Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-366/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, birgə borclular) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-451/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat dəyərində 26.75 qram boyunbağı, 1720 manat dəyərində 17.62 qram italiyan qolbağı, 3100 manat dəyərində 28.6 qram rus sepi, sarı rəngli 330 manat dəyərində 3.62 qram qolbağı, sarı rəngli 360 manat dəyərində 4 qram sırğa, 300 manat dəyərində 3.5 qram sırğa, 150 manat dəyərində 2 qram üzük, 3100 manat dəyərində 32 qram italyan qızılı (boyunbağı), 460 manat dəyərində 5 qram tək qaş üzük, 120 manat dəyərində 5 qram sırğa, 354 manat dəyərində 3.6 qram klon, 186 manat dəyərində 1.95 qram üzük, 3300 manat dəyərində 01 ədəd göy komplekt dəst, 1800 manat dəyərində 19 qram italyan qolbağının naturada, naturada olmadığı halda onların dəyəri ümumillikdə, 19.096 (on doqquz min doxsan altı) manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar tələbi onunla əsaslandırılmışlar ki, əvvəlcədən tanıdığı və onunla qohum olan Cavabdeh1 və onun keçmiş arvadı Cavabdeh2 onlarda olan qızılları sataraq qazanc əldə etməyi təklif etmiş, Samir və onun arvadını əvvəlcədən tanıdıqları üçün onların təklifi ilə razılaşmışlar. Bundan sonra 2021-ci ildə vaxtını dəqiq xatırlamadığı tarixdə Cavabdeh1, onun yaşadığı ünvan 1 ünvanına gələrək qızılları satmaq üçün ondan istəmişdir. Bu səbəbdən özü şəxsən yaşadığı mənzildə Cavabdeh1 26.75 qram 3000 manat dəyərində boyunbağı, 17.62 qram 1720 manat dəyərində italiyan qolbağı, 28.6 qram 3100 manat dəyərində rus sepi, sarı rəngli 3.62 qram 330 manat dəyərində qolbağı, sarı rəngli 4 qram 360 manat dəyərində sırğa, 3.5 qram 300 manat dəyərində sırğa, 2 qram 150 manat dəyərində üzük, 32 qram 3100 manat dəyərində italyan qızılı (boyunbağı), 5 qram 460 manat dəyərində tək qaş üzük, 5 qram 120 manat dəyərində sırğa, 3.6 qram 354 manat dəyərində klon, 1.95 qram 186 manat dəyərində üzük, 3300 manat dəyərində 01 ədəd göy komplekt dəst, 19 qram 1800 manat dəyərində italyan qolbağı vermişdir. Lakin Cavabdeh1 vədinə əməl etməmiş, bugünki tarixədək nə qızılları, nə də onların dəyərini geri qaytarmamışdır. Təxminən iki il gözləməsinə səbəb aralarında olan qohumluq münasibətləridir. Cavabdeh1 ondan götürdüyü qızılları keçmiş arvadı Cavabdeh2 verdiyini bildirmişdir. Hətta bu səbəbdən hazırda onlar boşanmışlar. O, Cavabdeh1 və Cavabdeh2 qanunsuz əməlləri barədə Sumqayıt ŞPİnin 1-ci PB-nə ərizə ilə müraciət etmiş, Samir və Cavabdeh2ların izahatları alınmış, nəticədə Sumqayıt ŞPİ-nin 1ci PB-nin rəisi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla etdiyi müraciətin mülki xarakterli olduğu, bu səbəbdən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Cavabdeh1 öz izahatında ondan 11 min 700 manat dəyərində qızılları götürüb, geri qaytarmadığını etiraf etmişdir. Əlavə olaraq da həmin qızılları keçmiş arvadı Cavabdeh2 verdiyini qeyd etmişdir. Həmçinin qeyd olunan faktlar Cavabdeh2 ilə aralarında olan “Whatsapp” sosial şəbəkəsində olan sms-yazışmalarla da təsdiq edilir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Cavabdeh2 tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisinə ünvanlanmış izahatdan görünür ki, 2021-ci ildə qaynanasının əmisi oğlu İddiaçı1 ümumi dəyəri 11.700 manat olan qızıl-zinət əşyaları götürmüşdür. Bildirmişdir ki, sataraq hissə-hissə qızılın pulunu verəcəkdir. Keçmiş həyat yoldaşı Samirə 12.300 manat pul vermişdir ki, aparıb pulu Möhübbətə versin. O da həmin pulu vermişdir.
5. Cavabdeh1 tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisinə ünvanlanmış izahatdan görünür ki, qonşu Möhübbətdən 11.700 manatlıq qızıl-zinət əşyaları götürmüş, aparıb keçmiş həyat yoldaşı Yeganəyə vermişdir. Yeganə də qızılları satmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1216 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş məlumata əsasən iş materiallarında və ekspertiza təyini haqqında qərardadda göstərilən 13 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 16238,00 manat müəyyən edilir. Digər 2 adda zərgərlik məlumatlarının üzərindəki qaşların təbiəti, istehsal yeri, keyfiyyəti, mənşəyi, ölçüsü və s. barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.
7. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilmişdir.
8. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Səfərov X4 rayonundan məcburi köçkündür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-451/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 11.700 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 125.1 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh2 tutularaq X3 hesabına keçirilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 442, 448.1, 329.2, 1091.1, 1091.2, 1092.1, 1092.2 və 5.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 76, 77, 88, 89, 14.2, 82.3, 106.3, 217.4, 119.1, 216-220, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-451/2024 nömrəli qətnaməsinin - Cavabdeh2 11.700 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi hissəsində qismən ləğv edilməsi, cavabdehlər Cavabdeh2 5850 manat, Cavabdeh1 5850 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hazırda Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-451/2024 saylı qətnaməsi ilə qismən razı olduğuna görə, həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, məhkəmə qətnaməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsasladırmışdır ki, Cavabdeh1 mübahisə predmeti üzrə öhdəliyi, sadəcə keçmiş həyat yoldaşından pul məbləğlərinin çatdırılması ilə bağlı olub, yəni Cavabdeh2 satılan qızılların dəyərini aparıb iddiaçılara çatdırmalı olduğundan, həmin hissədə öz üzərinə düşən tapşırığı yerinə yetirdiyindən, Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilə bilməz. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, iş materiallarındanda göründüyü kimi 18 dekabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdehlərdən Cavabdeh1 həm əmisi nəvəsi, həm də digər Cavabdeh2 həyat yoldaşıdır. 2-3 il əvvəl Samir ondan satış məqsədi ilə qızılları almış, lakin o vaxtdan bəri qızılların dəyərini ödəməmişdir. Qızılı Samirə vermişdir. Qızılı satdıqdan sonra pulu qaytarmalı idi. Qızılın dəyəri 19000 manat təşkil edir. Qızılın çəkisinin nə qədər olduğunu bilmir. Heç bir qeydiyyat aparmadan qızılı vermişdir. Məsələ ilə bağlı polisə müraciət etmiş, Polis bölməsində izahatları alınmışdır. Həmçinin iş materiallarındanda göründüyü kimi 22 yanvar 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, Yeganə qızılların satışından ona cəmi 6000 manat pul vermişdir. Özünə məxsus komplekti Moskva Univermağından almışdır. Komplekt dəsti mavi rəngli qaşları olan üzük-sırğa, İtaliya istehsalı olan sep, qolbağ, rus istehsalı olan sep və s. qızıllar vermişdir. Qızılların ümumi dəyəri 19.600 manat olmuşdur. 2021-ci ilin iyun ayında qızılları götürmüş və cəmi 6000 manat ona pul vermişdir. Telefonda Yeganə ilə yazışmaları və qızılların şəkilləri vardır. Onları çıxarıb məhkəməyə təqdim edə bilər. Bir dənə rus qızılı olan sepin şəkli yoxdur. Yeganə qızılların satışından cəmi 6000 manat pul qaytarmışdır. 3000 manat bir, 3000 manat da bir qaytarmışdır. Həmin məbləğləri də Samir atasına vermişdir. Faizi deyil, yalnız qızılların dəyərini tələb edirlər. Heç bir sələm götürməmişdir. 6000 manat ödəmiş, telefonda mesajları da vardır. Etiraf etmişdir ki,11.800 manatı ödəyəcəkdir. Göründüyü kimi iddiaçının məhkəmədə verdiyi izahatlardandan görünür ki, Cavabdeh1 həmin qızılları iddiaçıdan şəxsən almış və həmin vaxtı o, cavabdehlə rəsmi nikahda olduğundan və birgə təsərrüfat idarə etdiyindən həmin qızılların satışından əldə olunmuş pul vəsaiti ailənin xərclərinə sərf olunmuşdur. Belə ki, Cavabdeh1 məhkəmədə etiraf etmişdir ki, qızılın satışından əldə olunmuş vəsaitin müəyyən hissəsini şəxsən iddiaçıya özü qaytarmışdır. Həmçinin cavabdeh məhkəmədə verdiyi izahatında qeyd edir ki, onun aylıq qazancı 290 manat olmuşdur. Hazırda Cavabdeh1 290 manat qazancı ilə ailənin bütün xərclərinin ödənilməsi qeyri-mümkün olduğundan, qızılın satışından əldə olunmuş vəsaitin ailə xərclərinə sərf olunmasını sübut edir. Ona görə də birinci instansiya məhkəməsinin iddiaçılara ödənilməli olan 11.700 manat pulun yalnız ondan tutularaq iddiaçılara ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-451/2024 saylı qətnaməsinin Cavabdeh2 11.700 manat pul tutularaq iddiaçılar İddiaçı1 vəİddiaçı2 ödənilməsi hissəsində qismən ləğv edilməli, cavabdehlər Cavabdeh2 5850 manat, Cavabdeh1 5850 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə yeni qətnamə qət olunmalıdır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. İddiaçılar İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
15. İddiaçı2 nümayəndəsi Həqiqət Məmmədvəli qızı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
16. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
17. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən - Cavabdeh2 11.700 manat pulun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi hissəsində ləğv edilməsini xahiş etdiyi üçün, kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 785.1. Əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar. Maddə 785.2. Əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət verəni yalnız birgə hərəkətlərlə mükəlləfiyyətli edə bilərlər, bu şərtlə ki, onlar tapşırığın icrasını üçüncü şəxslərə verməyə vəkil edilməsinlər. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissəhissə icranı tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin Cavabdeh1 dair təmin olunmayan hissəsində ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 iddiaçı tərəfə məxsus qızıl əşyalarını götürüb sataraq dəyərini ödəməyə razılaşmış, bu məqsədlə həmin qızılları Cavabdeh2 əri, digər Cavabdeh1 iddiaçı tərəfdən götürüb gətirərək Yeganəyə vermişdir. Hazırda həmin qızıl əşyaları satılmış, yəni naturada mövcud deyildir. Lakin cavabdeh tərəf qızıl əşyalarının dəyərindən cəmi 6000 manat ödəyərək qalan məbləği ödəməmişlər. Qeyd olunan əsaslardan çıxış edərən iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 11.700 manat pulun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mübahisə predmeti üzrə öhdəliyi, sadəcə keçmiş həyat yoldaşından pul məbləğlərinin çatdırılması ilə bağlı olub, yəni Cavabdeh2 satılan qızılların dəyərini aparıb iddiaçılara çatdırmaq olduğundan, həmin hissədə öz üzərinə düşən tapşırığı yerinə yetirdiyindən, Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilə bilməz.
25. Məhkəmə qızılların dəyərinin qiymətləndirilməsi ilə bağlı qeyd etmişdir ki, əmlaklar naturada mövcud olmadığından, hazırkı mübahisə predmeti pul tələbidir. Qızılların qiymətləndirilməsi məhkəmə tərəfindən həyata keçirilmiş, ekspert rəyinə əsasən onların dəyəri 2 adda zərgərlik məlumatı istisna olmaqla 16238 manat müəyyən edilmişdir.
26. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar və işin araşdırılan halları o qənaətə gəlməyə imkan verir ki, iddia tələbi 11.700 manat pul tələbi hissəsində əsaslıdır. Məhkəmənin bu qənaətə gəlməsinə əsas işin tədqiq olunan halları, tərəflərin izahatları, tərəflərin polis orqanlarına verdikləri izahatlarında qeyd olunanlardır. İddia tələbini qismən qəbul edərək Cavabdeh2 gətirdiyi dəlillər (pulun müəyyən miqdarda qaytarılması və sair) formal mülahizələrlə bağlı olub qeyd etdikləri etirazın öz gətirdikləri dəlillərlə təqzib edilməsidir. Belə ki, bir tərəfdən Cavabdeh2 qızılları götürdüyünü qeyd etmiş, lakin müəyyən məbləğlərdə ödənişlər edərək onun borcunun 6 və yaxud 7 min miqdarında qalmasını, lakin həmin hallara dair sübut edə bilmədiyini qeyd edir. Qeyd olunanlar məhkəmə tərəfindən əsaslı sayılmayaraq, işin tədqiq olunan hallarına uyğunluq təşkil etmir.
27. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 hüquqi əsas olmadan iddiaçıların hesabına əmlak əldə etmişdir. Belə ki, Cavabdeh2 varlanmasına, yəni iddiaçıların 11.700 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır.
28. Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-451/2024 nömrəli qətnaməsinin - Cavabdeh2 11.700 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi hissəsində qismən ləğv edilməsi, cavabdehlər Cavabdeh2 5850 manat, Cavabdeh1 5850 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə dəyərləndirmə apararaq, şikayətin dəlillərini qismən əsaslı hesab edir.
30. Kollegiya ilk öncə vurğulayır ki ki, tutulmuş pul məlbəğinin miqdarı mübahisələndirilməmişdir.
31. Göründüyü kimi apellyatorun əsas dəlili qət edilən məbləğin cavabdehlər arasında bərabər qaydada bölünərək tutulması, yəni digər Cavabdeh1 da mülki məsuliyyəti ilə bağlıdır.
32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş faktiki halları bu qənaətə gəlməyə imkan verir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı tərəf qızıl əşyalarının satışını cavabdehlərə tapşırmış, bu məqsədlə Cavabdeh1 qızıl əşyalarını iddiaçılardan götürərək digər cavabdeh-arvadı Cavabdeh2 gətirib vermiş, qızıl əşyaları satılaraq dəyərindən 6000 manat ödəniş olmuş, qalan məbləğ iddiaçılara ödənilməmişdir. Bununla da Mülki Məcəllənin 782.1-ci maddəsinin tələbləri vəkalət alan (cavabdeh tərəf) tərəfindən pozulmuşdur.
34. İşin faktiki və mübahisəsiz hallarından göründüyü kimi Cavabdeh1 da bu barədə məlumatlı olmaqla qızıl əşyaları onun tərəfindən götürülərək arvadı Yeganə Həsənoya verilmişdir. Mülki Məcəllənin 785.2-ci maddəsindən çıxış edərək kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə tapşırığı icraya bir neçə şəxs, yəni Yeganə və Cavabdeh1lar birlikdə qəbul etmişlər, odur ki, onlar birgə borclular kimi məsuliyyət daşıyırlar.
35. Beləliklə, qeyd olunanlara isitinadən apellyasiya şikayətinin dəlləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası Cavabdeh2 11.700 manat pulun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya hesab edir ki, Cavabdeh1 dair iddianın təmin edilməməsi hissədə məhkəmə səhv nəticəyə gəlmiş, işin faktiki halları üzrə düzgün qiymətləndirmə aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində pozuntuya yol vermişdir.
36. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 11.700 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-451/2024 nömrəli qətnaməsi qismən - iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 11.700 (on bir min yeddi yüz) manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.