Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-367/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh X4 nümayəndəsi və vəkili X6nu iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)4759/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)4759/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məkəməsinin 2(060)- 3430/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Almaz Süleymanova) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məkəməsinin 2(060)-3430/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər birinə 200 manat olmaqla 2 uşağa görə 400 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, daha əvvəlki məhkəmə qətnaməsi ilə hər uşaq üçün 110 manat olmaqla 220 manat aliment tutulmuşdur. Cavabdeh həmin məbləği çətinliklə ödəmişdir. Hazırki gündə də müəyyən məbləğdə aliment borcu vardır. Hazırda sürücü işləyir, 250 manat əmək haqqqı alır. Həmçinin yenidən ailə qurmuş, iki övladı doğulmuşdur. Hər uşaq üçün 160 manat olmaqla 320 manat aliment ödəmək imkanında deyil. Qanunvericiliyə əsasən uşağı saxlamaq təkcə atanın borcu deyil, ana da ata ilə bərabər hüququ malikdir. Odur ki, apelyasiyaşikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)4759/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş edir. İddiaçı apelyasiya şikayətinə etiraz verərək göstərmişdir ki, uşaqları azyaşlı olduğu üçün heç bir yerdə işləmir. Cavabdeh sürücü işləyir, aylıq qazancı yaxşıdır, Eyni zamanda məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)4759/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)4759/2019 saylı qətnaməsi alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilməli, artırılmış alimentin miqdarı hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən ) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məkəməsinin 2(060)-3430/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulsun qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə və işin hallarına əsasən iddiaçının cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilməməsini müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 75, 78, 112.1-ci maddələri və “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olmaqla qismən qanuni və əsaslı hesab edir. Belə ki, uşaqları saxlamaq valideynlərin borcudur. Cavabdeh də uşaqların atası olduğu üçün onun Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağı saxlamaq öhdəliyi vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bununla belə məhkəmə kollegiyası alimentin məbləğinin bir uşaq üçün 160 manat müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsini gəldiyi nəticəni düzgün saymır. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi alimentin məbləğini artırılaraq 160 manat müəyyən edərkən “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanuna istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusuya Məhkəməsinin hüquq mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Eyni zamanda apelyasiya şikayətinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Əsədov Müşfiq Elmalı oğlui ilə X1 nikahından xx.xx.2002-ci il təvəllüdlü Pərvin və xx.xx.2004-cü il təvəlüdlü Nəzrin adlı uşaqlar doğulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki qətnamə ilə arıtırılmış alimentin məbləği dəyişdirilərək bir uşaq üçün 140 manat müəyyən edilməlidir. Eyni zamanda apelyasiya şikayətində mübahisələndirilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldığı gündən hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulması barədə birinci instansiya məhkəməsiin mövqeyi haqlı olmuşdur və qətnamə qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)4759/2019 saylı qətnaməsi alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilməli, artırılmış alimentin miqdarı hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən ) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1,384.0.3, 392- 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)4759/2019 saylı qətnaməsi müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilsin. Artırılmış alimentin miqdarı hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən ) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-367/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-367/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver