Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3627/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(060)-3661/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(060)-3661/2021 saylı qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilib, Cavabdeh İMEİ kodu **********2797 olan “Huawei P20 Lite” markalı telefon və 2 ədəd aksesuar üçün ödənilməmiş 530 manat, İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon üçün ödənilməmiş 104 manat, “Hoffmann” markalı kondisioner üçün ödənilməmiş 1258 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1922 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(060)-3661/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********2797 olan Huawei P20 Lite markalı telefon və 2 ədəd aksesuar üçün ödənilməmiş 530 manat, İMEİ kodu **********94923 olan Samsung Galaxy A7 markalı telefon üçün ödənilməmiş 104 manat, HOFFMANN markalı kondisioner üçün ödənilməmiş 1258 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1922 manat pulun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 08.05.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********2797 olan “Huawei P20 Lite markalı” telefon və 2 ədəd aksesuar, 22.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon və 12.06.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı kondisioner almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 954 manat olan (18 ay x 53 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********2797 olan “Huawei P20 Lite markalı” telefon və 2 ədəd aksesuar üçün 424 ödəniş etmiş, ümumilikdə 530 manat, alqı-satqı qiyməti 644 manat olan (12 ay x 26 manat + 332 manat ilkin ödəniş) İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon üçün 540 ödəniş etmiş, ümumilikdə 104 manat, alqısatqı qiyməti 1776 manat olan (24 ay x 74 manat + manat ilkin ödəniş) “Hoffmann” markalı kondisioner üçün 518 ödəniş etmiş, ümumilikdə 1258 manat borc yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELL YASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 29 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC ondan şişirdilmiş məbləğdə pul tələb edir. Onun iddiaçı "xxxx" MMC-yə tələb olunan məbləğdə borcu yoxdur. Məhkəmə iclasında onun iştirakı təmin olunmadığından iddia tələbinə etirazını bildirə və iş üzrə ekspertiza təyin olunmasını tələb edə bilməmişdir. Bununla da hüquqları pozulmuşdur. Məhkəmə iş materillarında olan sənədlərə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirakının təmin olunmaması MPM-nin tələbinə ziddir. Çünki məhkəmə ədalətlı araşdırma aparmayıb və çəkişmə prinsipini təmin etməmişdir. Halbuki hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 08.05.2019-cu il tarixli, ******* saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 954 manat İMEİ kodu **********2797 olan Huawei P20 Lite markalı telefon və 2 ədəd aksesuar almışdır. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 22.05.2019-cu il tarixli, 00675371 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 644 manat İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon almışdır. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 12.06.2019-cu il tarixli, 00718912 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1776 manat olan “Hoffmann” markalı kondisioner almışdır. 08.05.2019-cu il tarixli, 22.05.2019-cu il tarixli və 12.06.2019-cu il tarixli əşyaların təhviltəslim aktından görünür ki, müvafiq olaraq İMEİ kodu **********2797 olan Huawei P20 Lite markalı telefon və 2 ədəd aksesuar, İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon və HOFFMANN markalı kondisioner Cavabdeh təhvil verilmişdir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 53 manat olmaqla, İMEİ kodu **********2797 olan “Huawei P20 Lite” markalı telefon və 2 ədəd aksesuar üçün 424 manat, 12 ay müddətinə, 332 manat ilkin ödəniş, aylıq ödəniş 26 manat olmaqla, İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon üçün 540 manat və HOFFMANN markalı kondisioner üçün 518 manat ödəniş etmişdir. "xxxx"MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 08.05.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********2797 olan “Huawei P20 Lite” markalı telefon və 2 ədəd aksesuar, 22.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon və 12.06.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı kondisioner almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 954 manat olan (18 ay x 53 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********2797 olan “Huawei P20 Lite” markalı telefon və 2 ədəd aksesuar üçün 424 ödəniş etmiş, ümumilikdə 530 manat, alqı-satqı qiyməti 644 manat olan (12 ay x 26 manat + 332 manat ilkin ödəniş) İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon üçün 540 ödəniş etmiş, ümumilikdə 104 manat, alqısatqı qiyməti 1776 manat olan ( 24 ay x 74 manat+ manat ilkin ödəniş) “Hoffmann” markalı kondisioner üçün 518 ödəniş etmiş, ümumilikdə 1258 manat borc yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı Cavabdeh faktiki yaşayış ünvanına rəsmi məhkəmə bildirişi göndərilsə də, işdə olan zərflərin üzərində olan qeydlərdən müəyyən olur ki, zərflər “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi iş materiallarında cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi məqsədi ilə onun faktiki yaşayış ünvanı ünvan 1u halı təsdiq edən sübut mövcud deyildir. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin,apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPMnin 135-ci maddəsinə əsasən,sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmış, bununla da çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı bu hal aradan qaldırılmış, yaşadığı ünvana məhkəmə bildirişi göndərilmiş və Cavabdeh mobil telefon nömrəsinə rəsmi “sms bildiriş” göndərilməklə məhkəmə iclasında iştirakının təmin edilməsi ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Məhkəmə kollegiyası heab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilib, Cavabdeh İMEİ kodu **********2797 olan “Huawei P20 Lite” markalı telefon və 2 ədəd aksesuar üçün ödənilməmiş 530 manat, İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon üçün ödənilməmiş 104 manat, “Hoffmann” markalı kondisioner üçün ödənilməmiş 1258 manat borc iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 387.2, 387.2.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(060)-3661/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İMEİ kodu **********2797 olan “Huawei P20 Lite” markalı telefon və 2 ədəd aksesuar üçün ödənilməmiş 530 manat, İMEİ kodu **********94923 olan “Samsung Galaxy A7” markalı telefon üçün ödənilməmiş 104 manat, “Hoffmann” markalı kondisioner üçün ödənilməmiş 1258 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1922 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3627/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3627/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver