb, bacısının evində yaşamağa başlamışdır. Onun 10000 manat pulu olub, lakin həm yaşamağa ev, həm də, dolanışıq üçün pul lazım idi. Ünvanlı sosial yardım almaq üçün, sənədlərinin elektron qaydada göndərilməsi üçün Şamaxı şəhəri Gənclər küçəsində fəaliyyət göstərən Vahid İsmayılovun ofisinə gedib, kömək üçün müraciət etmişdir. Əlavə olaraq, ev almaq üçün də, mərkəzi orqanlara oradan müraciət etmişdir. Bir neçə vaxt gözləmiş, amma evdən bir xəbər olmamışdır. Yenə də, Vahid İsmayılovun yanına getmiş və Vahid ona demişdir ki, “yaxınlıqda bir ev var, onu satmaq istəyirlər, danışaraq həmin qiymətə sizin üçün alaram”. Daha sonra, ev sahibi evi həmin qiymətə satmağa razı olduğunu bildirmişdir. O, bacısı ilə gedib evə baxmış, ev Şamaxı şəhərində “Yolkalıq” adlanan ərazidə yerləşirdir. Həmin evin təmirinə nə qədər vəsait lazım olduğunu Vahiddən soruşduqda, sonuncu təxminən 2000 manat tələb olunduğunu bildirmişdir. Həmin pulu bacısı toplayараг ona vermiş, о да Vahid İsmayılova özü aparıb vermişdir. Bundan sonra, onlar tələb etмишляр ki, Rəna evi sənədləşdirsin. Lakin, Rəna müxtəlif bəhanələrlə evi sənədləşdirməkdən boyun qaçırmışdır. Sonradan məlum olмушдур ki, həmin ərazidəki evlərin heç bir sənədi yoxdur. Belə olan halda, o, Vahiddən pulunu geri tələb etmiş, sonuncu isə pulu ev sahibinə verdiyini və alıb qaytaracağını demişdir. Xeyli müddət keçməsinə baxmayaraq, Rəna onun pulunu qaytarmamışdır. Bundan sonra, bacısı polisə müraciət etmiş və polisdə aparılan araşdırma zamanı, Vahid də, Rəna da ondan pul aldıqlarını etiraf etmişdirlər. Rəna onun pulunun 8000 manatını Vahiddən aldığını etiraf etmiş, lakin bu belə deyildir. Rəna 12000 manat pulunun hamısını Vahiddən götürmüşdür. Polis şöbəsində şikayətinin mülki xarakterli olduğunu əsas gətirilərək, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etməli olmuşdur. O, pulunun hamısını - 12000 manatı bütövlükdə Cavabdeh tələb edir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Şamaxı Rayon Polis X13 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şamaxı şəhər sakini X3 Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək, 2022-ci ilin iyul ayında bacısı İddiaçı torpaq lazım olduğu üçün, Şamaxı şəhər sakini Vahid İsmayılova müraciət etməsini, X23 şəhərində Cavabdeh adına hazır ev olduğunu, həmin evi 12000 manat müqabilində onlara satacağını, Vahid İsmayılovun iş otağında oğlunun və bacısı İddiaçı iştirakı ilə Vahidə 12000 manat pul verməsini, lakin hal-hazıradək Vahidin onlara nə evi verməsini, nə də ki, pulu qaytarmasını göstərmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, X21 onun qohumudur, həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. X5 və İddiaçı tanımır, həmin şəxslərlə aralarında münasibət, ədavət olmamışdır. Şamaxı şəhəri, “Yolkalıq” adlanan massivdə 5 sot torpaq sahəsində iki otaqlı evi olmuşdur. Bir neçə il öncə Vahiddən həmin evi almaq istəyən olsa, ona xəbər verməsini xahiş etmişdir. Bir gün Vahid ona zəng edib demişdir ki, “Yolkalıq” adlanan massivdəki evini almaq istəyən var, evi satır, ya yox. O, Vahidə evi satmaq istədiyini, lakin 15000 manata satacağını demiş, Vahid isə evi almaq istəyən Nazəndə və Səmayənin 8000 manat pullarının olduğunu, evə əlavə təmir də lazım olduğunu demişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün, həmin evi 8000 manata satmağa razılıq vermiş və 8000 manat pulu Vahid İsmayılovun iş yerinə gedib götürmüşdür. xx.xx.2023-cü il tarixdə Nazəndə ilə Səmayənin Vahid barəsində Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmələrindən məlumatı olmuşdur. O, Vahidə qeyd olunan evi 8000 manata satmağa razılıq vermiş, Vahid həmin evi 10000 manata satıbsa da, o, dediyi məbləği Vahiddən almış və evi Vahidin hansı qiymətə satmasınы maraqlanmamışdır. Beləliklə, araşdırma zamanı, Vahid X1 ilə İddiaçı aldadaraq, 12000 manat pulunu ələ keçirməsi öz təsdiqini tapmamış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisə mülki xarakterli olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisənin məhkəmə müstəvisində həll olunması X6 izah olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(074)-478/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddianın qismən təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88, 218.1, 119.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
7. Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(074)-478/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını və bu yeni qətnamənin qət edilən hissəsində “alqı-satqı predmetinə çevrilmiş sözügedən fərdi yaşayış evində iddiaçının razılığı ilə yerləşdirilmiş başqasına məxsus cehiz əmlakların iddiaçı tərəfindən çıxarılması”nın yazılması, yalnız bundan sonra 8000 manat pulun ondan alınıb iddiaçıya verilməsini, ödədiyi 50 (əlli) manat dövlət rüsumunun da iddiaçıdan alınaraq ona qaytarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, etiraf edir ki, bələdiyyə sənədləri olan ona məxsus fərdi yaşayış evini iddiaçıya 8000 (səkkiz min) manata satmış və həmin evin sənədlərini də iddiaçıya vermişdir. Sözügedən ev tamamilə sənədsiz deyildi, lakin hələlik həmin bölgədə tikilən evlərə Çıxarış vermirlər və iddiaçıya bunu əvvəldən demişdir. Həmin evin özü və həyətyanı sahəsi üçün isə qalan bütün sənədlərin hamısı vardır. Digər tərəfdən o, iddiaçının guya 12000 (on iki min) manat pulu ev almaq üçün ona və ya Vahid İsmayılova verməsi tələbini rədd edir, çünki iddiaçının dedikləri yalandır. Bununla əlaqədar Şamaxı Rayon Polis Şöbəsində üzləşmə olmuşdur, araşdırma aparılmışdır və müəyyən olunmuşdur ki, iddiaçı tərəf yalan danışır. Elektron nüsxəsini bu apellyasiya şikayətinə daxil etdiyi imzalanmış və möhürlənmiş əlyazmadan görünür ki, xx.xx.2022-ci il tarixdə bu iş materialında adı çəkilən X2 Məhbubə Firad qızı adlı şəxsə qarşılıqlı razılaşma ilə 1960 (min doqquz yüz altmış) manat pul qaytardığı yazılmışdır. Həmin razılaşmanı iş üzrə İddiaçı da imzalamışdır. O, 8000 manata həmin evi iddiaçıya satdıqdan sonra, iddiaçı və X8 bu evi X4 məqsədilə ondan 2000 (iki min) manat beh almışlar. Sonuncu M.F.Abbasova isə Şamaxı Rayon Qızmeydan kəndindəki evdən özünəməxsus bütün cehiz əmlakını gətirib onun iddiaçıya satdığı fərdi yaşayış evinə yığmışdır. Lakin sonradan məlum olmuşdur ki, M.F.Abbasova bir müddət həmin evdə yaşadıqdan sonra həmin evi almaq fikrindən daşınmış və verdiyi 2000 manat pulu Nazəndə Məmmədova ilə İddiaçı geri istəmişdir. İş üzrə iddiaçılar da aldıqları pulun 1960 (min doqquz yüz altmış) manatını X11 geri qaytarmışlar və buna dair yazılı razılıq şahidin iştirakı ilə imzalanıb möhürlənmişdir. Qalan 40 manatı öz aralarında həll etdiklərini bildirmişlər. xx.xx.2022-ci il tarixdən etibarən X16 iddiaçıya verdiyi 2000 manat pulunu geri aldıqdan sonra, sözügedən fərdi yaşayış evində yaşamasa da amma onun bütün cehiz əmlakı həmin evdə qalmışdır. Bir daha qeyd edir ki, X12 və onun cehiz əmlaklarını sözügedən fərdi yaşayış evinə İddiaçı və Nazəndə Məmmədova gətirib yerləşdirmişdirlər. Odur ki, İddiaçı onun ona 8000 manata satdığı fərdi yaşayış evini boşaltdırmalıdır. Başqasına məxsus cehiz-əmlaklar həmin evdən iddiaçının özü tərəfindən çıxarılmalıdır. O, X16 adlı şəxsi tanımır. Bu apellyasiya şikayətinə daxil etdiyi imzalanmış və möhürlənmiş razılıq sənədindən görünür ki, pulun geri qaytarılması razılaşması Məhbubə Abbasova ilə iddiaçının özü və Nazəndə Məmmədova arasında olmuşdur. Deməli həmin evin sahibi kimi iddiaçı tərəf özləri Məhbubə Abbasovanın cehiz əmlaklarını sözügedən evə yerləşdirmişlər. Beləliklə, o, özünə məxsus fərdi yaşayış evini İddiaçı satarkən həmin evdə kimsənin əmlakları yox idi, içərisi boş vəziyyətdə idi. Odur ki, o, iddiaçıya evi necə içərisi boş vəziyyətdə satmışdıрsa, həmin boş vəziyyətdə də (yəni başqasının əmlakları qabaqcadan oradan çıxarıldıqdan sonra) özünə qaytarılmalıdır. Yalnız bundan sonra o, iddiaçının 8000 manat pulunu qaytarmağa razıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə qətnamə qət edərkən işin faktiki halları tam aydınlaşdırılmamış və qətnamədə yazılmış nəticə işin hallarına uyğun olmamışdır. Qətnamə qət edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Onun həmin məhkəmə prosesində iştirakı təmin edilməmiş, bu barədə ona xəbər verilməmişdir. Yəni ki, birinci instansiya məhkəməsi iddiaçının ona qarşı 8000 manat pul tələbini təmin etməsi ilə yanaşı, maraqlanmamışdır ki, iddiaçı onun daşınmaz əmlakını ona hansı vəziyyətdə geri qaytarır? Hansı ki, o, iddiaçıya yalnız Çıxarışı olmayan (qalan sənədləri isə olan) daşınmaz əmlak – fərdi yaşayış evi satmış və onu geri qaytarmaya da bilər. Məhkəmə həmin fərdi yaşayış evinə baxış keçirməli idi, bəlkə iddiaçı həmin evi uçurub-dağıtmışdır, bəlkə iddiaçının səhlənkarlığından həmin ev yanıb kül olmuşdur? Fakt odur ki, iddiaçının razılığı ilə həmin fərdi yaşayış evində başqasına məxsus cehiz-əmlaklar yerləşdirilmişdir. Bu apellyasiya şikayətinə daxil etdiyi sənəddən də aydın görünür ki, həmin pul razılaşmalarını İddiaçı və Nazəndə Məmmədova imzalamışlar. Odur ki, иддиачы onun satdığı evdən başqasına məxsus cehiz-əmlakları çıxartdırmalı və yalnız bundan sonra ona verdikləri 8000 manat pullarını istəməlidirlər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Маддя 439.4. Юhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Маддя 1091.2. Яsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
16. Мəhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında evin alqı-satqısı barədə razılıq əldə olunaraq, İddiaçı evə görə Vahid İsmayılov adlı şəxsin vasitəsilə Cavabdeh razılaşdırılmış məbləği, yəni 8000 manat pul vermiş, lakin evin sənədləri olmadığından, iddiaçı verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə qanuni əsas olmadan, aldığı pulu qaytarmaqdan imtina etmişdir. Eyni zamanda, müəyyən olundu ki, iddiaçı özünə məxsus olan 12000 manat pulun əsassız olaraq cavabdehdə saxlanıldığı göstərərək, həmin məbləğin cavabdehdən alınmasını tələb etsə də, bu hal nə polis şöbəsində araşdırma zamanı, nədə ki, məhkəmə iclasında öz təsdiqini tapmamış və bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır
18. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehdə saxlanılan əmlakını tələb etməklə haqlıdır. Ъavabdeh iddia tələbinin 8000 manat hissəsini etiraf etdiyindən, iddianın qalan hissəsi isə sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 8000 manat pul алынараг İddiaçı verilməlidir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə вя ясасландырма ilə razılaşır, бу бахымдан hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdr.
21. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və йа дяйишдирилмяси, şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(074)-478/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.