Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3667/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7035/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7035/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 595,03 (beş yüz doxsan beş manat üç qəpik) manat əsas borc, 209,03 (iki yüz doqquz manat üç qəpik) manat faiz borcu, 86,34 (səksən altı manat otuz dörd qəpik) manat cərimə, 24.07.2020-ci il tarixdən 22.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 32,90 (otuz iki manat doxsan qəpik) manat olmaqla, ümumilikdə 923,30 (doqquz yüz iyirmi üç manat otuz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək kreditə görə müəyyən edilmiş 613,82 azn faiz borcunun və 200 azn cərimə pulunun ləğv edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 595,03 manat əsas borc, 209,03 manat faiz borcu və 86,34 manat cərimə borcu, kredit müqaviləsi üzrə 24.07.2020-ci il tarixdən 22.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 32,90 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 923,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Həqiqətən də İddiaçı ASC ilə 24.07.2019-cu ul tarixdə kredit müqaviləsi bağlanmış, ona illik 30% olmaqla 12 ay müddətinə 1500 manat kredit verilmişdir. Mütəmadi olaraq ödənişlər etmişdir. “COVİD- 19” xəstəliyi ilə əlaqədar uzun müddət qazanc əldə edə bilməmiş, bu səbəbdən borc yaranmışdır. Məhkəmə bu hala qiymət verməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7035/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 şikayətin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7035/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatında göstərdi ki, digər cavabdeh qardaşı oğludur, özü şikayət verməsə də apellyasiya şikayətini müdafiə edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7035/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, digər cavabdeh- zamin Cavabdeh2 apellyasiya şikayəti verməmişdir. Bu səbbədən qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh Cavabdeh1 apellyasiya şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7035/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 24 iyul 2019-cu il tarixli 4-MZ-1-0-741-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Bank "xxxx" İKB ASC-dən 12 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 1500 manat məbləğində kredit almışdır. İşdə olan "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanılmış 24 iyul 2019-cu il tarixli 4-MZ-1-0-741-19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 24 iyul 2019-cu il tarixli 4-MZ-1-0-741-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 595,03 manat əsas borc, 209,03 manat faiz borcu, 86,34 manat cərimə, 24.07.2020-ci il tarixdən 22.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 32,90 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 923,30 manat borcu yaranmışdır. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə 05.07.2021-ci il tarixdə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında 24 iyul 2019-cu il tarixli kredit müqaviləsi imzalanmasını, Bankın sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini, nəticədə banka borcunun yaranmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticədə də Mülki Məcəllənin 739.1, 739.2, 442, 443.1, 472.1, 462.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində (1.1-ci maddə) borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin iddiaçı qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və borc alan ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına və qanunvericilik normalarına istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək əsas borca görə faiz pulunun tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi maliyyə arayışına istinad edərək cavabdehdən 595,03 (beş yüz doxsan beş manat üç qəpik) manat əsas borc, 209,03 (iki yüz doqquz manat üç qəpik) manat faiz borcu, 86,34 (səksən altı manat otuz dörd qəpik) manat cərimə, 24.07.2020-ci il tarixdən 22.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 32,90 (otuz iki manat doxsan qəpik) manat olmaqla, ümumilikdə 923,30 (doqquz yüz iyirmi üç manat otuz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər arasında müqavilə 24.07.2019-cu il tarixdə 12 ay müddətinə bağlanmış, müqavilənin son tarixi 24.07.2020-ci ildir. İş materiallarından görünür ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehdən 25.02.2020-ci il tarixinə olan əsas, faiz, cərimə borcunu tutmuş, lakin maliyyə arayışında müqavilənin bitdiyi 24.07.2020-ci il tarixinə olan borca əhəmiyyət verməmişdir. Belə ki, maliyyə arayışından görünür ki, cavabdehin 24.07.2020-ci il tarixinə faiz borcu 61,63 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi əsas borca dair gəldiyi nəticədə haqlı olsa da, faiz borcuna dair hissədə haqlı olmamış, maliyyə arayışından cavabdehin 24.07.2020-ci il tarixinə borcunun 61,63 manat olsa da, 25.02.2020-ci il tarixinə olan faiz borcunun tutmuşdur. Bu səbbədən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulan faiz borcu hissəsində qətnamə dəyişdirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin kredit müqaviləsi üzrə 24.07.2020-ci il tarixdən 22.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 32,90 manat məbləğində əldən çıxmış fayda olmaqla pulun tutulmasına dair hissədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank kredit müqaviləsi üzrə 24.07.2020ci il tarixdən 22.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə əldən çıxmış faydanı tələb etməkdə haqlı olmuş və məhkəmə də haqlı olaraq iddianı təmin etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulmasına dair hissədə də əsaslıdır və məhkəmə haqlı olaraq ödənilmiş dövlət rüsumunu da cavabdehdən iddiaçı bankın xeyrinə tutmuşdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdə cərimə borcunun tutulmasına dair hissəsinə qiymət verərək qeyd edir ki, cavabdehin öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehlərdən əsas məbləğə görə 86,34 manat məbləğində cərimə borcu tələb etdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olsa da 595,03 manat əsas borca hesablanmış 86,34 manat cərimə pulu yüksəkdir. Buna görə də, Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə borcu azaldılaraq 8 manat müəyyən edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, qətnamənin ləğv edilməsinə dair cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Qeyd edilən iş materiallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulan faiz və cərimə borcuna dair hissədə dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7035/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 209,03 (iki yüz doqquz manat üç qəpik) manat faiz borcu və 86,34 (səksən altı manat otuz dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 923,30 (doqquz yüz iyirmi üç manat otuz qəpik) manat borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 61,63 manat, cərimə borcuna görə 8 manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392- 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7035/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 209,03 (iki yüz doqquz manat üç qəpik) manat faiz borcu və 86,34 (səksən altı manat otuz dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 923,30 (doqquz yüz iyirmi üç manat otuz qəpik) manat borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlərdən faiz borcuna görə 61,63 manat, cərimə borcuna görə 8 manat olmaqla cəmi 697,56 (altı yüz doxsan yeddi manat əlli altı qəpik) manat pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qismən təmin olunsun. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3667/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3667/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver